Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-21/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min ) və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 10 ünvanında yerləşən qeyri yaşayış binasının, 90% ibarət hissəsi qeyri-yaşayış sahəsi kimi onun, qalan 10% hissəsi isə yaşayış sahəsi kimi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Qeyri- yaşayış binasının paylara bölünməsi Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 1990-cı il tarixli qərarına əsasən aparılmışdır. Onun hüququ xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bildirir ki, qeyri-yaşayış binası 2 mərtəbədən ibarətdir. Bu binanın 2-ci mərtəbəsinin 110.84 kvadrat metrdən sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh ona məlumat vermədən qeyri-yaşayış sahəsinin öz payına düşən sahənin üstünə düşən çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmışdır. Beləki, o, beton paneli deşərək binan çardaq hissəyə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayənəşin yerləşdirmək məqsədilə otaq, hamam və sanitar qovşağı quraşdırmağa başlamışdır. Orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmış və s. Bununla da çardaqda əlavə tikinti işləri aparan cavabdeh binaya əlavə yüklənmə vermiş və ona aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarət ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüşdür. 1-ci mərtbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı və yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür. Binanın texniki vəziyyətini nəzərə almayaraq aparılmış tikinti işləri nəticəsində qeyd etdiyi dağıntı baş vermiş binanın damına çıxış isə təmamilə qapanmışdır. Bina qəzalı vəziyyət almışdır. Bildirir ki, qəzalı vəziyyət haqqında məlumat aldıqdan dərhal sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Nazirliyinə müraciət etmişdir. Sumqayıt şəhər icra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Cavabdeh qeyd edilən ünvanda yerləşən tikilidə tikinti-quraşdırma işlərinin aparılmasına hər hansı bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunda mülkiyyətində olan qeyri- yaşayış sahəsinin yerləşdiyi binada təmir və yenidənqurma işlərinin aparılmasının müşahidə edildiyi, həmin işlərə müvafiq icazə sənədləri verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, binanın 90% dən ibarət hissəsinə mülkiyyət hüququ üzrə sahiblik edən şəxsə məlumat vermədən, razılaşdırmadan özbaşına tikinti-quraşdırma işləri aparan cavabdeh müvafiq dövlət qurumlarının da razılığı olmadan özbaşına olaraq tikinti-quraşdırma işləri aparmaqla mülkiyyətinə qəsd etmiş, ona maddi və mənəvi zərər vurmuşdur. Bildirir ki, 2008-ci ildə onun mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və qiymət 750.000-780.000 manat müəyyən edilmişdir ki.indiki qiymətlərlə bu qiymət ******* manat edir. Nəzərə alınsa ki, cavabdeh tərəfindən aparılmış rekonstruksiya işləri nəticəsində binanın təxminən 1/5 hissəsi yararsız hala düşmüşdür. Hesab edir ki, ona 20000 manatdan artıq maddi zərər vurulmuşdur. Həmçinin, əlavə olaraq bildirir ki, onun mülkiyyətində olan sahənin 1-ci mərtəbəsində dağıntı altında qalan mal və materiallar olmuşdur ki, indi onla tam yararasız vəziyyətdədir. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Və bu zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min ) və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, o, iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, iddiaçı onun doğma bibisi oğludur. 1995-ci ildən ünvan 2 ünvanı mərhum atasının təsisçisi olduğu "xxxx" müəssisəsinin inzibati binası olmuşdur. Sumqayıt şəhər məhkəməsi 1999-cu il 19 iyul tarixdə sözügedən binaya dair birgə mülkiyyətdən pay bölgüsü aparmış və həmin qərardaddan narazı olmuşdur. Buna görə 2009-cu il tarixdə də apellyasiya məhkəməsinə şikayət etmiş, lakin məhkəmə işi qüvvədə saxlamışdır. Uzun müddətdir İddiaçı ona maddi ziyan vurmasına baxmayaraq o, hüquqi savadsızlığından məhkəməyə müraciət edə bilməmişdir. Özü Tello MMC-nin təsisçisidir. İddiaçı şikayət predmeti olan dağıntı səbəbi onun istismar normativlərini kobud pozması üzündən baş vermişdir. Bununla da o binaya 200.000 manat ziyan vurmuşdur. Qeyd edir ki, 1999-cu il məhkəmə qərarına əsasən İddiaçı tabeliyinə 1418, 2 kv.metr sahə verilsə də, o bu gün 1086 kv.metr sahənin sahibidir. Səbəb onun bilərəkdən binanın 332 kv.metr sahəsini dağıtmasıdır ki, bununla da o binaya yenidən təxminən 200.000 manat zərər vurmuşdur. Bundan əlavə İddiaçı 2010-cu ildə binanı Kapitalbanka 225.000 manat məbləğində girov qoymuş və bu günədək banka ödəniş etməmişdir. Bu səbəbdən irəli gələn binanın onun tabeliyindəki 156 kv.metr sahəni də ondan xəbərsiz Kapital banka girov qoymuş və bununla da ona yenidən 156.000 manat ziyan vurmuş sayılmalıdır. 1995-ci ildən qüvvədə olan gəlir müqaviləsinə əsasən binadan götürülən gəlir tən yarı bölünməlidir. Lakin bu günədək İddiaçı binadan götürdüyü gəlirdən ona pul verməmiş, bununla da ona təxminən 100.000 manat ziyan vurmuşdur. Orucun ona mənəvi ziyan tərəfinə gəlincə, bildirir ki, binanın tikintisi və Orucla mübahisə zamanı hər iki valideyninə fiziki və psixoloji ziyan dəymiş və onlar bu travmalar nəticəsində 1994cü ildə anası və 1998-ci ildə atası vəfat etmişdir. Atası rəhmətə gedəndən sonra 1999-cu ildə Oruc binada özbaşınalıq etmiş və məni kommunal xidmətlərdən məhrum etmiş və məcbur olub ayrıca işıq, su, qaz, çirkab borusu çəkmişəm, yolumu kəsib 2-ci mərtəbəyə daş pilləkan tikdirməli olmuşdur. Sumqayıt şahəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşan qeyri yaşayış binası üzərində onun və iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və həmin qeyri-yaşayış sahəsi uzun illərdir ki, onun istifadəsindədir. İddiaçı iddia tələbində bildirir ki, 2 mərtəbədən ibarət olan bu qeyriyaşayış binasının 2-ci mərtəbəsinin 110.84 kvadrat metrdən ibarət olan hissəsi onun adına qeydiyyata alınmış və o, guya ona məlumat vermədən qeyri-yaşayış sahəsinin öz payına düşən sahəsinin üstünə düşən çardaq hissədən başlayaraq onun mülkiyyətində olan sahəyə qədərki hissədə tikinti işləri başlamış və onun çardağa girişini məhdudlaşdırmış, beton paneli deşərək çardaq hissəyə çıxış açmış, beton dayaq hissələri kəsərək çardaq hissədə kirayənişin yerləşdirmək məqsədilə otaq, hamam va sanitar qovşağı quraşdırmağa başlamış,orada pəncərə açmış, kanalizasiya xətləri çəkmiş, kondisioner quraşdırmiş,bununla da çardaqda əlavə tikinti işləri apararaq binaya əlava yüklənmə vermiş və guya da bu səbəblərdən ona aid 14 metr uzunluğu olan 150 kv.metrdən ibarat ikinci mərtəbənin tavan panelləri 1-ci mərtəbəyə düşmüş, 1-ci mərtəbənin tavan panelləri də öz növbəsində yüklənmə nəticəsində birinci mərtəbənin döşəməsinə düşmüşdür. Qalan təxminən 170 kvadrat metrlik hissə dağıntı va yüklənmə nəticəsində deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür və s. Bütün bunlar absurddur, yalandır, belə ki, o, yalnız ona aid olan hissədə müəyyən işlər aparmış, iddiaçıya məxsus olan sahəyə hər hansı müdaxilə etməmiş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə düşməsi isə ondan irəli gəlir ki, iddiaçı bu tikili inşa olunandan bəri iddiaçı təmirinə və bərpasına bir manat da olsun vəsait sərf etməmişdir. Həmin obyektin ətrafında yerləşən yataqxana və tikililərdə yaşayan şəxslər həmin ərazinin yaşayış üçün yararsız bir hala düşməsi səbəbindən köçürülmüş və tikiliyə axan yağış sularının yerə axmasına xidmət edən su boruları olmadığı üçün su nohurları qum və daşlarla dolmuş və bu səbəbdən də yağan yağış suları bu illər ərzində tikilinin tavanından birbaşa obyektin otaqlarına axmaqla həmin obyektin yararsız bir vəziyyətə düşməsinə və iddiaçının iddia tələbində qeyd etdiyi halların məhz bu səbəbdən baş verməsinə səbəb olmuşdur. Digər tərəfdən də tikilinin ətrafında artıq uzun illər boyu nohurlanmış sular obyektin özülünə axmış və onun dayanıqlılığını zəiflətməklə tikilinin hazırki vəziyyətə düşməsinə səbəb olmuşdur. Onda həmin vəziyyəti əks etdirən görüntülər də vardır. Bundan başqa belə hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hansı səbəblər üzündən bu günkü vəziyyətə düşməsinə aydınlıq gətirilməsi üçün məhkəmə ekspertizası da təyin olunmalıdır. O, bir daha bildirir ki, iddiaçıya məxsus obyektin hazırki vəziyyətə düşməsinin əsas səbəbkarı və günahkarı iddiaçı özüdür. Lakin o bunu çox gözəl bildiyi halda ondan görünür, pul qoparmaqla həmin pul hesabına bu tikilini bərpa etmək istəyir. Halbuki iddiaçı bu 30 il ərzində həmin obyektə baxmamış, əsaslı təmir-bərpa işləri aparmamış, mövcud çatışmamazlıqlan və problemləri aradan qaldırmamış, əksinə onun bu hərəkətsizliyi onun mülkiyyətinə aid olan hissədə də problemlərin yaranmasına səbəb olmuşdur. Onu da qeyd edir ki, iddiaçı öz əmlakı kimi iddia etdiyi hissəni banka girov qoyaraq böyük məbləğdə vəsait götürmüş və hazırda həmin əmlak hərraca çıxarılmışdır. Artıq özgəninkiləşdirilmə ərəfəsində olan bu əmlaka görə görünür, bu əsassız iddia qaldırmaqla ondan əlavə pul qoparmaq istəyir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X11 bildirdi ki, o, qeyri-yaşayış binasında 2008-ci ildən yaşayır. Cavabdehi həmin binada yaşayan görməmişdir. Yuxarı mərtəbələrdə həmişə kirayəşinlər yaşayırdı. 2017-2018-ci ilin qış aylarında o, öz qaldığı otağa gələndə yuxarı mərtəbədən onun otağına su axıdılmasının şahidi olmuşdur. Dərhal suyun axıdılmasının qarşısı alınması məqsədi ilə yuxarı qalxmış və orada ustaların işləməsini görmüşdür. Həmin vaxt ustalar yanında Cavabdeh də olmuşdur. O, öz iradını cavabdehə bildirəndə, Cavabdeh özünə aid olan hissədə təmir işləri apardığını bildirmişdir. Ustaların beton plitələrin kəsdiyini şahidi olmuşdur. O, bu barədə iddiaçının qardaşına zəng edərək bildirmişdir. Hazırda həmin qeyri-yaşayış binada yaşamır, səbəbi də ondan ibarətdir ki, cavabdehi Cavabdeh gördüyü bu təmir işləri nəticəsində çardaq uçarak onun yaşadığı otağına düşmüşdür. Məhkəmədə şahid X7 bildirdi ki, tərəflərdən cavabdehi tanıyır. 2010-cu ildə cavabdehin qeyri-yaşayış binasının mansarında razetkalar dəyişmişdir. 2015-ci ildə həmin qeyri-yaşayış binasında digər təmir işləri görərkən, həmin binanın həyətində traktorun işləməsini şahid olmuşdur. Traktor həyətdə olan hasarı söküb, daşları maşın vasitəsi ilə aparmışdılar. Eyni zamanda sözügedən qeyri-yaşayış sahəsində təmir işləri apararkən Natəvan Cəfərovanı həmin yerdə yaşamasının şahidi olmuşdur. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, şahidlər X11 və X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X4 tikinti işlərinin aparılmasına dair Memarlıq və Şəhərsala idarəsi tərəfindən heç bir icazə sənədi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 nömrəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsi 110.4 kv.m sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2- 292 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məkhəməsinin xx.xx.2009-cu il tarilxi qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı birgə mülkiyyətdən pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin iddiaçıya, 10%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2009-cu il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılması, apellyasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri X9r. İş materiallarında olan Sumqayıt şəhər X12 Rəyasət Heyətinin 30.10.992-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər X12 torpaq komissiyasının 29 oktyabr 1992-ci il tarixli, 7№-li protokoluna əsasən "xxxx" kiçik müəssisəsinə Azərbaycan milli xalq musiqi əlatləri hazırlanmasını və təmirini təminedən bina tikmək üçün 42-ci məhəllədə 1220 kv. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsindən "xxxx" kiçik müəssisəsi üçün pay ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3869 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssis rəyinə əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən dağılmış qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Lakin həmin binanın 237 kv.m sahəsinin sökülməsinin ümumi binanın davamlılığına və onun sonradan dağılmasına təsiri olub-olmamasının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin mütəxəsissləri müvafiq hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azkommunlahiyə” KLİ-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12xl3m hissədən boşluqlu yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konştruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarının kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir-beton boşluqlu tavalar və digər dəmir-beton konstruksiyalar uçub dağılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/864 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azkommunlayihə” KLİ-nin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki texniki vəziyyəti qəzalıdır. Həmin qeyri-yaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqlu yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri-yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir beton boşluqlu tavalar və digər dəmir beton konstruksiyalar uçub dağılmışdır. İş materiallarında olan “Yeni Dövr” qiymətləndirmə mərkəzinin rəyini surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 42 Koroğlu prospektində yerləşən ümumi sahəsi 1086,56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 705000 (yeddi yüz beş min) manat və likvid dəyəri 634500 (altı yüz otuz dörd min beş yüz) manat müəyyən edilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.0.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X19 Mərkəzi "xxxx" MMC-yə qarşı İddiaçı və "Ülvi-85" firması mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2010-cu il tarixli icra vərəqəsi üzrə sifariş edilmiş hərracın nəticələrinin etibarsız hesab olunmasını və hərracın yenidən keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 2(005)- 4194/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2010-cu il tarixli icra vərəqəsi üzrə sifariş edilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 2(005)-4194/2017 nömrəli qətnaməsi üçüncü şəxs İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayit Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi DTİ və MHQ tərəfindən İddiaçı Cəlaf oğlunun adına xx.xx.2000-ci il tarixli, 295 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan vətəndaşın idarəyə müraciəti və müraciətinə əlavə edilmiş qeydiyyat vəsiqəsi, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 51 saylı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə olmaqla qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 3 saylı döviət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 3M/25 reyestr nömrəli 200 saylı ipoteka müqaviləsinə əsasən sözügedən qeyri- yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəsi dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli məktubu əsasında mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi, yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. "Bakı Hərrac Mərkəzi' MMC-nin xx.xx.2021 -ci il tarixli hərracın yekunları barədə protokoluna və xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında sözgedən qeyri-yaşayış sahəsi "xxxx" ASCnin adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Sumqayit Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi, ünvan 6eydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına respublika üzrə hazırda qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2280/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və maraqlı tərəf X17 Kreditlər Şöbəsinə qarşı binanın qəzalı vəziyyətinin aradan qaldırılması, bərpası və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması müəyyən edilir. Məhkəmə mülki iş üzrə iş materiallarını araşdıraraq qənaətə gəlir ki, verilmiş tələbin hüquqi əsası sübut olunmadığı üçün iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmənin iddianın təmin edilməməsi qənaətinə gəlməsinə əsas, işin məhkəmə araşdırması zamanı müəyyən edilən hallar və aşağıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsindən görünür ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər başqa şəxsə vurulmalıdır. Digər şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin mülkiyyət hüququ iş materiallarında olan məhkəmə aktları və rəsmi reyestrdən qeydiyyatdan keçmiş sənədlərə əsasən müəyyən edilir ki, iddia tələbi əsassız olmaqla iş materialları, tərəflərin izahatları ilə öz təsdiqini tapmır. Belə ki, İddiaçı mübahisə etdiyi binanın qəzalı vəziyyətə düşməsi Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsi məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tiKilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Posessual Məcəllənin 180.4-cü maddəsi). Məhkəmə iddanın təmin edilməməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, iş üzrə əhəmiyətli olan halların sübuta yetirilməsi üçün tərəflərə sübutların təqdim olunması üçün şərait yaradılmışdır. Məhkəmə bu qənaətə gəlir ki, verilmiş iddia tələbinin əsası sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 200000 (iki yüz min ) və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-21/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-21/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver