Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1956/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oglundan 16500 (on altı min beş yüz) manat borc məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun əmisi oğludur. Təxminən 2022-ci ilin ortalarında cavabdeh onunla əlaqə saxlayaraq görüşmək istədiyini, atası rəhmətə getdikdən sonra maddi vəziyyətlərinin çətin olduğunu, anasının xəstəliyi ilə əlaqədar, eləcə də maşın götürərək taksi kimi fəaliyyət göstərmək üçün pul lazım olduğunu bildirmiş və ondan adına kredit götürməyini istəmiş, evi təmir etdirdikdən sonra mənzillərini satıb krediti dərhal bağlayacağını bildirmişdir. İlk öncə bununla bağlı valideynlərinə müraciət etsə də onlar razı olmamışdırlar. O, isə cavabdehin səmimiyyətinə, eləcə də əmisinin vəfatından sonra vəziyyətlərinin yaxşı olmadığına görə onunla razılaşmış, birlikdə kredit götürmək üçün Sumqayıt şəhərində yerləşən “LEO BANK”-a yaxınlaşaraq 6.500 manat, unibankdan isə 2.500 manat kredit götürmüşdür. Qeyd edir ki, cavabdeh həmin pulun bir hissəsi ilə evin sənədləşdirmə işlərini həll edərək satacağı və krediti bağlayacağını söyləmişdir. Bir müddət keçdikdən sonra cavabdeh onunla əlaqə saxlayaraq görüşmüş, ona iki banka kredit ödəyincə başqa bankdan kredit götürərək həmin borcları bağlayacağını və ümumi tək bir banka kredit ödəyəcəyinin sərfəli olduğunu və faizin də aşağı olduğunu bildirmişdir. Bu məqsədlə o, cavabdehlə birlikdə "xxxx"- a yaxınlaşmış, başqa bankda olan kredit borclarını bağlamaq üçün kredit lazım olduğunu bildirmişdir. Qeyd edir ki, o, "xxxx" ASC-nin əməkdaşıdır. Eyni zamanda İİ Qarabağ Müharibəsinin iştirakçısıdır. Bankdan isə ona ancaq başqa bankda olan krediti bağlayacaqları və zamin olacağı halda verə biləcəyini bildirmişdirlər. Bu səbəbdən də iş yoldaşı Emil İbrahimova müraciət etmiş, o, isə razılaşmışdır. Qeyd edir ki, bütün qeyd olunanlara Emil də şahid olmuşdur. Həmçinin cavabdehin Emilə də 1600 (1400 manat kart vasitəsi ilə atmış, 200 manatını isə əlbəəl vermişdir) manat borcu vardır və hələ də qaytarmamışdır. "xxxx" ona 10.000 manat kredit vermiş, cavabdeh ilə birlikdə banka gedərək “UniBank”-dan götürdüyü 2.500 manatı, eləcə də “Leo Bank”dan götürdüyü 6.500 manat borcu bağlamışdır. Qeyd edir ki, hər iki bank eyni binada fəaliyyət göstərir və kredit məbləğlərin kart vasitəsi ilə əldə etmişdir. Unibankdan götürdüyü ucard bank kartını dərhal blok eləmiş və kartı məhv etmişdir. Leo Bankdan verilmiş kartı bloklatmaq istəsə də ona qaynar xəttə zəng vuraraq etdirə biləcəklərini bildirdilər. Bankdan çıxaraq kreditin bağlanması barədə sənədləri Yelo Banka vermək üçün getmiş, cavabdeh onu öz maşını ilə aparmış, lakin onunla birlikdə banka girməmiş, işinin olduğunu söyləmişdir. Banka yaxınlaşdıqda sənədlərin üzərində möhür olmadığı üçün qəbul etməmişlər, sonradan sənədləri banka təqdim etdikdə aydın olmuşdur ki, Leobank kartında pullar yenidən çəkilmişdir. Bankın əməkdaşları dərhal ondan 6.500 manat pulu ödəməyi tələb etmiş, əks halda polisə şikayət edəcəklərini bildirmişdirlər. Dərhal atası ilə əlaqə saxlayaraq onu da banka çağırmışdırlar. Atası banka gələrək həmin 6.500 manat borcu yenidən bağlamışdır. Qeyd edir ki, kartı ilk əvvəl itirdiyini hesab etsə də sonradan Samirin kartı götürdüyünü bilmişdir. Belə ki, Samir ondan ayrıldıqdan sonra kartdakı pulu hissə-hissə olaraq çəkmiş, bir hissəsini isə başqa bank kartına köçürmüşdür. Bununla bağlı cavabdeh barəsində polisə şikayət etsə də cavabdeh bunları təkzib etmişdir. Qeyd etdiyi hallar tamamilə həqiqəti əks etdirir. Bunlarla bağlı iş yoldaşı Emil İbrahimov da şahiddir. Qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehdən 16.500 manat pul tələb edir. Ədalətli, tam, obyektiv araşdırma aparılaraq 16.500 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmədə iddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, maddi durumu yaxşı olmadığına görə əmisi oğlu Amildən borca ona 6500 manat pul lazım olduğunu bildirmiş, Amil öz növbəsində özünə məxsus Unibankın nəznində olan Leo kartını təxminən avqust ayında ona vermiş həmin kartda 6500 manat olduğunu və onun tərəfindən çıxardılaraq götürməyini bildirmişdir. O, Amilin qeyd etdiyi kimi Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Unibanka gedərək orada olan bankomatdan 6500 manat pulunu çıxartmışdır. Bu məsələdən Amilin atası xəbər tutaraq onun götürdüyü Amilin adına olan krediti ödəmişdir. Sonradan Amil şəxsi ehtiyacları üçün Yello bankdan 10000 manat pul götürdüyünü ona bildirmişdir. O, Amilin atası Rəcəbə olan 6500 manat borcunu yaşadığı mənzili satdıqdan sonra tam şəkildə ödəmişdir. Hal-hazırda iddiaçıya heç bir borcu yoxdur. İddiaçı Yellobanka olan krediti ödəməkdə çətinlik çəkdiyi 3 ay onun yerinə hər ay 357 manat olmaqla kredit ödəmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 4-Z1-1-0-2628-22 saylı “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik faiz dərəcəsi 17 faiz olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın borcu ödəmək qabiliyyəti olmadıqda pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür. İşdə olan Kredit xəttinin bağlı olması barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 6500 manat dəyərində kredit öhdəliyi yaranmışdır. İşə əlavə olan Kredit xəttinin bağlı olması ilə bağlı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən kredit xətti öhdəliyi tam ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı mülki qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, X5 6530 manat kredit üzrə tam ödəniş etmişdir. İşdə olan əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə X1 aldığı 6500 manat pulu 8 ay müddətinə ödəyəcəkdir. Ödəmədiyi halda evinin satılmasına razılıq verir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçı və nümayəndəsi cavabdehin iddiaçıdan aldığı 6500 manat borc pulu bir necə aydan, evlərini satdıqdan sonra qaytardığını etiraf etmişlər. Əlavə olaraq iddiaçı bankdan götürdüyü 10000 manat kredit borcunu cavabdehin ondan aldığı borcu bağlamaq üçün götürdüyü qeyd etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1956/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1956/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver