Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1882/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, hazırki tələz üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1349/2022 saylı, xx.xx.2022-ci il qərarından müəyyən olunur ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2 (010)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İcra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 6500 manat ödənişini təmin etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2 (010)- 1112/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1349/2022 saylı, xx.xx.2022-ci il qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, o, İddiaçı 2016-cı il tarixində Kommersiya işləri ilə əlaqədar Cavabdeh ilə tanış olmuşdur. Bir müddətdən sonra o, ona özünə məxsus olan obyektləri göstərmişdir. Ondan oranı işlətmək üçün borc pul verməyi xahiş etmiş və o cavabdehin səmimiyyətinə inanaraq bank vasitəsi ilə 2016-cı il tarixində 6500 (altı min beş yüz) manat məbləğində pulu Cavabdeh vermişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında eyni predmet üzrə 6500 (altı min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2 (010)- 1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mövcuddur, hazırda həmin qətnamə qanuni qüvvəyə minmiş, icra sənədi icraya yönəldilərək icra sənədinin təmin olunması üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən 500 manat məbləğində cərimə edilmişdir. Hazırki iş üzrə iddiaçı tələbini fərqli formada ifadə edərək Cavabdeh pulun qaytarılmasını xahiş etmişdir. Belə ki, iddia tələbinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün yetərli deyil. Belə tələblərə iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımdan qiymət verilməlidir. Məhkəmə hesab edir ki, hazırki tələblə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dairməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsiilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılaraq, ərizənin qəbulundan imtina edilməlidir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsininqəbulundan imtina edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1882/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1882/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver