Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1940/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1930,15 manat əsas, 993,59 manat faiz borcu olmaqla, cəmi 2923,74 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına: sep-1 ədəd, çəkisi-95,1 qr, əyarı 583; saat-2 ədəd, çəkisi-19,6 qr, əyarı-583; üzük-4 ədəd, çəkisi-41,5 qr, əyarı-583; qolbaq-1 ədəd, çəkisi-29,5 qr, əyarı-583; klon-1 ədəd, çəkisi-7,3 qr, əyarı-583 yönəldilməsi, bu əmlakların hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutulması və əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmazsa qalan borcun ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixli, SULMB-4089 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30% olmaqla, 24 ay müddətinə 7290 manat məbləğində cavabdehə kredit verilmişdir. İddiaçı ilə cavabdeh arasında girov müqaviləsi bağlanaraq cavabdehə məxsus qızıl-zinət əşyaları iddiaçıya girov qoyulmuşdur. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1954-cü ildə, Dəvəçi rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SULMB-4089 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 30%-lə, 7290 manat kredit vermişdir. İşdə olan kassa məxaric orderləri bunu təsdiq edir. Tərəflər arasında həmin tarixdə bağlanmış saxlanc girovu müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov qoyulmuşç əşyaların qiymətləndirilməsi və təhvili haqqında 00014331 saylı aktda sep-1 ədəd, çəkisi-95,1 qr, əyarı 583; saat-2 ədəd, çəkisi-19,6 qr, əyarı-583; üzük-4 ədəd, çəkisi-41,5 qr, əyarı-583; qolbaq-1 ədəd, çəkisi-29,5 qr, əyarı-583; klon-1 ədəd, çəkisi-7,3 qr, əyarı-583 olan qızıl-zinət əşyalarının dəyəri 8106 manat, bazar dəyəri 10808 manat olaraq müəyyənləşdirilmişdir. Müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 407,60 manat, sonuncu ay isə 408,50 manat ödəniş etməli idi. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu - əsas borc üzrə 1930,15 manat, faiz borcu üzrə 993,59 manat olmaqla, cəmi 2923,74 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Eyni zamanda kredit müqaviləsinin 2.3.5-ci bəndində göstərilmişdir ki, kredit alan müqavilənin şərtlərinin pozulmasına yol verildiyi halda bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2021-ci il tarixə olan borcu - əsas borc üzrə 1930,15 manat, faiz borcu üzrə 993,59 manat olmaqla, cəmi 2923,74 manat təşkil etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə qeyd edilmişdir ki, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər (276.1.). Girov müqaviləsi yazılı formada bağlanmalıdır (280.1.). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (295). Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir (296.1.). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər (297). Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır (298.2.). Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur (298.3.). Göründüyü kimi tərəflər arasında saxlanc girovu müqaviləsi bağlanmış və cavabdeh qızıl-zinət əşyalarını kredit müqaviləsinin təminatı kimi iddiaçıya gorov qoymuşdur. İddiaçı cavabdehin kredit borcu üzrə ödənişləri həyata keçirmədiyi halda, borcun girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsində haqlı olmuşdur. “Daşınar əşyanın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, Yüklülük sahibi yüklülük predmetinin satışını təşkil etmək qaydasında yüklülük predmetinə tutma yönəldə bilər (13.1.3.). Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər (16.1.). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır (17.3.). Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir (17.5.). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (17.6.). Məhkəmə hesab edir ki, iddia təmin edilməli,cavabdehin kredit borcu üzrə tələb girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və əldə edilən məbləğ kredit borcunun ödənilməsinə yönəlidlməlidir. Həmin əşyaların satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehdən ümumi qaydada tutulmalıdır. Borc ödənildikdən sonra əşyaların satışından əldə edilmiş məbləğdən artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1930,15 manat, faiz borcu üzrə 993,59 manat olmaqla, cəmi 2923 (iki min doqquz yüz iyirmi üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girovla yüklü edilmiş qızıl-zinət əşyalarına: 1 ədəd sep, çəkisi-95,1 qr, əyarı 583, qiyməti 5325,6 manat; 2 ədəd saat, çəkisi-19,6 qr, əyarı-583, qiyməti 1097,6 manat; 4 ədəd üzük, çəkisi-41,5 qr, əyarı-583, qiyməti 2324 manat; 1 ədəd qolbaq, çəkisi-29,5 qr, əyarı-583, qiyməti 1652 manat; 1 ədəd klon, çəkisi-7,3 qr, əyarı-583, qiyməti 408,8 manat yönəldilsin və girov predmetləri açıq hərracda satılsın. Girov predmetlərinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. İddiaçı ASCyə olan borc ödənildikdən sonra qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qızıl-zinət əşyalarının satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1940/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1940/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver