Məhkəmə qərarları › İş №2(060)-1920/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1920/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1920/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı Sədyar qızının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Sədyar qızının cavabdeh X5 qarşı «vurulmuş maddi ziyan tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sədyar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona vurduğu maddi ziyanın, 4913 (dörd min doqquz yüz on üç) manatın, iddianın qiyməti - məhkəmə dövlət rüsumu olaraq ödədiyi 34 (otuz dörd) manatın, cəmi 4947 (dörd min doqquz yüz qırx yeddi) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı Sədyar qızının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Sədyar qızı 21 may 2021-ci il tarixdə, saat 11.00 radələrində alış-veriş etmək məqsədi ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən qadın paltarları adlanan mağazasında olarkən və paltar seçərkən əl çantası cavabdeh (halhazırda məhkum) X6 oğlu tərəfindən oğurlanmışdır. Həmin vaxt əl çantasında 583 əyarlı rus qızılları olan çəkisi, 30 qram tros sep, çəkisi 5 qram olan sırğa-üzük dəsti, çəkisi 5 qram olan brilyant qaşlı üzük, 200 manat məbləğində pul, 470 manat dəyərində olan Samsung markalı mobil telefon olmuşdur. Onlar zəhmətkeş ailədirlər. Çətinliklə, öz halal zəhmətləri ilə işləyib, öz ehtiyaclarını bu günə qədər ödəmişlər. Çox şükür ki, heç kəsə möhtac olmamışlar, kiminsə malındada gözləri olmamışdır. Oğurlananlar da, onun halal zəhmətilə qazanılan qızıl-zinət əşyaları, telefon və pul idi. Heç kəsin də onları qanunsuz götürməyə haqqı yox idi. Ona görə də şikayət etmişlər. Cavabdeh (hal-hazırda məhkum) X6 təqsirləndirilən şəxs kimi saxlanılana qədər iddiaçıya məxsus qızılları, telefonu müxtəlif şəxslərə satmış, pulu xərcləmiş, nə onların dəyərini ödəmiş, nə də natura şəklində geri qaytarmamış, nəticədə iddiaçı maddi ziyan vurmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 16.07.2021-ci il tarixli, 9/4384 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı zərərçəkmiş İddiaçı ümumilikdə 4913 (dörd min doqquz yüz on üç) manat maddi ziyan dəymişdir. Son olaraq toplanmış cinayət işi materialı baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və hakim X3 icraatına verilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi (hakim X7) işə baxarkən dəfələrlə iddiaçının məhkəmə iclaslarına getməyinə baxmayaraq təqsirləndirilən şəxs 3 saylı istintaq təcridxanadan gətirilməmişdir deyib, iddiaçıya dinləməmiş, işi təxirə salmışlar. Son olaraq maraqlananda iddiaçıya məlum olmuşdur ki, cinayət işi iddiaçıya məlumat verilmədən baxılması üçün təyin edilmiş və təqsirləndirilən şəxs X6 məhkəməyə gətirilərək işə baxılmış, Sumqayıt Şəhər Məhkəməsinin iş № 1(060)- 606/2021, 24.12.2021 -ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1. və 177.2.2.- Cİ maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 2 gün cəzadan çıxılmaqla üzərinə qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2021 -ci il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs olaraq iddiaçıya isə X5 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olduğu izah edilmişdir. Bu barədə hökmün surəti sonradan iddiaçının tələbinə əsasən iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Hazırda cavabdeh X6 ilə aralarında yaranmış mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından AR Konstitusiyasının, Mülki Prosessual Məcəlləsinin, Mülki Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin günahları səbəbindən iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün əlavə olaraq iddianın qiyməti- məhkəmə dövlət rusumu olaraq 34 (otuz dörd) manat ödəmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh X2 ona vurduğu maddi ziyanın, 4913 (dörd min doqquz yüz on üç) manatın, iddianın qiyməti - məhkəmə dövlət rüsumu olaraq ödədiyi 34 (otuz dörd) manatın, cəmi 4947 (dörd min doqquz yüz qırx yeddi) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh X6 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh X4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Sədyar qızının nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(060)-606/2021 saylı hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1. və 177.2.2.-Cİ maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 2 gün cəzadan çıxılmaqla üzərinə qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2021 -ci il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs olaraq iddiaçıya isə X5 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olduğu izah edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 16.07.2021-ci il tarixli, 9/4384 saylı rəyindən görünür ki, İddiaçı ümumilikdə 4913 (dörd min doqquz yüz on üç) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbayçan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə cavabdeh X2 4913 (dörd min doqquz yüz on üç) manat dəymiş maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat, cəmi 4947 (dörd min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Sədyar qızına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 4913 (dörd min doqquz yüz on üç) manat dəymiş maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat, cəmi 4947 (dörd min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Sədyar qızına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar