Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2094/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ondan oğurladığı 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 may 2018-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Optika’’ mağazasının qarşısında iddiaçıa məxsus içərisində 4000 manat məbləğində pul olan sellofan torbanı gizli yolla talayaraq iddiaçıya 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa həmin şəxs iddiaçıdan başqa şəxslərin də əşya və ya pullarını oğurlayaraq ziyan vurmuşdur. Bütün bunların təsdiqi isə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-188/2019 nömrəli, 07 may 2019-cu il tarixli hökmündə də göstərilmişdir. Belə ki, cavabdeh həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci masddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-309/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1 (102)-869/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-309/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasını çəkib bitirib. O, hal-hazırda Sumqayıt şəhərindədir. Həbsdən çıxdıqdan sonra o, cavabdehlə bir dəfə rastlaşıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1978-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-188/2019 nömrəli, 07 may 2019-cu il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-309/2019 nömrəli, 20 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 07 may 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 869/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamış və cavabdeh barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanının əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(060)-188/2019 nömrəli, 07 may 2019-cu il tarixli hökmü ilə müyyən edilmişdir ki, “bundan başqa o, (cavabdeh) təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 may 2018-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Optika” mağazasının qarşısında İddiaçı məxsus içərisində 2000 manat nəğd pul olan sellofan torbanı gizli yolla talayaraq zərərçəkmişə 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.” MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Həmin hökmün hazırkı iş üzrə preyudisial əhəmiyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2 000 (iki min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2094/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2094/2023
11.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver