Məhkəmə qərarları › İş №2(060)-188/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-188/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-188/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X10 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 03 iyun 2015ci il tarixli kredit müqaviləsi üzrə 10750 (on min yeddi yüz əlli) ABŞ dolları 59 (əlli doqquz) sent əsas borc, 3086 (üç min səksən altı) ABŞ dolları 21 (iyirmi bir) sent faiz və 650 (altı yüz əlli) ABŞ dolları 18 (on səkkiz) sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 14486 (on dörd min dörd yüz səksən altı) ABŞ dolları 98 (doxsan səkkiz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 03 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 13000 ABŞ dolları kredit götürmüşdür. 09.10.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 03.10.2020-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq X10, Cavabdeh3 və Cavabdeh4 ilə 03.06.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.03.2020-dək Cavabdeh1 banka 03.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 10750,59 ABŞ dolları əsas borc, 3086,21 ABŞ dolları faiz borcu və 650,18 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 14486,98 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X10 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 03 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10750 (on min yeddi yüz əlli) ABŞ dolları 59 (əlli doqquz) sent əsas borc, 3086 (üç min səksən altı) ABŞ dolları 21 (iyirmi bir) sent faiz və 650 (altı yüz əlli) ABŞ dolları 18 (on səkkiz) sent cərimə borcu olmaqla, ümumilikdə cəmi 14486 (on dörd min dörd yüz səksən altı) ABŞ dolları 98 (doxsan səkkiz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun ilə İddiaçı İKB ASC arasında heç bir kredit müqaviləsi bağlanmamış və o, iddiaçı təşkilatdan kredit götürməmişdir. Hesab edir ki, kredit müqaviləsində göstərilən imza saxtalaşdırılmış bu səbəbdən iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, zamin olaraq, bank qarşısında heç kimə zamin dayanmamış və heç bir zaminlik müqaviləsinə imza atmamışdır. Bu bank işçiləri tərəfindən olunan bir saxtakarlıqdır. Hesab edir ki, imzanın ona məxsus olub-olmaması barədə iş üzrə ekspertiza təyin olunmalıdır. Cavabdeh4 məhkəmədə iştirak edən zaman cavadeh Cavabdeh3 izahatına uyğun izahat verərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini və onun bank qarşısında heç bir zaminlik öhdəliyinin olmadığını və heç bir müqaviləyə imza atmadığını qeyd etmişdir. İş üzrə cavabdeh X10 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.06.2015-ci il tarixli, № 23-M-2-0-296-15 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 13000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan 03 iyun 2015-ci il tarixdə bağlanmış № 23-M-2-0-296-15 saylı Zaminlik müqaviləsindən görünür ki, 03.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) X10 ilə İddiaçı İKB ASCnin 11 saylı filialı arasında 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 03 iyun 2015-ci il tarixli 23-M-2-0-296-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 03 iyun 2015-ci il tarixdə bağlanmış № 23-M-2-0-296-15 saylı Zaminlik müqaviləsindən görünür ki, 03.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh3 ilə İddiaçı İKB ASC-nin 11 saylı filialı arasında 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 03 iyun 2015-ci il tarixli 23-M-2-0-296-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 03 iyun 2015-ci il tarixdə bağlanmış № 23-M-2-0-296-15 saylı Zaminlik müqaviləsindən görünür ki, 03.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh4 ilə İddiaçı İKB ASC-nin 11 saylı filialı arasında 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 03 iyun 2015-ci il tarixli 23-M-2-0-296-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.03.2021-ci il tarixli, № 4/1171 saylı rəyindən görünür ki, "xxxx" İKB ASC 11 saylı filialı ilə Cavabdeh1 adına bağlanmış olan 23-M-2-0296-15 nömrəli 03 iyun 2015-ci il tarixli kredit müqaviləsinin 1-ci 2-ci vərəqlərində “Borcalan” qrafalarındakı imzalar-Cavabdeh1 tərəfindən icra olunmuşdur. "xxxx" İKB ASC 11 saylı filialı ilə Cavabdeh4 adına bağlanmış olan 23-M-2-0296-15 nömrəli 03 iyun 2015-ci il tarixli zaminlik müqaviləsində “Zamin” hissəsində “İmza” qrafasındakı imza-Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22.11.2021-ci il tarixli, № 4/1496 saylı rəyindən görünür ki, mülki işin 146-cı vərəqəsində olan 23-M-2-0-296-15 saylı, 03.06.2015-ci il tarixli bank, hesab, kredit və zaminlik müaviləsinə əlavədə “Zamin” qrafasındakı imza-Cavabdeh3 Hacıbala oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 145-ci vərəqəsində olan 03.06.2015-ci il tarixli, 23-M-2-0-296-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza-Cavabdeh3 Hacıbala oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Problemli aktivlərin idarəedilməsi və hüquqi tənzimlənməsi departamentinin Qeydiyyat və Hesabat şöbəsinin 29.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X7 "xxxx" ASC-yə 10750,59 ABŞ dolları əsas, 3086,21 ABŞ dolları faiz və 650,18 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 14486,98 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.10.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh4 Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 8, mənzil 57-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.10.2019-cu il tarixli arayışından görünür ki, X1 rayonu, Köhnə-Xaçmaz kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.10.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 Göyçay rayonu, Bığır kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.10.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 6, mənzil 102-də qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.06.2015-ci il tarixli, 23-M-2-0-297- 15 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Zaminlik müqavilələri”ndə olan imzaların cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid olması ekspertiza rəylərində öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kreditor qarşısında zaminliklə bağlı öhdəlik götürməmişdir. Bu səbəbdən ilkin iddia tələbi zaminlərə qarşı olan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, 23-M-2-0-296-15 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 03.06.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin X5 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin X8 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 224 (iki min iki yüz iyirmi dörd) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 224 (iki min iki yüz iyirmi dörd) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 10750 (on min yeddi yüz əlli) ABŞ dolları 59 (əlli doqquz) sent əsas, 3086 (üç min səksən altı) ABŞ dolları 21 (iyirmi bir) sent faiz və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 13886 (on üç min səkkiz yüz səksən altı) ABŞ dolları 80 (səksən) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 10750 (on min yeddi yüz əlli) ABŞ dolları 59 (əlli doqquz) sent əsas, 3086 (üç min səksən altı) ABŞ dolları 21 (iyirmi bir) sent faiz və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 13886 (on üç min səkkiz yüz səksən altı) ABŞ dolları 80 (səksən) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi zaminlərə qarşı hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərləri 224 (iki min iki yüz iyirmi dörd) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar