Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1350/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-347/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022.43 manat əsas borc və ödənilmiş 126.07 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220127 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 avqust 2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. İddiaçı MMC servis mərkəzinin əməkdaşı DYPİ-nin cərimə meydançasında avtomobilə baxış keçirmiş və avtomobilin tam yararsız vəziyyətdə olması ilə bağlı qüsur aktı tərtib olunmuşdur. “Daxili lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına 08 avqust 2020-ci il tarixə 12705.61 manat əsas, 299.58 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 17.24 manat dəbbə pulu, ümumilikdə 13022.43 manat məbləğində borcu yaranmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsindən sonra 05 noyabr 2021-ci il tarixdə 1000 manat məbləğində ödəniş etmişdir. Bununla da avtomobilin məhv olduğu tarixə cavabdehin 12022.43 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən İddiaçı MMC ilə bağlanmış 25 fevral 2020-ci il tarixli MAS- 2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022.43 manat əsas borc və ödənilmiş 126.07 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-347/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 12022 (on iki min iyirmi iki) manat 43 qəpik məbləğində əsas borc və dövlət rüsumu üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 07 qəpik məbləğində pul vəsaitinin tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış “daxili lizinq” müqaviləsinin müddəalarına əsaslanmışdır. Halbuki, mülki qanunvericiliyin müddəalarına əsasən əmlakın qəsdən məhv edilməsi halları istisna olmaqla, əmlakın təsadüfən məhv olması zamanı mülki məsuliyyət mülkiyyətçinin üzərində qalır. Əgər mülkiyyətçi olan iddiaçı lizinq əmlakını icbari sığorta etdirsəydi, əmlaka dəymiş ziyanı sığorta şirkəti qarşılayardı. Başqa sözlə, iddiaçının özünün səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən, əmlaka yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı ala bilmirilər. Quba rayon polis şöbəsinin TQ-nin təhqiqatçısı X3 icraatında olmuş aidiyyatı üzrə HK-1/1470 nömrəli cinayət işinin rədd edilməsi barədə materiallardan tamaydın olur ki, həmin yol-nəqliyyat hadisəsi avtomobilin arxa sağ təkərinin partlaması nəticəsində baş vermişdir. İddiaçı 3800 manat pulu ona əvvəlcədən ödəməyinə rəğmən uzun müddətli etibarnamə verməli ikən həmin etibarnaməni verməmiş və nəticədə əmlak sığorta olunsa da, qısa müddətli etibarnamənin qüvvədə olma müddəti bitdiyi üçün əmlaka dəymiş zərəri sığorta şirkəti qarşılamaqdan imtina etmişdir. Halbuki iddiaçıya ödədiyi 3800 manat müqabilində onun özünün hesablamasına görə 10 aylıq etibarnamə verməliykən, öz preroqativ statusundan qeyri-qanuni, əsassız yararlanaraq, hüquqdan sui-istifadə etməklə hər ay 1 ay müddətinə etibarnamə vermişdir. Quba RPŞ-nin həmin yol-nəqliyyat hadisəsilə əlaqədar materialları birinci instansiya məhkəməsində araşdırılmamışdır. Həmçinin iddiaçıya əvvəlcədən 3800 manat pul ödəməsi də nəzərə alınmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-347/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli MAS-2200 saylı “Daxili lizinq” müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, müqaviləyə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220127 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3% hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 15.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ğdənişi gecikdirdikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixdə lizinq obyekti satıcı tərəfindən alıcı və lizing alan Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan MAS-2200 saylı “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18 421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18 421 manatın 13 300 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, tərəflər arasında lizinq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin, bərpası mümkün olmadıqda, qalıq dəyərinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6015 saylı, 17 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam yararsız olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 15000,00 manat müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 4.4.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortlamalıdır. Müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili Lizinq” müqaviləsi imzalandıqdan 1(bir) il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən “Daxili Lizinq” müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. Göründüyü kimi, iddiaçının müqavilə üzrə lizinq obyektini sığortlamaq vəzifəsi olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)- 347/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(027)-347/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1350/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1350/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver