Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-203/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq borcunun və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2017-ci tarixli AL-1746 saylı “Daxili lizinq müqaviləsi" ləğv edilməsi, Cavabdeh 17 noyabr 2017-ci il tarixil AL-1746 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 avqust 2021-ci il tarixə 713,29 manat gecikdirilməsinə əsas, 52,66 manat gecikdirilmiş mükafat, 320,21 manat dəbbə pulu, lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 6152 manat məbləğində pulun, ümumilikdə 7238,16 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun "Azevrocar” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək “Daxili lizinq müqaviləsi" ləğv edilməsi hissədə iddia tələbini müdafiə etmədiyini, qalan hissədə isə iddianı müdafiə etdiyini bildirdi. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli AL-1746 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA039485 ban nömrəli, ağ rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla 383,94 manat, ümumilikdə isə 18429,06 manat pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18429,06 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan 2017-ci il buraxılışlı, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 avqust 2021-ci il tarixdə istifadəyə yararsız vəziyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 6152 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin Lizinq alan Cavabdeh AL-1746 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 03 avqust 2021-ci il tarixə ümumilikdə 1086,16 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, lizinq obyekti iddiaçıya 03 avqust 2021-ci il tarixdə qaytarılıb. Cavabdeh tərəfindən 3 ay lizinq ödənişi ödənilməyib, eləcə də avtomaşın cavabdeh tərəfindən yararsız vəziyyətdə salınmışdır. Avtomaşın dəymiş zərər 6152 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 19 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etmədiyini, üç dəfə lizinq ödənişləri ödəmədiyini, lakin bütün ödənişləri ödəmək niyyətində olduğunu, eləcə də avtomaşınında nasazlıq olduğunu və avtomaşın ustada olarkən iddiaçı tərəfindən götürüldüyünü bildirdi. Mülki iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 17 noyabr 2017-ci il tarixdə AL-1746 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmlakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi, müqavilənin ayrılmaz hissəsi olan 3 saylı Əlavə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 13800 manat təşkil edir və illik 15% faiz dərəcəsi ilə 48 ay müddətinə bağlanılır. Aylıq ödəniş 383,94 manat təşkil edir. İddiaçı ASC və Cavabdeh oğlu arasında bağlanılmış 17 noyabr 2017-ci il təhviltəslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, ağ rəngli, 039485 ban nömrəli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. AD № 110833 nömrəli 17.11.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, ** PL *** qeydiyyat nişanlı “Ravon Nexia R3 Minik” markalı, 2017ci il buraxışlı, XWBTF69V9H039485 ban nömrəli avtomobil İddiaçı MMC-yə məxsusdur. 19.10.2021-ci il tarixli 515 saylı arayışdan görünür ki, borclu Cavabdeh 17 noyabr 2017-ci il tarixli AL-1746 saylı “Daxili lizinq müqaviləsi” üzrə 03 avqust 2021-ci il tarixə 713,29 manat əsas, 52,66 mükafat, 320,21 manat dəbbə, 6152 manat dəymiş zərər olmaqla cəmi 7238,16 manat borcu vardır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 03.08.2021-ci il tarixli aktdan görünür ki, MMC-nin nümayəndəsi ** PL *** qeydiyyat nişanlı “Ravon Nexia R3 Minik” markalı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsi evakuatorla duracağa gətirilmiş və nəqliyyat vasitəsinin hər tərəfində əzik batıq vardır, ön bufer yoxdur, motorxanası sökük, akumlyator salondadır, mühərrik yığılıb yağı yoxdur, kalotkalar, pompanın şkifi, hava filtirinin bacoku, gidrousilitelin kronşteyni, disksiz təkər baqajdadır, ön fara salondadır. 01.09.2021-ci il tarixli "xxxx" MMC Servis tərəfindən Qüsur aktından görünür ki, ** PL *** dövlət nömrə nişanlı avtomobilin təmirinə 6152 manat pul tələb olunur. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9489 nömrəli, 21 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 01.09.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5130,0 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehə istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun ödəməmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-7, 748-10.1, 748-10.2, 748-10.4-cü maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Lizinq alan lizinq verən qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 320,21 manat cərimə azaldılaraq 30 manat müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək, eləcə də MPM-nin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 avqust 2021-ci il tarixə hesablanmış 713,29 manat əsas, 52,66 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, vurulmuş zərərin əvəzi olaraq 5130 manat, ümumilikdə 5925,95 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 5,40 manat iddiaçıya aid edilməli, 24,60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinə görə 18 manat iddiaçıdan, 82 manat cavabdehdən tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 03 avqust 2021-ci il tarixə hesablanmış 713,29 manat əsas, 52,66 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, vurulmuş zərərin əvəzi olaraq 5130 manat, ümumilikdə 5925,95 (beş min doqquz yüz iyirmi beş manat doxsan beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,60 (iyirmi dörd manat altmış qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinə görə 82 (səksən iki) manat Cavabdeh, 18 (on səkkiz) manat İddiaçı ASC-dən tutularaq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-203/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-203/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver