Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-451/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3634/2023 nömrəli, 25 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə bağlanmış 13 sentyabr 2021-ci il tarixli, MAS-4376 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh 13 sentyabr 2021-ci il tarixli, MAS-4376 saylı “Daxili lizinq müqaviləsi” üzrə, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyun 2023-cü il tarixə 1219,72 manat əsas, 1013,99 manat mükafat, həmin günə hesablanmış 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 2243,71 manat borc və 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 13 sentyabr 2021-ci il tarixli, MAS-4376 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 13 sentyabr 2021-ci il tarixli, MAS-4376 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyun 2023-cü il tarixə 1219,72 manat əsas, 1013,99 manat mükafat, həmin günə hesablanmış 209,83 manat dəbbə pulu olmaqla, ümumilikdə 2443,54 manat borc və 100,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixl, MAS-4376 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24,50 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 04 noyabr 2022-ci il tarixdə X7, X3 və İddiaçı MMC arasında MAS-4376 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 13 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüşdür. 17 noyabr 2022-ci il tarixdə X3, X2 və İddiaçı MMC arasında MAS-4376 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 13 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X2 öz üzərinə götürmüşdür. 27 dekabr 2022-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4376 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 13 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-4376 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 13 iyun 2023-cü il tarixə ümumilikdə 2443,54 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Muradov X5 Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsaslandırılır. Lakin lizinq müqaviləsi çərçivəsində cavabdeh tərəfindən ilkin ödəniş və keçən müddət ərzində lizinq ödənişlərini həyata keçirmiş, 15 fevral 2023-cü il tarixdə lizing obyekti olan 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulmasından sonra avtomobilin dayanacaqdan götürülməsi üçün iddiaçıya müraciət edilmiş, lakin iddiaçı tərəfindən avtomobilin cərimə dayanacağından buraxılması üçün müvafiq tədbir görümədiyi üçün, xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya müraciət də edilmişdir. Lakin iddiaçı qəsdən lizinq müqaviləsinə xitam verilməsi barədə müraciətlərimdən yayınaraq, faktiki olaraq avtomobilin məndə olmadığını bilə-bilə daha çox lizing ödənişinin (borcun) yığılmasına şərait yaratmışdır. Ona görə də, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılaraq, düzgün qətnamənin çıxarılması üçün tərəfimdən iddiaçıya nə qədər ödəniş edildiyinin və borc məbləğinin dəqiq müəyyən edilməsinə ehtiyac vardır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia olunan qalıq borcun, mükafat və dəbbə pulunun hesablanmasında yalnışlıqların aradan qaldırılması üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etməyə ehtiyac vardır. Lakin buna baxmayaraq, məhkəmə həmin məsələlərə əhəmiyyət verməmiş, iddiaçının verdiyi rəqəmlər üzrə işə baxmağa davam etmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi isə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən və müvafiq rəy olmadan borcun ödənilməsinə dair qətnamə çıxarmışdır. Bu isə, işə tam, hərtərəfli və obyektiv baxılması nöqteyi nəzərindən olduqca vacib məqamdır. Məhkəmə təqdim edilmiş sübutlara qeyri-obyektiv baxmış, iş üzrə sübutlar hərtərəfli və tam araşdırılmamış, habelə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Əksinə, məhkəmə qətnamədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamış, düzgün olmayan qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. X2, Cavabdeh və İddiaçı MMC arasında 27 dekabr 2022-ci il tarixli MAS-4376 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinin bağlanması və 13 sentyabr 2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəliklərin Cavabdeh öz üzərinə götürməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 747.1. maddəsi təşkil edir. Mülki Məcəllənin 748-1.12.4. maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə üzrə müəyyən edilmiş əmlakı iddiaçı cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əmlakı qəbul etmiş, lakin müqavilə üzrə öhdəliyi icra etməyərək, lizinq müqaviləsinə əlavə kimi müəyyən edilmiş ödəniş qrafiki üzrə ödənişlər etməmiş, nəticədə müqavilədən irəli gələn öhdəliyi iddiaçının tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 748-7.1. maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi). Mülki Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 747.1. maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər (Mülki Məcəllənin 442, 443.1, 448.1 və 465.2-ci maddələri). Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə cavabdehə lizinqə verilmiş, iddiaçı razılaşma üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü məhkəməyə müraciət edərkən tələbini əsaslandıran cədvəl məlumatlarına istinad etmişdir. Həmin cədvəl məlumatlarına istinad edilməklə tələb edilən məbləğin iddiaçı tərəfindən düzgün hesablandığı öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-451/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-451/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver