Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2023/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.900 (altı min doqquz yüz) manat pulun, eləcə də 90 (doxsan) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı İddiaçı qardaşıdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 2013-cü ilin may ayının 8-də işləmək məqsədi ilə Rusiyaya getmiş və 8 ilə yaxın müddət orada yaşamış və işləmişdir. Bu müddət ərzində o daim evlə əlaqə saxlamış, qazancının bir hissəsini gündəlik xərclərini ödəmək üçün özünə saxlamaqla qalan hissəsini toyuna görə yığması üçün cavabdeh İddiaçı göndərmişdir. Qeyd edir ki, iddiaçı qardaşına pulunu yığıb saxlamaqla yanaşı həmçinin evə də köməklik üçün imkanı çatdığı qədər pul göndərmişdir. Ümumilikdə, 8 il ərzində İddiaçı qardaşı Cavabdeh yığıb saxlaması və iddiaçı Azərbaycana qayıtdıqda ona qaytarması üçün 8700 (səkkiz min yeddi yüz) manat pul göndərmişdir. Qeyd edir ki, tərəflərin ataları Piriyev Əli 2021-ci ilin avqust ayında vəfat etmiş, Cavabdeh məhz atasının vəfatı səbəbindən Azərbaycana qayıtmışdır. Qayıtdan sonra qardaşı ona pulun 1100 (bir min yüz) manatını atasının dəfni zamanı xərclədiyini, 700 manatı isə 2022-ci ilin mart ayında iddiaçının nişanı zamanı xərclədiyini, ümumi puldan 6900 (altı min doqquz yüz) manat qaldığını, həmin pulun da bir hissəsini mağazasına mal vurmaq üçün, qalanını isə öz şəxsi işləri ilə bağlı xərclədiyini, ümumi Cavabdeh 6.900 (altı min doqquz yüz) manat pul verməli olduğunu və həmin pulu qaytaracağını bildirmişdir. Qeyd etdiyi kimi cavabdeh ilk başlar pulu qaytaracağını bildirsə də sonradan bunu inkar etməyə başlamış, iddiaçıya “sənə nə pul verəcəyəm? Sən olmayan vaxtı atama, anama mən baxmışam, həmin pul da onun qarşılığıdır” demişdir. Lakin onlar arasında danışıq bu cür olmamış, qeyd etdiyi kimi iddiaçı imkan olduqca əlavə ev üçün də pul göndərmişdir. Ev üçün pul göndərməsə belə, iddiaçı üzərinə ele bir öhdəlik götürməmişdir ki, cavabdeh ata, anasına baxsın, İddiaçı də bunun müqabilində göndərdiyi puldan keçsin. Qeyd edir ki, iş üzrə tərəflər atalarından miras qalmış mənzili sataraq, öz aralarında yarı-yarıya bölmüşdürlər. Cavabdeh isə bunu əsas gətirərək bildirir ki, evi atası ona vermiş, atasına o baxmış, bu səbəbdən də ev tam payda onun haqqıdır, lakin yarısını iddiaçıya vermiş, bu səbəbdən də həmin 6.900 (altı min doqquz yüz) manat pulu həmin evdən verdiyi payın içində qaytarmışdır. Qeyd edir ki. cavabdehin qeyd olunanlar ilə bağlı səs yazıları da vardır. Həmçinin tərəflərin əmisi də bu qeyd olunanlara şahid olmuşdur. Bu səbəbdən də hesab edir ki, Cavabdeh 6.900 (altı min doqquz yüz) manat, eləcə də 90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmədə iddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh İddiaçı qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2023/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2023/2023
14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver