Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-207/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehna qarşı iddia qaldıraraq Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək payın bağışlanılmasına dair xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1941-ci ildə anadan olmuşdur. Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12, mənzil 70-də qızı X9 ilə birlikdə yaşayır. Ona həmişə baxmış, qulluq etmişdir. 12-ci mikrorayon, bina 9, mənzil 32-ə aid olan Forma B-yə əsasən xx.xx.1971-ci il tarixli, 10/1070 saylı orderlə X5 ((ESKA zavodu tərəfindən) verilmişdir. Həyat yoldaşı X11 xx.xx.1995-ci ildə vəfal etmişdir. Yoldaşı vəfat etdikdən sonra qızları (Abbasova İlahəŞamil qızı, X17, Maraqlı şəxs2) onu notariusa apararaq evi onun adına keçirəcəklərin demişlər. Lakin ona indi məlum olmuşdur ki, onlar qanunsuz hərəkət ediblər. Onun imzası olmadan (hansı yolla olduğunu bilmir) evi Maraqlı şəxs2 adına keçirmişlər. Halbuki o, öz payını bağışlamaq niyyətində olmamışdır. Bütün bunlardan sonra ona aydın olmuşdur ki, üç qızı bacıları X3 qarşı, ona qarşı birləşmiş və onları qanunsuz yollarla evdən uzaqlaşdırmağa çalışırlar. Belə ki, digər qızı X7-Tok sosial şəbəkəsinə bacısı X9 haqqında pis fikirlər söyləyərək videolar yerləşdirir. Əslində isə onun söylədikləri düzgün deyil. Həmin qızı uzaqda yaşasa da, hər şeyi o idarə edirdi. Həyat yoldaşı xəstə olan zaman evin sənədlərini də saxta yolla özəlləşdirməyə nail olmuşdur.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi başdan axıra kimi yalandır, böhtandır, bu iddia ərizəsi anasının sözləri ilə yazılmayıb və anasının iradə ifadəsi deyildir. Əksinə anasını bu iddia ərizəsini yazmağa məcbur ediblər. Anasına heç vaxt bacıları baxmayıblar, həmişə o baxmışdır. Bu barədə şəkilləri və video görüntüləri var. Etiraz ərizəsinə əlavə edir. Anası hazırda yataq xəstəsidir, anlaqsızdır. O, məcburi təzyiq altında etibarnamə verilməyə məcbur edilmişdir. Onun belə bir iddia ərizəsi verməsi ya təzyiq altında olmuş, ya da anlaqsız vəziyyətdə verilmişdir. Təzyiq edilərək ona qarşı öyrədilmişdir. İddiaçılardan müstəqil tələb irəli sürən kiçik bacısı və adı hallanan bacısı Məryəm anasına təzyiq edilməklə başqa ünvana aparılımışdır. Onun adına olan ünvan 1 Məryəm tərəfindən və digər bacısı tərəfindən zəbt edilmişdir. O, bu evə qarşı başqa bir məhkəmədə bu barədə iddia qaldıracaqdır. Anası İddiaçı son illərə kimi o baxmışdır. Pandemiya dövründə bacıları onunla ev davası və müxtəlif maddi maraqlar əsasında mənzil mübahisəsi yaradırlar. Hansı ki, 2004-cü ildə könüllülük əsasında bu mənzil ona bağışlanmışdır. Heç bir qanun pozuntusu olmamışdır. Miras payının bağışlama müqaviləsində həm anasının, həm də bacısının qolu vardır. Onlar öz pay hissəsini ona bağışlamışlar. Bu müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Bütün bu mübahisələrin başında bacısı Məmmədova Məryəm dayanır. O, dəfələrlə anasını incitmiş və anasından ona qarşı ev mübahisəsi açmağı tələb etmişdir. Bu bacısı ailə münasibətləri pozulduğu üçün anasının onun adına olan evinə gəlirdi. Ailə həyatı dağıldığı üçün anasını öyrətməyə başlayaraq ona təzyiqlər edirdi. Hətta onun yatağına duz tökmüş dəfələrlə onu narahat edib ona psixoloji təzyiqlər etmişdir. Bu barədə onda anasının telefon danışığı var. Həmin video telefon danışığında anası Məryəmdən və bacılarından ona şikayət etmişdir. Məryəm anasından maddi maraqları üçün istifadə etməyə başlamışdır. Anası İddiaçı məcbur edirdi ki, evi geri qaytar və Maraqlı şəxs2 bu evdən qov, yoxsa anasına baxmaycaq və Fəridənin də anasına baxmasının qarşısını alacaqdır. Anası dəfələrlə bu barədə ona demişdir. Hətta ondan xahiş etmişdir ki, Azərbaycana gəlməsin, gələndə Məryəm və İlahə onu incidirlər, onu narahat etməyə, əsəbləşdirməyə başlayırlar. Buna görə də anasını incidirdilər, ona təzyiq və psixoloji təsir göstərərk, onu sıxışdıdırdılar. İddiaçının anasının Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12, mənzil 70-də qızı X12 ilə birlikdə yaşaması yalandır. Hazırda anası kiçik bacısı olan Abbasova İlahəŞamil qızı ilə yaşayır. Bacıları hazırda anasını mübahisəli mənzilə görə incidirlər ki, nə yolla olursa olsun, bu mənzili öz adlarına keçirsinlər. Mübahisəli mənzil ona bağışlandıqdan sonra 2004-cü ildən başlayaraq xeyli vəsait sərf etməklə bu mənzili tam əsaslı təmir etdirmişdir. Hazırda müstəqil tələb irəli sürən bacısı İlahə və Məmmədova Məryəm onda bu evin ona bağışlanmasına müsbət baxırdılar ki, onların hər şeyi var, onun isə evi, mənzili yoxdur. Anası da buna görə onun mənzili olmadığı üçün bu evi ona bacısı İlahənin razılığı ilə bağışladı ki, bacıları üçün hər şey etmişdir, onun isə evi yoxdur. Hətta anası onu tələsdirirdi ki, evi dərhal tez bir zamanda bağışlamaq istəyir. Onlar da bu razılaşmaya həmin vaxt razı idilər. Bacıları özləri də buna şahid olmuşlar ki, ev almamış, bu ev onun olacaq deyə bu evi əsaslı təmir etdirmişdir. Bundan başqa anasına onun baxmağına icazə vermədikləri, onu hədələdikləri üçün anası onların nəzarətində baxımsız qalmış, onlar anasına nə onun baxmağına, nə də ki, özləri baxmağa vaxt tapmadıqları üçün anasının vəziyyəti son illərdə pisləşmişdir. Yatağa düşərək anlaqsız vəziyyətə gəlmişdir. Bacıları isə anasına baxmaq yerinə mübahisəli mənzili ələ keçirmək oyununa girmişlər. Bu səbəbdən hazırkı iddianın anası tərəfindən könüllü qaldırılmasını istisna edir. Buna görə də anasının mütləq şəkildə məhkəmədə iştirakı təmin edilməlidir. Çünki bu iddia ərizəsində deyilənlər onun fikirləri, iddiaları deyil, maddi marağı olan üçüncü şəxslərin yalan və əsassız sözləridir. Ona görə də hesab edir ki, iddia əsassızdır, hüququ olmayan şəxslər tərəfindən verilmişdir.
İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı X1 və müstəqil tələb irəli sürən X6 Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri, 12-ci mkr, ev 9, mənzil 32-yə dair miras payın verilməsinə dair bağışlama müqavilənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və bu əsasda verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə iddia müddətini tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı vərəsəlik payın verilməsinə dair bağışlama müqavilənin etibarsız hesab edilməsinə, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində göstərilir ki, iddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/12, mənzil 70-də qızı X12 ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 32 aid olan Forma B-yə əsasən xx.xx.1971-ci il tarixli, 10/1070 saylı orderlə X4 Eska zavodu tərəfindən verilmişdir. Həyat yoldaşı X11 xx.xx.1995-ci ildə vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra qızları Abbasova İlahəŞamil qızı, X15, Maraqlı şəxs2 onu notariusa apararaq evi onun adına keçirəcəklərini demişlər. Lakin ona indi məlum olmuşdur ki, onlar qanunsuz hərəkət etmişlər. Onun imzası olmadan hansı yolla olduğunu bilmir. Evi Maraqlı şəxs2 adına keçirmişlər. Halbuki, o, öz payını bağışlamaq niyyətində olmamışdır. Bütün bunlardan sonra ona aydın olub ki, üç qızı bacıları X10 qarşı ona qarşı birləşmiş və onları qanunsuz yollarla evdən uzaqlaşdırmağa çalışırlar. Buna görə də İddiaçı və müstəqil tələb irəli sürən X6 Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9, mənzil 32-ə dair payın verilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi Sumqayıt şəhər 3 saylı Notariat ofisində bağlanmış vərəsəlik payın bağışlama müqaviləsinin 2004-cü il tarixdən bağlandığı nəzərə alınaraq həmin müddətdən 20 il keçməsi nəzərə alınmalıdır. Bu iddia ərizəsi üzrə münasibətlərə Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi təbiq olunmalıdır. Belə ki, münasibətlər 2004-ci ildən yaranmışdır. Həmin Məcəlləyə əsasən bütün iddialara iddia müddəti tələb olunur. Ümumi iddia müddəti bütün tələblər üzrə 3 il təşkil etmişdir.
Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçının həyat yoldaşı Məmmədov Şamilə 1971-ci ildə order əsasında mənzil verilmişdir. İddiaçının qızı ona mənzili iddiaçının öz adına keçirməsi üçün notariusa getməsini təklif etmişdir. İddiaçı buna ehtiyac olmadığını bildirmişdir. Evin sənədlərini iddiaçının digər qızı Maraqlı şəxs2 götürmüşdür. Yaxın zamanlarda iddiaçı evi qızlarının arasında bölmək istədikdə, məlum olmuşdur ki, ev bütövlükdə Maraqlı şəxs2 məxsusdur. İddiaçı bildirir ki, Maraqlı şəxs2 daim evlə bağlı canfəşanlıq etmişdir. İddiaçı vaxtı gələndə evi bütün qızlarının arasında böləcəyini bildirmişdir. Sorğu əsasında bağışlanma haqqında müqaviləni əldə edərəkən burada Abbasova İlahəŞamil qızının özünə düşəcək miras payının Maraqlı şəxs2 bağışlanmasına imza etdiyini görünür. Abbasova İlahəŞamil qızı həmin imzanı işdən gələrkən avtomobildə tez-tələsik atdığını, Maraqlı şəxs2 evi analarının adına keçirdiyini bildirdiyini qeyd edir. Beləliklə, heç bir yerdə iddiaçının miras payını güzəştə getdiyini göstərən sənəd yoxdur. Həmin mənzildə davamlı olaraq iddiaçı yaşamışdır. İddiaçı yaşlı insandır. Son zamanlarda proses iştirakçısı olmayan digər övladının və ya Abbasova İlahəŞamil qızının yanında yaşayır. Maraqlı şəxs2 ona heç vaxt qayğı göstərməmişdir. Maraqlı şəxs2 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Sonuncu dəfə 2018-ci ildə Azərbaycana gəlmiş, oğluna toy mərasimi keçirib getmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatlarında bildirmişdir ki, Maraqlı şəxs2 onun bacısıdır. Rusiya Federasiyasında daimi yaşayır. Anasına baxması üçün bacısına razılıq ərizəsi vermişdir. Lakin o, anasına bir gün də olsun baxmamışdır. Həmin evdə anası yaşayır. Anasına o və digər bacısı baxır. Əvvəllər Maraqlı şəxs2 ilə münasibətləri çox yaxşı olmuş, Maraqlı şəxs2 oğlunun da toyunda iştirak etmişlər. Həmin toy ərəfəsində sözügedən bağışlama müqaviləsindən məlumatları olmuşdur. Anası 2023-cü ilin aprel ayında əməliyyat ediləndən sonra onun anasına baş çəkməməsi, anasına baxmaması səbəbindən münasibətləri pisləşmişdir. Həmin vaxt qeyd edilən müqavilədən məlumatları olmuşdur. Notariusda müqaviləyə imza çəkərkən materiallarla tanış olmaq imkanı olmamışdır. Notariusun bağlanmasını bəhanə edərək ona tez imza çəkdirmişdirlər. Nə ilə bağlı imza çəkməsi barədə məlumatı olmamışdır. Bacısına inanmışdır. Onun nasına baxacağına inanaraq müqaviləni imzalamışdır. Maraqlı şəxs2 Rusiya Federasiyanda yaşayırdı, o burada qeydiyyata düşmək istəyirdi. Maraqlı şəxs2 ona miras payından imtina etməyi haqqında bağışlanma müqaviləsini imzalatmışdır. İddiaçı təxminən iki ildir ki, onun yanında qalır. Bundan əvvəl o, mübahisə predmeti olan evdə yaşamışdır. Həmin evdə kommunal xidmətlər iddiaçının adına olan müqavilələr əsasında göstərilmişdir. Hazırda mübahisə predmeti olan evdə ola bilsin ki, kirayəçilər yaşayır. Kirayə müqaviləsi Məryəm adlı digər bacısı ilə bağlanmışdır.
8. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Tağıyeva X13 getmiş, qayıtdıqdan sonra açarların dəyişdiyini görmüşdür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin notariusu Rəşad Haqverdiyev ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
11. xx.xx.2004-cü il tarixli, 2V-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 1995-ci ildə vəfat etmiş X4 vərəsələri Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9, mənzil 32-də yaşayan arvadı – İddiaçı, Maraqlı şəxs2 və Abbasova İlahəŞamil qızıdır, onların hər biri miras əmlakdan bərabər hissədə irs almaldır, şəhadətnamə əsasında verilən miras əmlak Sumqayıt şəhər 5 nömrəli Dövlət notariat kontorunun 5M/347 nörməli reyestr bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, ümumi sahəsi 69,64 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan üç otaqdan ibarət 9 saylı evin 32-ci mənzilindən ibarətdir.
12. İddiaçı, Abbasova İlahəŞamil qızı və Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Abbasova İlahəŞamil qızı və İddiaçı Sumqayıt şəhəri 3-cü Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 2V-76 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, ümumi sahəsi 69,64 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan üç otaqdan onlara düşən hissəsini Maraqlı şəxs2 bağışlamışdırlar.
Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. -666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarldır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
16. Belə ki, iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 9-da yerləşən 32 saylı mənzil iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olmuşdur. X11 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı, Maraqlı şəxs2 və Abbasova İlahəŞamil qızı X4 qanun üzrə vərəsələri olmuş və onlar Sumqayıt şəhər 5 nömrəli Dövlət notariat kontorunun 5M/347 nörməli reyestr bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, ümumi sahəsi 69,64 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan üç otaqdan ibarət 9 saylı evin 32-ci mənzilindən ibarət miras əmlakdan bərabər hissədə pay almışlar. xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Abbasova İlahəŞamil qızı və İddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, ümumi sahəsi 69,64 kv.m, yaşayış sahəsi 47,31 kv.m olan mənzilin onlara düşən hissəsini Maraqlı şəxs2 bağışlamışdırlar. Hazırda iddiaçı yuxarıda adı qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir.
17. İddiaçı müqavilənin ləğv edilməsinin əsası kimi mübahisə predmeti olan mənzili qızı İddiaçı bağışlamadığını, sonuncunun onun xəbəri və imzası olmadan mənzili öz adına keçirməyə nail olduğunu və müqavilədə onun imzasının olmadığını göstərmişdir.
18. Məhkəmə iddiaçın həmin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə sorğu əsasında daxil olmuş 29 may 1995-ci ildə ölmüş X4 vərəsəlik işi materiallarında olan Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən, 9 saylı evin, 32-saylı mənzili üzərində payların Maraqlı şəxs2 bağışlanmasına dair müqavilə 22 iyul 2024-cü il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 24 dekabr 2024-cü il tarixli məktubunda mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9 ünvanında yerləşən 32 nömrəli mənzilin xx.xx.2004-cü il tarixli, 4Ə-369 nömrıli bağışlanma müqaviləsinə əsasən Maraqlı şəxs2 adına qeydiyyata alınaraq bir nüsxədə qeydiyyat vəsiqəsinin hazırlandığı və vətəndaşa təhvil verildiyi qeyd edilmişdir.
19. Beləliklə iddiaçı qeyd edilən müqavilənin onun aldadılması nəticəsində bağlanıldığına istinad etmiş və bu səbəbdən müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
21. Hazırki halda iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə, iddiaçının nümayəndəsi və üçüncü şəxs X8 izahatları arasında zidiyyət mövcuddur. Belə ki, onlar həmin evin üzərində mülkiyyət hüququnun iddiaçının adına keçirildiyini güman etdiklərini, lakin sənədlər Maraqlı şəxs2 olduğundan evin onun adına rəsmiləşdirməsindən xəbərsiz olduqlarını bildirmişlər. Belə olan halda sual yaranır ki, iddiaçı notariat orqanına getməmişdirsə hansı əsasla evin onun adına rəsmiləşdirildiyini ehtimal etmişdir. Bu yalnız onun etibarnamə əsasında başqa şəxs tərəfindən təmsil olunması halında baş verə bilərdi. Yəni müqavilənin təmsilçi vasitəsilə bağlanması halında mümkün ola bilərdi. Lakin iddiaçı tərəfindən hər hansı şəxsə təmsil olunması üçün etibarnamə verilməsi iş materialları ilə müəyyən olunmur. Əksinə məhkəməyə təqdim edilmiş 4ə-369 saylı notariat işinin materiallarında İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair 22 iyul 2004-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə Sumqayıt şəhər 3 saylı Dövlət Notariat orqanına gedərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə təqdim etmişdir.
22. Hazırki işdə iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxslə bağlanmış əqdin etibarsızlığı ilə bağlı göstərdiyi dəlillər mübahisələndirilən əqdlər üçün xarakterik olan hallara (aldatma, iradə ifadəsinin zədələnməsi) uyğun gəlir.
23. Mübahisələndirilən əqdlər üzrə əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq aldadılmanın məlum olduğu, zorakılıq və hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilmişdir. (Mülki Məcəllə, maddə 345.2)
24. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür.
25. İddiaçının hüququnun pozulmasını bilməsi vaxtına gəlincə məhkəmə qeyd edir ki, etibarsızlığı tələb edilən müqavilənin bağlanmasından 20 (iyirmi) ildən artıq müddət keçmişdir. İddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin bildirdiyinə görə iddiaçı uzun müddət həmin mənzildə yaşamışdır. İddiaçının həmin mənzildə yaşaya-yaşaya mənzilin kimin mülkiyyətində olmasını bilməməsini məhkəmə inandırıcı hesab etmir. Çünki ən azından kommunal xərclərlə bağlı öhdəliklərin (su, qaz, elektrik enerjisi) icrası zamanı kommunal ödənişlərlə bağlı sənədlərdən (qəbzlərdən) abonent kodunun kimə məxsus olması müəyyən edilə bilər. Həmçinin nəzərə alınsa ki, həmin evdə iddiaçı özü tək yaşamış, bu zaman həmin evin idarəçiliyi ilə bağlı hərəkətləri də məhz, o həyata keçirmiş, qeyd edilən hallar əsasında da evin mülkiyyətçisinin kim olması ilə bağlı məlumatlı olması imkanına malik olmuşdur.
26. İddiaçının nümayəndəsi mübahisə predmeti olan mənzilə dair sənədlərin Maraqlı şəxs2 olduğunu və onun sənədləri dəfələrlə istəməsinə baxmayaraq ona verməməsini bildirsə də bununla bağlı müvafiq hərəkətlər etməsini, yəni həmin sənədlərin ona təqdim edilməsi istiqamətində hərəkətlər etməsini, müvafiq dövlət orqanına müraciət etməsini, müqavilənin rəsmiləşdirildiyi, qanun üzrə vərəsəliyi qəbul etdiyi notariat orqanına müraciət etməsini və həmin sənədləri tələb etməsini təsdiq edən hər hansı bir sübutu nəhkəməyə təqdim etməmişdir.
27. Bundan əlavə 27 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında bildirmişdir ki, bağışlama müqaviləsinin mövcudluğundan 2023-cü ilin aprel ayında anası əməliyyat olunarkən məlumatları olmuşdur. Həmçinin sonuncu məhkəmə iclasında X2 Tağıyevanın qızının toy mərasiminə getməsələr də, oğlunun toy mərasimində iştirak etdiklərini həmin ərəfədə də sözügedən müqavilənin mövcudluğundan məlumatlı olduqlarını bildirmişlər.
28. Hətta hesab olunsa ki, İddiaçı 2023-cü ilin aprel ayında qeyd edilən müqavilədən məlumatlı olmuşdur, həmin vaxtdan hesablansa belə o, qanunvericilikdə həmin əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik kəsici müddəti ötürmüşdür. Belə ki, o iddia ərizəsi ilə məhkəməyə 05 avqust 2024-cü il tarixdə müraciət etmişdir.
29. Bunda başqa hazırki iş üzrə İddiaçı nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin şifahi və yazılı izahatlarından belə məlum olur ki, tərəflər arasında əvvələr münasibətlər yaxşı olmuş, daha sonra iddiaçı əməliyyat olunarkən Maraqlı şəxs2 ona baş çəkməməsi, onunla maraqlanmaması səbəbindən münasibətləri pozulmuşdur. Məhkəmə tərəflər arasında münasibətlər pisləşdikdən sonra onların bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmələrini də bu haldan suiistifadə kimi qiymətləndirir.
30. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki,bağışlama müqaviləsinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bir illik kəsici müddət ötürüldüyündən iddia həmin hissədə təmin edilməməlidir.
32. Məhkəmə həmçinin iddianın digər hissələrinə münasibətdə qeyd edir ki, iddiaçının digər tələbləri mübahisənin əsasını təşkil edən bağışlama müqaviləsinin etibarsız hesab edilməsindən asılı olduğundan və bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələb təmin edilmədiyindən iddia qeyd olunan hissələr də də təmin edilə bilməz.
Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehna qarşı payın bağışlanılmasına dair xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva