Məhkəmə qərarları › İş №2(060)-2046/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2046/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2046/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, vəkili X11 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırıılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(060)-3337/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınıb, birgə nikahlarından olan 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 1997ci ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir: 12.08.1998-ci il təvəllüdlü X3, 1 1.09.2001 -ci il təvəllüdlü X7 oğlu və 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlu. Cavabdeh ilə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmışdır. Aralarında ər-arvad münasibəti qalmamışdır. Beləliklə, 2012-ci ildə cavabdehlə yollarını ayırmışlar. Ayrıldıqdan sonra cavabdeh ailəsinə baxmamış, uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etməmişdir. Buna görə də, məhkəməyə müraciət edərək bu məsələni qanun çərçivəsində həll etmək və qarşı tərəfin uşaqların saxlanma öhdəliklərini məhkəmə qətnaməsi ilə təmin etmək istəmişdir. O, İddiaçı 2019-cu ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 11.09.2001-ci il təvəllüdlü X7 oğlu və 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 400 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(060)-3337/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin olunaraq 11.09.2001-ci il təvəllüdlü X7 oğlu və 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.02.2019-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Oğlu, X7 oğlu Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 28 sentyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmış və İİ Fəxri Xiyabanda dəfn olunmuşdur. Eyni zamanda döyüşdə göstərdiyi rəşadət və qəhrəmanlığla görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Kiçik oğlu, Dövlətzadə Sahib Dövlət oğlunun maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, bazar qiymətlərinin qalxması, oğlunun böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün bir uşağa 120 manat aliment kifayət etmir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(060)-3337/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınıb, birgə nikahlarından olan 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərdi ki, cavabdeh hazırda ailəlidir və ikinci nikahdan bir övladı var. Bundan əlavə, cavabdeh şəhid övladına görə verilən şəhidlik pulunun yarısını iddiaçıya ödəyə bilər. Bundan əlavə, iddiaçının mənzil şəraitidə normallaşıb. Cavabdeh məhkəmə qətnaməsi ilə kəsilən alimenti vaxtlı vaxtında ödəyir. Hazırda cavabdeh iddia tələbini qismən qəbul edir və aylıq 120 manat aliment ödəyə biləcəyini məhkəmənin diqqətinə çatdıraraq qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan, AZ-İİ № 101437 saylı 06.05.2008-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Dövlətzadə Sahib Dövlət oğlu 02.05.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1945 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-3337/2019 saylı, 19.03.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 11.09.2001-ci il təvəllüdlü X7 oğlu və 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.02.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıç İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan, AZ-İ №-908517 saylı, 19.12.2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 19 dekabr 2013-cü il tarixdə bağlanmış və 2028 nömrə ilə qeyd olunmaqla sonuncuya “Dövlətzadə” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İİİ № 403727 saylı 12.09.2014-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 23.08.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4548 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti xxxx 28.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən 01 noyabr 2020-ci il tarixindən “xxxx” MMC-də mühafizəçi peşəsində işləyir və aylıq əmək haqqı 452 (dörd yüz əlli iki) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, Dal 3, ev 17A-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 474-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3337/2019 saylı iş üzrə çıxartdığı 19 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3337/2019 saylı 19 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 02.05.2008-ci il təvəllüdlü Dövlətzadə Sahib Dövlət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar