Məhkəmə qərarları › İş №2(060)-204/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-204/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-204/2022 07.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı “SİRENA“ MMC-nin nümayəndəsi X5, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “SİRENA“ MMC-nin Cavabdeh qarşı pul tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “SİRENA“ MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 16108 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq “SİRENA“ MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “SİRENA“ MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müqavilə üzrə 16088 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq “SİRENA“ MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SİRENA“ MMC ilə Sumqayıt şəhəri, məh., 2023/7 qeydiyyatda olan X3 arasında 29 yanvar 2019-ci il tarixində 2841.A №li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı MMC-nin mülkiyyətində olan "BAİC M20 AT UNİVERSAL markalı BAN 4№LNBMDLAF0HR903169 tünd göy, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ikin ödəniş etməklə İddiaçı MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh ödənilməmiş avtomobilin dəyərinin 16308 manat hisəssəni isə 29 yanvar 2021 -ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə gölürür( müqavilə və ödəniş cədvəli işə əlavə edilir). Cavabdeh müqavilə imzaladığı gündən İddiaçı MMC-in hesabına ayrı-ayrı vaxtlarda cəmi 220 manat ödəmişdir. 16 avqust 2019 cıı il tarixdə "xxxx" MMC-nin əməkdaşına pulun yerdə qalan bütün hissəsini onun tərəfindən tam ödəniş etdiyini deyərək, ondan arayış almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili 19.08.2019 ci il tarixdə qeydiyyatdan çıxarmışdır. "Sirena“ MMCnin iclas potokolunun qərarı ilə Cavabdeh səhvən verilmiş 16.08.2019 cu ildə verilmiş arayış ləğv edilmişdir. Həmin arayışın ləğv edilməsi barədə Cavabdeh məlumatlandırılmışdır. Cavabdeh 12.11.2019-cu ildə X1 adına alqı-satqı müqaviləsi bağlayaraq avtomobili ona satmış və avtomobilə yeni ** DP *** dövlət qeydiyyat nişanı alınmışdır. "Sirena“ MMC nin mülkiyətində olan ** PN *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yeni ** DP *** dövlət qeydiyyat nişanı almaqla avtonəqliyyat vasitəsini qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən dəfələrlə avtomobilə ödənilməmiş 16108 AZN manat pul vəsaitinin cəmiyyətin hesabına ödənilməsini yazılı və şifahi tələb etsələr də hazırki vaxtadək heç bir ödəniş etməmiş və ödəniş etməkdən yayınmışdır. Bağlanmış müqavilənin 3.2 ci maddəsində göstərilir ki, tərəflər üzərinə düşən öhdəliyi müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yetirdiyi gün bitir. Göründüyü kimi alıcı öz öhdəliyini yerinə yetirməmişdir. Avtomobilə dair müqavilə şərtlərinə uyğun ödəniləcəyi vəsaiti hesabına ödəməkdən yayınır. İddiaçı MMC-nin nümayəndəsi X7 bildirdi ki, borcun ödənilməsi barədə maliyyə arayışı yeni işçinin səhvi ilə əlaqədar verilmişdir. Həmin işçinin pulu alıb kassaya mədaxil etməməsi ilə bağlı araşdırma aparılmış, belə bir halın olmadığı təsdiqini tapmışdır. Ödəniş olunsa hesaba məbləğ daxil olardı. Bununla bağlı həm də ödəniş qəbzləri də olmalı idi, lakin qarşı tərəf həmin qəbzləri təqdim etməmişdir. İddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, tələb olunan məbləğ ödənilməmiş olsa idi, maliyyə arayışı tərtib edilməzdi. Hazırki iş üzrə iddiaçı artıq bir dəfə məhkəməyə müraciət edərək alqı-satqının etibarsız hesab edilməsini tələb etsədə, iddia tələbləri təmin edilməmişdir. Həmin tələblə hazırki irəli sürülən iddia tələbinin hüquqi əsasları eynidir. Artıq həmin iş üzrə Ali Məhkəmənin qərarı vardır. Hazırda mübahisə edilən avtomobil özgəninkiləşdirilmişdir. Avtomobil özgəninkiləşdirilərkən qəbzlər X2 verilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkili-nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 2841.A№-li saylı, 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan "BAİC M20 AT UNİVERSAL markalı BAN 4№LNBMDLAF0HR903169 tünd göy, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ikin ödəniş etməklə SİRENA” MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh ödənilməmiş 16308 manat hisəssəni isə 29 yanvar 2021 -ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə gölürür. İş materiallarında olan 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC arasında bağlanmış 2841.A saylı, 29.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Baic markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə İddiaçı MMC-nə 16088 manat borcu qalmışdır. İş materiallarında olan 17.09.2019-cu il tarixli, 02 saylı İddiaçı MMC-nin qərarından görünür ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq İddiaçı 16 avqust 2019-cu il tarixdə Cavabdeh texniki səhv səbəbindən borcun olmaması barədə verilmiş olduğu 16 avqust 2019-cu il tarixli 2841 saylı alqı-satqı müqaviləsinin predmeti olan Baic ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair № 920 saylı arayış İddiaçı MMC-nin yığıncağının aldığı qərara əsasən etibarsız hesab edilməsi, bu barədə Cavabdeh bildiriş göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin cavabdehə ünvanlanan bildirişin surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. İş materiallarlında olan İddiaçı MMC tərəfindən verilmiş 920 nömrəli, 16.08.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29 yanvar 2019cu il tarixli, 2841.A saylı alqısatqı müqaviləsinin predmeti olan “BAİC M20 AT UNİVERSAL” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh heç bir borcu və ya hər hansı öhdəliyi qalmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-114/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin 2.6. 5.1.2, 5.1.3, 5.1.4 bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən pozulduğu üçün müqavilənin ləğv edilməsi, müqavilənin ləğvi ilə bağlı sonrakı nəticələrin etibarsız sayılması, avtomobilin iddiaçıya təhvil verilməsi, yararsız hala düşdüyü halda vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-114/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2331/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(060)-114/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-270/2022 saylı, 17.01.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2021-ci il tarixli, 2(105)-2331/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən - Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin araşdırılan halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisəli avtomobil iddiaçının verdiyi 16.09.2019-cu il tarixli, 920 nömrəli maliyyə arayışı əsasında özgəninkiləşdirilmiş və hal-hazırda avtomobil X1 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı mübahisəli avtomobil özgəninkiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verildiyi aşkar edilməmiş və bu barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehə tərəflərindən verilmiş maliyyə arayışının səvh (cavabdehin yalan məlumat verməsi nəticəsində) verildiyini göstərsə də, həmin halla da bağlı hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. 16.09.2019-cu il tarixli, 920 nömrəli maliyyə arayışının səhvən verilməsini iddiaçı 2(060)-114/2021 nömrəli mülki işin gedişatında da, sübuta yetirə bilməmiş, bununla əlaqədar olaraq da, iddia tələbi rədd edilmişdir. İddiaçı qeyd edilən qətnaməni apellyasiya və kassasiya qaydasında mübahisələndirsədə, qətnamə dəyişddirilmədən saxlanılmışdır. 2(060)-114/2021 nömrəli mülki iş üzrə iddia tələbinin əsaslarından biri 16.09.2019-cu il tarixli, 920 nömrəli maliyyə arayışının səhvən verilməsi olmuşdur. Ona görə də, məhkəmə hazırki iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh müqavilə üzrə 16088 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar