Məhkəmə qərarları › İş №2(102)-1078/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1078/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1078/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Lizinq müqaviləsinin ləğv edilməsi və pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1210/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı ya MMC) ilə (hazırki iş üzrə tərəf olmayan) X2 arasında bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli "xxxx"nə əsasən MMC, A.Qədəşzadənin sifarişi ilə “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 14600 manata öz mülkiyyətinə almış və A.Qədəşzadənin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Müqavilənin şərtlərinə əsasən A.Qədəşzadə, MMC-yə olan 20213,23 manat borcunu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 48 ay müddətində hissə-hissə, ayda 421,12 manat olmaqla ödəməli idi. A.Qədəşzadə MMC-yə olan borcunu ödəyə bilmədiyindən, avtomobili MMC-yə qaytarmış və 20.02.2017-ci il tarixdə A.Qədəşzadə, MMC və X5 arasında bağlanmış AL200(1) saylı "xxxx" müqavilə əsasında E.Mirəliyev A.Qədəşzadənin MMC qarşısında götürdüyü öhdəlikləri öz üzərinə götürmüş və avtomobil E.Mirəliyevə verilmişdir. Bundan sonra avtomobil ilə bağlı MMC qarşısında götürülmüş öhdəlik daha bir neçə dəfə ötürülmüş və bununla bağlı müvafiq "xxxx" müqavilələr bağlanmışdır. Nəhayət 25.01.2018-ci il tarixdə iş üzrə Cavabdeh, MMC və avtomobilin əvvəlki istifadəçisi olan X4 arasında bağlanmış AL-200(6) saylı "xxxx" müqavilə bağlanmış və Cavabdeh öhdəlikləri öz üzərinə götürmüş, bundan sonra avtomobil MMC tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh ilə MMC arasında bağlanmış həmin müqavilədən və MMC-nin səlahiyyətli şəxsi ilə Cavabdeh tərəfindən imzalanmış "xxxx"nə əsasən Cavabdeh iddiaçı MMC-yə olan 19897,07 manat bo rcu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 45 ay müddətində hissə-hissə, ayda 442,16 manat olmaqla ödəməlidir. Cavabdeh tərəfindən müəyyən müddət ərzində MMC-yə ödənişlər olmuşdur. Sonuncu ödəniş 21.01.2019-cu il tarixdə 443 manat məbləğində olmuşdur. Bu tarixdən sonra hər hansı ödəniş olmamışdır. 11.06.2019-cu il tarixdə Cavabdeh həmin avtomobili istifadəyə yararsız vəziyyətdə (yol-nəqliyyat qəzasından sonra) MMC-nin müvəqqəti duracağında yerləşdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəək lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqaviləsi”nin ləğv edilməs i, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1329,02 manat, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436,28 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 414,67 manat, avtomobilin istismara yararsız vəziyyətə salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 3171 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən yeni "xxxx" tərtib edilmiş və müəyyən edilmişdir ki, cavabdeh iddiaçı MMCyə olan 19897,07 manat borcu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 45 ay müddətində hissə-hissə, ayda 442,16 manat olmaqla ödəməlidir. Bir müddət ərzində Cavabdeh tərəfindən MMC-yə ödənişlər olmuşdur. Sonuncu dəfə ödəniş 21.01.2019-cu il tarixdə və 443 manat məbləğində olmuşdur. Bu tarixdən sonra hər hansı ödəniş olmamışdır. 11.06.2019-cu il tarixdə Cavabdeh həmin avtomobili istifadəyə yararsız vəziyyətdə (yol-nəqliyyat qəzasından sonra) MMC-nin müvəqqəti duracağında yerləşdirmişdir. Mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 3171 manat pul vəsaiti tələb olunur. Bu barədə “Qüsur aktı” tərtib edilmişdir. "xxxx" MMC-nin (“Azərmaş servis”) tərəfindən tərtib edilmiş "xxxx" görünür ki, MMCnin mütəxəssisləri avtomobili müayinə etdikdən sonra müəyyən etmişlər k i, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 3171 manat pul vəsaiti tələb olunur. İddiaçı MMC tərəfindən təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı MMC-yə 1329,02 manat məbləğində əsas, 436,28 manat məbləğində mükafat borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərini əsas götürərək cavabdehə 414,67 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və qeyd edilən borc və ziyan məbləğlərinin ödənilməsi tələb olunmuşdur. Bakı şəhər N əsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, lizinq obyekti olan avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1329,02 manat, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436,28 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 100 manat, avtomobilin istismara yararsız vəziyyətə salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 3171 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissəsin in isə təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən onun müvəqqəti istifadəsinə verilmiş MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 iyun 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3171 manat ziyan dəymişdir. Məhkəmə Mülki Məcəllənin 467 -ci maddəsinə əsasən hesab etmişdir ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Belə ki, işə baxmış rayon məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Nəticədə cavabdehin hüququ pozulmuşdur. Bundan başqa rayon məhkəməsi nəzərə almamışdır ki, avtomobil sığorta şirkəti tərəfindən sığortalanmışdır və belə olan halda, MMC-yə vurulmuş maddi zərər sığo rta şirkəti tərəfindən ödənilməli idi. Bundan başqa işə baxmış məhkəmə iddiaçıya vurulmuş zərərin həqiqətə uyğun olubolmamasını araşdırmamış, iş üzrə zəruri ekspertiza təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, İddiaçı MMC-yə vurulmuş maddi zərərin məbləğinin 3171 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı MMCnin xeyrinə 2256 manat məbləğində pul tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, MMC-nin iddia tələbi sübuta yetməklə yanaşı maddi hüquq normalarına əsaslanır, cavabdehin iddiaya etirazı, yəni MMC-yə borcunun olmaması ilə bağlı dəlili isə əsassızdır. Çünki cavabdeh bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış rayon məhkəməsi nəzərə almamışdır ki, avtomobil sığorta şirkəti tərəfindən sığortalanmışdır və belə olan halda, MMC-yə vurulmuş maddi zərər sığorta şirkəti tərəfindən ödənilməli idi. A pellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, avtomobilin hər hansı bir sığorta şirkəti tərəfindən sığorta olunması iş materialları ilə təsdiq edilmir. Cavabdeh isə bu halı bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda müzakirə edilən bu dəlil, yuxarıda qeyd edilən prosessual əsasla əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış rayon məhkəməsi iddiaçıya vurulmuş zərərin həqiqətə uyğun olub-olmamasını araşdırmamış, iş üzrə zəruri ekspertiza təyin etməmişdir. Həqiqətən də, iş materiallarından görünür ki, işə baxmış rayon məhkəməsi iddiaçı MMC-nin cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi maddi zərərin məbləğinin obyektiv olubolmamasını araşdırmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, bu dəlilin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “X1” MMC-nin rəyi alınmışdır. Həmin MMC tərəfindən verilmiş 16.06.2021-ci il tarixli, 102 saylı rəydən görünür ki, yuxarıda qeyd edilən avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2256 manat məbləğində vəsait tələb olunur. İş üzrə tərəflər bu rəyin şübhə altına ala biləcək digər rəy təqdim etmədikləri üçün məhkəmə rəyi etibarlı sübut kimi qəbul etmişdir. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə MMC-yə vurulmuş maddi zərərin məbləğinin 3171 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 2256 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, işə baxmış rayon məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Nəticədə cavabdehin hüququ pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu dəlili də əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 16.07.2019-cu il tarixli arayışından görünür ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 5, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, işə baxmış rayon məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə bildirişləri cavabdehə məhz həmin ünvan üzrə göndərmiş, lakin həmin bildirişlər, zərflə rin üzərinə poçt xidməti tərəfindən “qapı bağlıdır” və ya “köçüb” qeydləri ilə geri qaytarılmışdır. Bildirişlər cavabdehin rəsmi ünvanı üzrə gəndərildiyindən Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş hesab edilir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi m addi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət əsassızdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Ona görə də, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavadehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni yalnız iddia tələbiin təmin edilən hissələrində mübahisələndirdiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kir ayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (maddə 747-2). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir (748-1.12.4). Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (maddə 748-2.5.). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (maddə 748-7.1). Lizinq müqaviləsi nin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş ü zrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraa t çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1210/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar