Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1941/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 34,65 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 1 (bir) manat məbləğində bank xidmət haqqının, cəmi 105,65 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının, Sumqayit şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx xxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxx 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 18 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2011-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2011-ci il tarixdə 0989 P saylı aktlar tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış xx.xx.2011-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2011-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2011-ci il tarixli 0989 P saylı aktın tərtib olunma tarixinədək olan müddət olan 105 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 34,65 manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə “xxxxxxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 105,65 manat (50+21+34,65 manat) təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən qrafıkdən kənar keçirilən nəzarət baxışı zamanı eyni ünvanda yerləşən binalarda hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün 40 (qırx) manat ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsi ilə \eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sübutlar təqdim olunmuşdur: İşdə olan 18 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 474 saylı arayışa əsasən Ağayeva X1 şəhəri, 3-cü mikrorayon, 17/33 saylı evin 10 saylı mənzilində yaşayır. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli 0989 P saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33 saylı evin 10 saylı mənzilində kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2011-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 076 nömrəli ödəniş tağşırığının surətindən görünür ki, İddiaçı MMC (SNTV) “xxxxxxxx” MMC-in hesab nömrəsinə 50 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33 saylı evin 10 saylı mənzilində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2011-ci il tarixdən etibarən xx.xx.2011-ci il tarixədək olan müddət ərzində dəfələrlə kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və nəticədə cavabdehin, İddiaçı MMC qarşısında vurulmuş maddi ziyana görə 34,65 manat məbləğində borcu yaranmışdır. Bu halı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntü və digər sübutlar da təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehdan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33 saylı evin 10 saylı mənzilində iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmaqla iddiaçıya vurduğu ziyana görə 34,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, “xxxxxxxx” hüquq firmasına hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 34,65 (otuz dörd manat altmış beş qəpik) manat abunə haqqı qismində vurulmuş zərərin əvəzi, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 (əlli) manat, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 1 (bir) manat məbləğində bank xidmət haqqı olmaqla, ümumilikdə 105,65 (bir yüz beş manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1941/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1941/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver