Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1990/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 450 manat məbləğin cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 12/23 saylı binanın qarşısındakı ərazidə monitorinq keçirilərkən həmin ərazidə olan yeni tikilmiş birmərtəbəli qeyri-yaşayış binasının qarşısında köküstəyaş halda olan 14 ədəd sm. dm-də olan 1 ədəd iydə ağacının kökboğazından kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. Araşdırma zamanı qeyd olunan ərazidə əkilmiş köküstəyaş halda 1 ədəd iydə ağacının əraziyə xidmət edən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 5 saylı Mənzil Kommunal Səhəsinin bağ fəhləsi işləyən hazırki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən kəsildiyi müəyyən olunmuşdur. Törədilən inzibati xəta ilə bağlı 4 saylı RETSİ-də inzibati qaydada müvafiq araşdırılma aparılmış, araşdırma zamanı Cavabdeh yazılı izahat verərək ağacın onun tərəfindən kəsilməsini etiraf etmişdir. Törədilmiş inzibati xəta ilə bağlı meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə cavabdeh barəsində İXM-nin 253.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN 12C1165 saylı protokol tərtib olunmuş, həmin protokol əsasında 4 saylı RETSİ tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarla barəsində inzibati iş üzrə icraat aparılan Cavabdeh 2000 manat miqdarında cərimə olunmuşdur. Cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina edən inzibati xəta törədən şəxs Cavabdeh barəsində məcburi icra tədbirləri ilə cərimə məbləğinin ödətdirilməsi üçün müvafiq icra vərəqəsi Sumqayıt şəhər icra İdarəsinə göndərilmişdir. Hal-hazırda cərimə məbləğinin hissə-hissə olmaqla ödənilməsi davam etdirilir. Həmçinin, inzibati xəta törədən şəxs Cavabdeh tərəfindən 1 ədəd köküstəyaş halında 14 sm. diametrində iydə ağacının məhv edilməsi nəticəsində ətraf mühitə cəmi 450 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, o, bağban vəzifəsində işləyir və ona ağacın yararsız olduğu üçün kəsilməsi barədə tapşırıqı müdiriyyət bildirmişdir. Onun hüquq savadı yoxdur. Odur ki, iddianın rədd edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 73517 №-li aktdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 12/23 saylı binanın qarşısındakı ərazidə monitorinq keçirilərkən həmin ərazidə olan yeni tikilmiş birmərtəbəli qeyri-yaşayış binasının qarşısında köküstəyaş halda olan 14 ədəd sm. dm-də olan 1 ədəd iydə ağacının Cavabdeh tərəfindən qanunsuz olaraq kökboğazından kəsilərək məhv edilməsi müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayəti icraata qəbul edilməmiş, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. - Həmin qərardadda qeyd olunmuşdur ki, Cavabdeh şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 12/23 saylı binanın qarşısındakı ərazidə yeni tikilmiş birmərtəbəli qeyriyaşayış binasının qarşısında köküstəyaş halda olan 14 ədəd sm. dm-də olan 1 ədəd iydə ağacı kəsilmişdir və nəticədə təbiətə ümumilikdə 450 manat məbləğində zərər dəymişdir. Cavabdeh meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 27 oktyabr 2016-cı il tarixli Qərarında 12,1-16 santimetrədək götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın dəymiş ziyanın məbləği 150 manat müəyyən olunmuş və Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının üç dəfə artırılmaqla hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təbiətə maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 450 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 450 manat məbləğində dəymiş ziyan iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 450 manat məbləğində pul tutularaq iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1990/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1990/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver