Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2036/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 yanvar 2021ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9MA012013 ban, 0650 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2021-ci il tarixə 1432,74 manat gecikdirilmiş əsas, 942,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 247,30 manat dəbbə pulu, cəmi 2622,92 manat borc və ödənilmiş 46,70 manat dövlət rüsumunun "Azərmaş Alyans” MMCnin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9MA012013 ban, 0650 mühərrik nömrəli, ağ rəngli avtomobil 20100 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 592,26 manat, ümumilikdə isə 26121 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 16 oktyabr 2021-ci il tarixdə 600 manat məbləğində olmuşdur. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2022-ci il tarixə 1432,74 manat gecikdirilmiş əsas, 942,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 247,30 manat dəbbə pulu, cəmi 2622,92 manat borcu yaranmışdır.“Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı MMC ilə bağlanmış 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 04 mart 2022-ci il tarixə 1808,25 manat gecikdirilmiş əsas, 1137,95 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 742,45 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 10808 manat dəymiş zərər və X4 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 2512 manat məbləğində pul, ümumilikdə 17008,65 manat borc və ödənilmiş 141,83 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, müqavilə şərtinə əsasən lizinq alan 800 manat ödədikdə lizinq obyekti lizinq verən tərəfindən bərpa edilir. Hazırki halda cavabdeh tərəfindən həmin ödəniş edilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdehə avtomobil və sənədlərlə birlikdə şirkətə yaxınlaşması təklif olunsa da, cavabdeh yaxınlaşmamış, bu səbəbdən müddət bitdiyi üçün sığorta münasibətləri ilə bağlı hərəkətləri həyata keçirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Avtomobil onda olduğu müddətdə bütün ödənişləri vaxtında ödəmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra isə avtomobil onda olmadığı üçün ödənişləri ödəyə bilməmişdir. Həmçinin bildirir ki, onun avtomobilinin sığortalanmasına baxmayaraq, iddiaçı tərəf yenidən ondan ödənişləri tələb etmişdir. Yol-nəqliyyat hadisəsi olduğu üçün ödənişləri 3 ay gecikdirmişdir. O, lizinq obyekti olan avtomobil vasitəsilə işləyib ödənişləri ödəmişhdir, avtomobil onda olmadığı üçün ödənişləri ödəyə bilməmişdir. Avtomobilə dəymiş zərəri sığorta ödəməlidir, həmin hissədə iddia tələbini qəbul etmir. Onun maddi vəziyyəti pis olduğu üçün tələb olunan 800 manatı ödəyə bilməmişdir. Mülki iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixdə ALY-459 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 20100 manat təşkil edir və illik 23% faiz dərəcəsi ilə 36 ay müddətinə bağlanılır. İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış 29 yanvar 2021-ci il təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Ravon R4 LTZ” markalı, ağ rəngli, XWBJA69V9MA012013 ban nömrəli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. AD № 989553 nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, ** PU *** qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı, 2020-ci il buraxışlı, XWBJA69V9MA012013 ban nömrəli avtomobil İddiaçı MMC-yə məxsusdur. xx.xx.2022-ci il tarixli 175 saylı arayışdan görünür ki, borclu Cavabdeh ALY-459 saylı “Daxili lizinq müqaviləsi” üzrə 14 fevral 2022-ci il tarixə 1808,25 manat əsas, 1137,95 mükafat, 742,45 manat cərimə borcu olmaqla cəmi 3688,65 manat borcu vardır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, MMC-nin nümayəndəsi ** PU *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC Servis tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, ** PU *** dövlət nömrə nişanlı avtomobilin təmirinə 10808 manat pul tələb olunur. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh tərəfindən ** PU *** qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı onun istifadəsində olduğu müddətdə yaranmış inzibati hüquq pozmalara görə 2512 manat cərimə ödənişi ödənilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3087 nömrəli, 10 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon R4 LTZ” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9748 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehə istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun ödəməmişdir. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 421, 442, 448.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-7, 748-10.1, 748-10.2, 748-10.4-cü maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Lizinq alan lizinq verən qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi, habelə lizinq obyektinin istifadəsi ilə bağlı yaranmış zərərin əvəzinin ödənilməsi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 742,45 manat cərimə azaldılaraq 200 manat müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək, eləcə də MPM-nin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 04 mart 2022-ci il tarixə hesablanmış 1808,25 manat gecikdirilmiş əsas, 1137,95 manat gecikdirilmiş mükafat, 200 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə vurulmuş zərərin əvəzi olaraq 9748 manat, və X4 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 2512 manat, ümumilikdə 15406,2 manat pul İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 14,19 manat iddiaçıya aid edilməli, 127,64 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinə görə 10 manat iddiaçıdan, 90 manat cavabdehdən tutularaq X2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 04 mart 2022-ci il tarixə hesablanmış 1808,25 manat əsas, 1137,95 manat mükafat, 200 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə vurulmuş zərərin əvəzi olaraq 9748 manat və X4 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 2512 manat, ümumilikdə 15406,2 (on beş min dörd yüz altı manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,64 (bir yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinə görə 90 (doxsan) manat Cavabdeh, 10 (on) manat İddiaçı MMC-dən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2036/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2036/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver