Məhkəmə qərarları › İş №2(060)-2076/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2076/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2076/2020 21.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8800 ABŞ dollarının və daş hasar tikdirməyə görə xərclədiyi 1500 manat, müdafiəçiyə ödədiyi 210 manatın və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehlərdən 8800 ABŞ dollarının və müdafiəçiyə ödədiyi 210 manatın və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ilin sentyabr adiında fərdi ev tikdirmək üçün torpaq sahəsi axtarmış və makler vasitəsi ilə cavabdeh X12 ilə tanış olmuşdur. Cavabdeh X12 torpaq sahəsini iddiaçıya göstərərək onun digər cavabdeh atası Cavabdeh məxsus olduğunu və 0.12 ha torpaq sahəsinin 0.04 ha torpaq sahəsini satmaq niyyətlərində olduğunu bildirmişdir. İddiaçı həmin torpaq sahəsini bəyənərək cavadeh X12 ilə 8800 dollara razılaşıb almışdır. İddiaçı həmin pulu cavabdeh X9 vermiş, cavabdeh X12 isə öz növbəsində digər Cavabdeh adına olan bağçılıq kitabçası ilə ona etibarnamə vermişdir. Bundan bir müddət sonra iddiaçı həmin torpaq sahəsini daş hasara aldırmışdır. 2015-ci ilin yay aylarında iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyə və məhkəmə nümayəndələrinin gəldiyini və nə isə torpaqla bağlı ziddiyyətlərinin olduğunu bilmişdir. Bundan sonra iddiaçı cavabdeh X12 ilə görüşmüş, Zamin ona heç bir problemin olmayacağını və özü şəxsən bu məsələni həll edəcəyini söz vermişdir. Bu məsələ ilə bağlı məhkəmə X3 və Cavabdehlərə qarşı iddiasını təmin etmişdir. Belə olan halda iddiaçı cavabdeh X4 verdiyi pulun və daş hasara şəkdiyi xərclərin qaytarılmasını tələb etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Odur ki, İddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iş materiallarında olan -Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(060)-3517/2015 saylı qətnaməsinin surətindən görünür ki, Metallurq bağçılıq cəmiyyəti tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsinin Cavabdeh ayrılması qanunsuz hesab edilməsi, cavabdehlər Cavabdeh, X12 və X1 şəhərinin cənubunda, “ Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində zəbt etdikləri 433 və 434 saylı həyətyanı torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahələrində inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi və “xxxxxxxx” ASC-nin “Metallurq” bağçılıq cəmiyyəti tərəfindən Cavabdeh verilmiş “bağçının üzvülük kitabçası” etibarsız hesab edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(105)-308/2016 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(060)-3517/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Muxtarov X8 şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən “xxxxxxxx” ASC-nin bağlarında 1317 saylı bağ sahəsindən 12 ha torpaq sahəsinin 4 sotunun alınması üçün X9 8800 ABŞ dolları pul vermişdir. - Cavabdeh xx.xx.2014-cü il tarixli razılığının surətindən görünür ki, ona məxsus olan torpaq sahəsinin Mahirə satılmasına etiraz etmir. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Niyazı oğlunun şikayəti əsasında X12 və Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda olan X6 izahatından görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən “xxxxxxxx” ASC-nin bağlarında 1317 saylı bağ sahəsindən 12 ha torpaq sahəsinin 4 sotunu İddiaçı Niyazı oğluna satmışdır. -xx.xx.2014-cü il tarixli 10 il etibarlı olan etibarnamənin surətindən görünür ki, X12 və Niftiyev X11 şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən “xxxxxxxx” ASC-nin bağlarında 1317 saylı bağ sahəsindən 12 ha torpaq sahəsinin 0,04 ha üzrə sənədləşdirmə, qeydiyyata salma, özəlləşdimə və.s. məsələlərin həyata keçirilməsi üçün İddiaçı Niyazı oğluna etibarnamə vermişdir. -xx.xx.2020-ci il tarixli, 91604 nömrəli qəbzdən görünür ki, Muxtarov X10 rayon vəkil bürosuna 210 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdehlər Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən “xxxxxxxx” ASC-nin bağlarında 1317 saylı bağ sahəsindən 12 ha torpaq sahəsinin 0,04 ha-nı 8800 ABŞ dollarına iddiaçıya satmışlar , lakin sonradan həmin torpaq sahəsinin cavabdehlərin olması məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilmişdir. Ona görə də iddiaçı həmin torpaq sahəsinin alınması üçün ödədiyi pulu tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə cavabdehlərin torpaq sahəsini üçüncü şəxsin hüquqları olmadığı vədi ilə iddiaçıdan ödəniş qəbul etməsi, əvəzində isə ona məxsus olmayan əmlakı iddiaçının sahibliyinə verməsi, eyni zamanda bu sövdələşmənin hüquqi və müqavilə əsasının olmaması, yalnız etibarnamə verməklə, belə bir əqdin bağlanması təəssüratı yaratması hallarına qiymət verərək hesab edir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan məbləğin 8800 ABŞ dolları əsassız varlanma nəticəsində cavabdehlərin əldə etdiyi vəsaitdir. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin əldə olunan vəsait məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, cavabdehlərin ödəniş qəbul edərək hər hansı müqavilə bağlamaması və vəd etdiyi xidməti göstərməməsi nəticəsində iddiaçı bir müddət sonra həmin torpaq sahəsindən məhrum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Bundan başqa, iddiaçı iddianın verilməsi üçün 30 manat dövlət rüsumu və müdafiəçiyə 210 manat xidmət haqqı ödəmişdir. Ona görə də bu hissədə də tələb təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri üzrə ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və X4 müştərək qaydada ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 8800 ABŞ dolları pul, məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və müdafiəçiyə ödənilmiş 210 manat xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X4 müştərək qaydada ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 8800 ABŞ dolları pul, müdafiəçiyə ödənilmiş 210 manat xidmət haqqı və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar