Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2013/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin ona borclu olduğu qalıq məbləğ 544 (beş yüz qırx dörd) manat vurduğu mənəvi ziyana görə, həmçinin məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumu, o cümlədən maddi təzminat olaraq 500 (beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh-dən (direktor: X5 ) 05 fevral 2020-ci il tarixində dəyəri 800.00 (səkkiz yüz) manat olan 2 nəfərlik İstanbul şəhərində yay tətilinin keçirilməsi üçün kartdan karta nağdsız qaydada pul köçürülməsi yolu ilə tur paket almışdır. Bir müddət sonra tanışı X4 ilə yenidən Cavabdehyə müraciət edərək 20-30 mart 2020-ci il tarixlərində Avropaya getmək üçün Şengen vizanın alınmasına görə onlara yardım etmələri üçün baş vurmuşlar. Viza dəstəyinin göstərilməsi üçün hər birindən 60 (altmış manat) olmaqla pul istənilmiş, daha sonra mövcud qaydalara uyğun olaraq otel və aviabilet alınması üçün eyni qaydada kartdan karta nağdsız qaydada pul köçürülməsi yolu ilə ödəniş tələb olunmuşdur. O, cavabdehin səmimiliyinə inanaraq 3-11 mart 2020-ci il tarixlərində mərhələli şəkildə öncədən Cavabdeh-nin əməkdaşı Tural Gülalıyev tərəfindən təqdim olunan debet karta 1310 (bir min üç yüz on) manat transfer etmişdir. Cavabdeh ödənilən məbləğlərin müqabilində heç bir qəbz təqdim etməmişdir. 17 mart 2020-ci il tarixində mövcud Pandemiya şəraiti ilə əlaqədar olaraq Avropaya xarici turistlərin girişi qadağan olunduğundan aviaşirkət, o cümlədən otel və hostellər, heç bir komissiya tutulmadan ödənişlərin geri qaytarılması ilə bağlı müştərilərə məktub ünvanladı. Prosedura uyğun olaraq o, da ödədiyi pulların geri qaytarılması üçün cavabdehə müraciət etmiş, onlar da öz növbəsində narahatçılığa səbəb görmədiklərini, ən qısa vaxtda ödənişləri geri qaytaracaqları barədə şifahi öhdəlik götürmüşdürlər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan müxtəlif bəhanələr gətirməklə imtina etmişdirlər. Son çarə olaraq öz təşəbbüsü ilə aviaşirkətlə əlaqə saxlayaraq məsələnin əslini öyrənmək istəmiş və məlum olmuşdur ki, aviaşirkət ödənilən məbləğin tamamını 31 mart 2020-ci ildə Cavabdeh-nin ödəniş etdiyi rekvizitlərə uyğun olaraq geri qaytarıb. Bu halı onların nəzərinə çatdırdıqda, direktor kimi özünü təqdim edən X5 işçilərinin müştəri kimi şəxsinə yalan danışdığına görə şifahi üzr istəyib,ən qısa vaxtda ödənişlərin təmin olunacağına söz vermişdir. Daha sonra hissə-hissə olmaqla ödənilən 800.00 və 1310.00 manatdan mənə 1566.00 (bir min beş yüz altmış altı) manat geri qaytarmışdır. Geridə qalan 544 ( beş yüz qırx dörd ) manat məbləği də qaytaracağını bildirsə də ödəməkdən imtina etmişdir. Səbəb olaraq alınan aviabiletlərdən birinin ödənişinin gecikməsi və qalan məbləğin vergi, sosial və işçilərə əmək haqqı şəklində verildiyini söyləmişdir. Ödənişlərin nağd və ya nağdsız qaydada kassa aparatı vasitəsilə deyil, məhz işçinin təqdim etdiyi debet karta ödənilməsi istəyi onu deyir ki, Cavabdeh əldə etdiyi gəliri Dövlətə bəyan etməkdən yayınır və bütün bunları nəzərə alaraq, həmçinin cavabdeh tərəfindən səsləndirilən iddiaların əsassız olduğunu bildirərək 22 iyul 2020-ci il tarixində Xətai rayonu 37-ci Polis böməsinə ərizə ilə müraciət etmişdir. Polis ərizəni icraata götürdükdən müəyyən müddət sonra şifahi qaydada bildirdi ki, müraciəti Məhkəmə predmetidir. Bütün bu etdiyi ödənişləri isə o, Kommersiya banklarının birindən kredit götürərək vermiş və hal-hazıradək krediti ödəməkdədir. Qeyd etdiklərini və bütün bu proses boyu baş verən hadisələri sübuta yetirmək üçün Cavabdehnin direktoru X3 məxsus (+99455)525-20-90 nömrəsi üzərindən whatsapp tətbiqi vasitəsilə yazışmaları məhkəməyə baxış üçün təqdim etməyə hazırdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənləri nəzərə alaraq, Cavabdeh-nin ona borclu olduğu qalıq məbləğ 544 (beş yüz qırx dörd) manat vurduğu mənəvi ziyana görə, həmçinin məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumu, o cumlədən maddi təzminat olaraq 500 (beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 bildirdi ki, turist İddiaçı “xxxx” MMC-dən aşağıdakı otel və hava uçuşları üçün bilet və vauçerlər almış və ödəniş günlərinin məzənnəsinə uyğun olaraq ümumilikdə 2,107 manat ödəniş etmişdir. 05 Fevral 2020 tarixində dəyəri 283 ABŞ dollar olan, İstanbul Holidav otelində 2 nəfərlik otaq üçün vauçer (ödəniş gününün məzənnəsi ilə 481 manat), 05 fevral 2020 tarixində dəyəri 316 manat olan Buta Airways (Azərbaycan Hava Yollan QSC) ilə Bakı-İstanbul bileti, 12 mart 2020 tarixində dəyəri 226,901 (HUF) Macarıstan Forinti olan (1,310 manat) X9 şirkəti üçün biletlər. “xxxx” MMC turizm agentliyidir və heç bir halda hava nəqliyyatı ilə sərnişindaşıma və oteldə qonaqlama xidməti həyata keçirmir. “xxxx” MMC hava nəqliyyatı şirkətləri və Otelçilik xidməti göstərən mehmanxanalar üçün bilet və vouçer satışını həyata keçirən aviakassadır. “xxxx” MMC Turist İddiaçı müvafiq qanunvericiliyə uyğun şəkildə bilet və vouçer satışını həyata keçirmiş və ödənişlərin turizm xidmətinin aktivləşdiriİməsi üçün müvafiq hava yolu və otellərə ödəmiş və öz üzərinə düşən öhdəliyi tamamilə həyata keçirmişdir. Turistə öz vəzifələri, habelə, uçuşun hər hansı səbəbdən baş verməyəcəyi halda müvafiq hava yolu şirkəti ilə məsələnin mübahisələndirilməli olduğu şifahi izah edilmişdir. Buna baxmayaraq, COVİD-19 səbəbilə uçuşların təxirə salınması ilə bağlı ödənilmiş bilet pullarının geri qaytarılması üçün Turist İddiaçı ondan köməklik istəmiş və müştərinin məmnun olmasını nəzərə alaraq, otel və hava nəqliyyatı şirkətləri ilə “xxxx” MMC tərəfindən danışıqlar aparıİmağa başlanılmışdır. Otelin verdiyi məlumatlara əsasən, həmin tarixlərdə otellər tam faəliyyət göstərmiş və vətəndaş gedə bilmədiyi üçün vouçerlərindən istifadə edə bilməmiş, həmin tarixlərdə otelin turist İddiaçı üçün ayırdığı otaq boş qalmışdır. Buna baxmayaraq, uzun müddətli əməkdaşlığı nəzərə alaraq, otellərin satışını həyata keçirən ölkə üzrə turizm operatoru istifadə edilməmiş otaqların dəyərinin bir qismini geri ödəmiş və tərəflərindən İddiaçı tam şəkildə geri qaytarılmışdır. Bundan əlavə, mərkəzi Macarıstan Respublikasında olan Wizz Air şirkəti COVİD-19 səbəbilə uçuşları həyata keçirə bilmədiyi üçün turistlərin ödənişini qaytarmış və qaytarılan ödənişlər tam şəkildə turist İddiaçı ödənilmişdir. Wizz Air hava yolu şirkəti dəyəri 47,060. Macarıstan Forinti (HUF) olan (271 Azərbaycan Manatı) ödənişi 25 yanvar 2021 tarixində onların hesaba geri ödədiyini və ödənişin 14-20 iş günü ərzində onlara çatacağı məlumatını vermişdir. Ödəniş onların hesaba gələn kimi, 271 manat məbləğini İddiaçı geri ödəyəcəkdir. Beləliklə, turist İddiaçı otellər və hava yolu şirkəti tərəfindən geri qaytarılan, ümumi dəyəri 1,255 manat olan aşağıdakı ödənişlər həyata keçirilmişdir. X9 şirkəti tərəfindən tərəflərinə geri qaytarılmış 1039 Azərbaycan manatı İddiaçı tam olaraq geri ödəniş edilmişdir. İstanbul oteli tərəfindən geri qaytarılan (127 ABŞ dolları) 217 AZN İddiaçı tam olaraq geri ödəniş edilmişdir. Buta Airways (Azərbaycan Hava Yolları QSC) özünün rəsmi veb səhifəsində yayımladığı məlumata əsasən, COVİD-19 səbəbi ilə həyata keçirilməyən uçuşların biletlərinin geri qaytarılma prosesinə uçuşların tam bərpa olunmasından 60 gün sonra başlayacağını elan etmişdir. Eyni zamanda, turist İddiaçı bu bilet üzrə danışıqların özünün davam etdirəcəyini tərəflərinə bildirmiş və bu barədə də məhkəməyə yazdığı iddia ərizəsində nəzərə almamışdır. Ölkə üzrə turizm operatoru İddiaçı İstanbul Holiday oteldə dəyərini ödəmiş vauçerdən istifadə etmədiyi üçün, vauçerin statusunun Non Refundable (heç bir halda geri qaytarılmayan) olmasına baxmayaraq, ödənilmiş 283 ABŞ dollarının (481 manat) 127 ABŞ dollarını (217 manat) onların xahişindən sonra geri qaytarmış və otel ümumilikdə 156 ABŞ dolları (265 AZN) cərimə hesablamışdır. X9 şirkəti tərəfindən geri ödəniş edilməsi gözlənilən və bu barədə şirkət tərəfindən 25 Yanvar 2021 tarixində gələn elektron məktubda qeyd edilən 47,060 HUF (Macarıstan Forinti), (271 AZN) hesabımıza daxil olan kimi dərhal İddiaçı geri ödəniləcəkdir. Qeyd edilənləri nəzərə alaraq, hazırda iddiaçıya aid pul məbləği tam geri qaytarılır. Bu səbəbdən də iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı ərizə verərək, hazırda cavabdeh ilə barışdığı üçün iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə işdə iştirak edən İddiaçı və cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddiaçı tərəfin iddiadan imtina qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Cavabdeh-nin ona borclu olduğu qalıq məbləğ 544 (beş yüz qırx dörd) manat vurduğu mənəvi ziyana görə, həmçinin məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumu, o cümlədən maddi təzminat olaraq 500 (beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 261.0.4, 262, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Cavabdeh-nin ona borclu olduğu qalıq məbləğ 544 (beş yüz qırx dörd) manat vurduğu mənəvi ziyana görə, həmçinin məhkəmə xərci olaraq ödədiyi 30 manat dövlət rüsumu, o cümlədən maddi təzminat olaraq 500 (beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2013/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2013/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver