Məhkəmə qərarları › İş №2(105)-2191/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2191/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2191/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 04 mart 2022-ci il tarixə hesablanmış 1808,25 manat əsas, 1137,95 manat mükafat, 200 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə vurulmuş zərərin əvəzi olaraq 9748 manat və X4 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 2512 manat, ümumilikdə 15406,2 (on beş min dörd yüz altı manat iyirmi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,64 (bir yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinə görə 90 (doxsan) manatın Cavabdeh, 10 (on) manatın İddiaçı MMC-dən tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim ALmaz Süleymanova). Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 yanvar 2021ci il tarixli ALY459 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020ci il buraxılışlı, “Ravon R4 LTZ” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9MA012013 ban, 0650 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq”müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 fevral 2021-ci il tarixə 1432,74 manat gecikdirilmiş əsas, 942,88 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 247,30 manat dəbbə pulu, cəmi 2622,92 manat borc və ödənilmiş 46,70 manat dövlət rüsumunun "Azərmaş Alyans” MMCnin xeyrinə tutulmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı MMC ilə bağlanmış 29 yanvar 2021-ci il tarixli, ALY-459 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 29 yanvar 2021-ci il tarixli ALY-459 saylı “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin geri qaytarıldığı 04 mart 2022-ci il tarixə 1808,25 manat gecikdirilmiş əsas, 1137,95 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 742,45 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 10808 manat dəymiş zərər və X4 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 2512 manat məbləğində pul, ümumilikdə 17008,65 manat borc və ödənilmiş 141,83 manat dövlət rüsumu ”Azərmaş Alyans” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən ilkin olaraq 1432,74 manat gecikdirilmiş əsas borc məbləği tələb etmiş, daha sonra isə iddia tələbini dəqiqləşdirərək, 1808,25 manat əsas tələb etmiş və əsas məbləğin hansı səbəblərədən artığını bildirməmişdir. Bundan başqa borcun hesablanması xüsusi bilik tələb etdiyindən və tələb mübahisəli olduğundan hesab edir ki, məhkəmə borcun hesablanması üçün ekspertiza təyin etməli idi. Bundan başqa bildirir ki, lizinq ilə götürdüyü avtomobil tam sığortalı idi. Lakin avtomobili mülkiyyətçisinə təhvil verməyinə və avtomobilin tam sığortalı olmağına baxmayaraq avtonəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər ondan tələb edilir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)- 2036/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi məhkəmə qətnaməsinin icrasının yubanmasına nail olmaqdır. Cavabdeh məhkəmə iclasına da gəlməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixdə ALY-459 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 20100 manat təşkil edir və illik 23% faiz dərəcəsi ilə 36 ay müddətinə bağlanılır. İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış 29 yanvar 2021-ci il təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Ravon R4 LTZ” markalı, ağ rəngli, XWBJA69V9MA012013 ban nömrəli avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. AD № 989553 nömrəli xx.xx.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, ** PU *** qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı, 2020-ci il buraxışlı, XWBJA69V9MA012013 ban nömrəli avtomobil İddiaçı MMC-yə məxsusdur. xx.xx.2022-ci il tarixli 175 saylı arayışdan görünür ki, borclu Cavabdeh ALY-459 saylı “Daxili lizinq müqaviləsi”üzrə 14 fevral 2022-ci il tarixə 1808,25 manat əsas, 1137,95 mükafat, 742,45 manat cərimə borcu olmaqla cəmi 3688,65 manat borcu vardır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, MMC-nin nümayəndəsi ** PU *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsinin qabaq hissəsi əzilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC Servis tərəfindən tərtib edilmiş Qüsur aktından görünür ki, ** PU *** dövlət nömrə nişanlı avtomobilin təmirinə 10808 manat pul tələb olunur. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, ”Azərmaş Alyans” MMC tərəfindən Cavabdeh tərəfindən ** PU *** qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı onun istifadəsində olduğu müddətdə yaranmış inzibati hüquq pozmalara görə 2512 manat cərimə ödənişi ödənilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3087 nömrəli, 10 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ”Azərmaş” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon R4 LTZ” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9748 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Birinci instansiya məhkəməsi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmasını, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə verməsini, lakin cavabdehin lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməməsini, lizinq borcunun ödəməməsini, lizinq alannın lizinq verən qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsini, habelə lizinq obyektinin istifadəsi ilə bağlı yaranmış zərərin əvəzinin ödənilməsi üçün cavabdeh olması və mülki məsuliyyət daşımasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Həmin Məcəllənin 747.2-ci maddəsinə görə lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə görə lizinq verən bu Məcəllənin 748-1.11ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Hazırki işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə əsasında lizinq verən lizinq obyektini lizinqalanın istifadəsinə vermiş, lakin lizinq alan müqavilə üzrə öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizin obyektinin əvəzinə ödəməli olduğu ödənişləri etməmişdir. Bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəlikləri icra etməmiş, nəticədə cavabdehin lizinqverənə borcu yaranmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilat müqavilənin ləğv edilməsi, müqavilə üzrə borc tələb etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.1.44-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq alan bu müqavilənin bir tərəfli qaydada xitam verə bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əsas və gecikdirilmiş mükafat borcundan əlavə cavabdehdən cərimə borcuna görə də pul tələb etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində görə gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Müqavilənin 7.3-cü bəndinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə ödənişlər lizinq alan tərəfindən pozularsa və ödəniş 3 gün müddətində gecikdirilərsə, lizinq obyekti olan avtomobil saxlanıldıqda lizinq alan lizinq verən tərəfindən 300 manat cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə 742,45 manat məbləğində cərimə borcu tələb etmiş, məhkəmə həmin məbləğin tənasübsüz surətdə, həddən artıq yüksək olmasını müəyyən etmiş, cərimə borcunu azaldaraq 200 manat müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası lizinq obyektinin iddiaçı təşkilata qaytarılmalı olması barədə tələbə qiymət verək qeyd edir ki, bu tələb də qanunvericiliyin tələblərinə görə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə görə lizinq alan müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır. Həmçinin qeyd edildiyi kimi, Mülki Məcəllənin 747-2-ci maddəsinə görə, lizinqin obyekti qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa əsasən kredit müqaviləsinin predmeti qismində yalnız pul vəsaiti çıxış etdiyi halda, borc müqaviləsinin predmeti qismində pul və ya əvəz edilən əşyalar çıxış edə bilər. Sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu eyni məsələ ilə bağlı hüquqi mövqeyini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarında da nümayiş etdirmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 748-1-ci maddəsində lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Məcəllənin 748-1.12-ci maddəsində göstərilmişdir ki, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; - lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; - lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Lizinq zamanı mülkiyyət münasibətlərinə dair Mülki Məcəllənin 748-2.1, 748-2.2 və 748-2.5-ci maddələrində göstərildiyi kimi, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Lizinq ödənişləri Mülki Məcəllənin 748-10.1-ci maddəsində lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Bu Məcəllənin 748-10.6-cı maddəsinə əsasən, lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ və s. daxildir (Mülki Məcəllənin 748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 74811.1.5-ci maddələri). Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir (Mülki Məcəllənin 748-12.1 və 748-12.3-cü maddələri). Sadalanan normalardan belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Həmçinin lizinq obyekti ödənişlər tam ödənildikdən və müqavilə şərtləri tam icra olunduqdan sonra lizinq alanin mülkiyyətinə keçə bilər. Hazırki işdə isə lizinq ödənişlərinin tam ödənilməməsi, müqavilə üzrə 1808,25 manat əsas, 1137,95 manat mükafat borcunun olması iş materialları ilə təsdiqini tapır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq onyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından aəvvəl sıradan çıxması, istifadə zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı mısuliyyəti lizinq alan daşıyır. İş materiallarından müəyyən edilir ki, lizinq obyekti olan avtomobilə cavabdeh tərəfindən ziyan dəymiş, avtomobilə dəymiş zərərin məbləği ekspert rəyinə əsasən 9748 manat təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, X4 əsasən cavabdehin istifadəsində olmuş nəqliyyat vasitəsinə yazılan 2512 manat məbləğində cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər və nəqliyyat vasitəsinin idarə edilməsi zamanı X4 əsasən yazılmış cərimələrə görə ödənilmiş məbləğ də cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən məbləğlərdə olan zərərin də cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi, müqavilə üzrə borcun tutulması və lizinq obyektinin lizinqverənə qaytarılması, eləcə də lizinq obyektinə dəymiş zərərin və ödənilmiş cərimələrin əvəzinin də cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 141,83 manat dövlət rüsumunun 127,64 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin keçirilmiş ekspertiza dəyərinin 10 manat hissəsinin iddiaçı təşkilatdan, 90 manat hissəsinin də cavabdehdən tutulması barədə məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri yuxarıda sadalanan qanunvericilik normaları ilə təkzib edildiyindən əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin əsas borc məbləğinin artırılmasının əsaslandırılmaması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi verilərkən xx.xx.2022-ci il tarixə olan borc müəyyən edilmiş, iddia ərizəsinə dəqiqləşmə verilən zaman isə xx.xx.2022-ci il tarixinə olan borc qeyd edilmişdir. Bununla da cavabdehin müddət keçdikdə nəqliyyat vasitəsinin istifadəsinə görə müəyyən edilmiş borcunun artması ağlabatandır. Həmçinin nəqliyyat vasitəsinin siğortalı olduğu halda dəymiş zərərin ondan tələb edilməsi barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndindən görünür ki, lizinq müqviləsi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olmasl, bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə bərpa edilir. lizinq alan avtomobilin bərpa edilməsi üçün 800 manatı ödəməzsə müqavilənin qeyd edilən bəndi qüvvəsindən düşür. Müqavilənin 6.5-ci bəndinə əsasən baş vermiş hadisə şığorta hadisəsi hesab edilmədikdə, habelə Sığorta çirkəti tərəfindən dığorta ödənişinin verilməsindən imtina edildikdə və ya verilmiş sığorta ödənişi lizinq obuyektinin bərpasına kifayət etmədikdə lizinq alan öz hesabına lizinq obyektini bərpa etməlidir. Hazırki işdən də görünür ki, nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı sığorta şirkətinə müraciət edilməmiş, dəymiş zərərlə bağlı hər hansı sığorta ödənişi edilməmişdir. Belə olan halda da lizinq obyektinə dəymiş zərər lizinq alan tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(060)-2036/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar