Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1919/2021 19.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbərov Əfqan Qəzənfər oğlu İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1524,31 manat əsas, faiz borcuna görə 10,07 manat olmaqla, ümumilikdə 1534,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcuna görə 1524,31 manat əsas, faiz borcuna görə 10,07 manat olmaqla, ümumilikdə 1534,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İş materiallarından görünür ki, iddia ərizəsi X2 tərəfindən imzalanmışdır. Ona etibarnamə Faiq Hüseynov tərəfindən verilmiş, lakin X1 bankın işçisi olmasına dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, ərizədən və ona əlavə olumuş sənədlərdən görünür ki, faiz borcunun yaranması əsaslarına və hesablanmasına dair sənədlər məhkəməyə təqdim olunmamışdır. AR MPM-nin 284-4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa imtina edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin tələbi pozulduğundan, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1524,31 manat əsas, faiz borcuna görə 10,07 manat olmaqla, ümumilikdə 1534,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1919/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1919/2021
19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver