Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1881/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Probasiya Şöbəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən “Attenti” markalı elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün 11.11.2020-ci il tarixdə Sumqayıt Şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş və 11.11.2020-ci il tarixdə məhkum qeydiyyata götürülmüşdür. 16.03.2021-ci il tarixdə nəzarət subyekti cavabdehin yaşadığı ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 1 ədəd mobil qurğunun enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Lakin cavabdehin dediyinə görə “Attenti” markalı elektron nəzarət qurğusunun 21.03.2021-ci il tarixdə qardaşı X2 “Attenti” markalı elektron nəzarət qurğusunun mobil qurğusunu əsəbi halda divara vuraraq sındırmış və Sumqayıt şəhər 5-ci polis bölməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Bununla əlaqədar akt tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından “Attent” markalı elektron nəzarət qurğusunun mobil qurğusu sınaraq yararsız hala düşmüş və maddi ziyan vurulmuşdur. Mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 15.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası cavabdehin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmışdır. 11.11.2020-ci il tarixli bildirişə əsasən məhkum Sumqayıt Şəhər Probasiya şöbəsinin qeydiyyatına götürülmüşdür. 16.03.2021-ci il tarixli protokola əsasən cavabdehin yaşadığı ünvanında elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğu üçün saxlanc qab, 1 ədəd elektron qolbaq, 1 ədəd mobil qurğunun enerji adapteri və 1 ədəd komplekti saxlanc üçün qab təhvil verilmişdir. Cavabdehə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edimiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş 31.03.2021-ci il tarixli akta əsasən cavabdehin valideyni (anası) X3 31.03.2021-ci il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, 20.03.2021-ci il tarixdə saat 20:00 radələrində cavabdehin qardaşı X2 tərəfindən cavabdehə tədbiq olunmuş elektron nəzarət vasitəsi beton divara çırpılaraq qəsdən yararsız vəziyyətə salınmışdır. Həmin vaxt bayram gününə təsadüf etdiyindən 23.03.2021-ci il tarixdə Sumqayıt Şəhəri Polis İdarəsinin 5-ci bölməsinə ərizə ilə cavabdeh baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Yararsız vəziyyətə salınmış elektron nəzarət vasitəsinə baxış keçirilərkən mobil qurğunun yararsız vəziyyətə salındığı müəyyən olunmuşdur. Cavabdeh 01.04.2021-ci il tarixli izahatında ona tədbiq olunmuş elektron nəzarət vasitəsi qardaşı tərəfindən sındırıldığına baxmayaraq məsuliyyəti özü daşıdığını və cəzadan boyun qaçımadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 29.07.2021-ci il tarixli arayışa əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarından görünür ki, iddiaçının dəyərinin ödənilməsini tələb etdiyi elektron nəzarət qurğusu cavabdehin qardaşı tərəfindən sındırılaraq yararsız vəziyyətə düşmüş, nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Lakin elekton nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün cavabdeh məsuliyyət daşıdığı üçün elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 manat məbləğində pul cavabdehdn iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1881/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1881/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver