Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1949/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 01.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4969,04 manat əsas, 472,29 manat faiz borcu və 85.45 manat cərimə olmaqla, ümumilikdə cəmi 5526,78 manat borcun və ödənilmiş 75,27 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə tələb olunan borc məbləğinin ödənilməsi barədə cavabdeh ilə məhkəmədənkənar razılıq əldə olunduğu üçün iddia ərizəsini və ona əlavə olunan sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı ASC-nin 28.12.2021-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 75.27 (yetmiş beş manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı ASC-yə qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260, 263, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçı ASC-nin 28.12.2021-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 75.27 (yetmiş beş manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı ASC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1949/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1949/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver