Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1948/2021 18.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Süleymanova Almaz Məhərrəm qızı, X1 Borclu “borcun tutulması tələbinə dair» məhkəmə əmri çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən kecirərək, m ü ə y y ə n e t d i: X2 Borclu ilə xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin şərtləri əsasında Borclu X3 xeyrinə 3500 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən kecirərək hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. MPM-nin 279.2.2-maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun ərizəni əsaslandığı hallara dair sənədlər kserosurətdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (89.3m). Kreditor verilmiş tələbi təsdiq edən sənədləri lazımı qaydada təqdim etmədiyindən ərizənin qəbul olunmasından imtina edilməlidir. MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad cıxarır. Bu qərardaddan şikayət verilə bilməz. MPM-nin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Borclu “borcun tutulması tələbinə dair» ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1948/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1948/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver