Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-211/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «axıdılan suyun qarşısının alınması və vurulan maddi ziyan tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 1-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 8- ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzili mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Mənzil Cavabdeh2 məxsus olsa da həmin mənzil onun tərəfindən bir neçə ildir ki, kirayəyə verilmişdir. Cavabdeh1 5 №-li mənzildən uzun müddətdir ki, onun mətbəxinin, dəhlizinin, vanna otağının və sanitar qovşağının tavanına su axıdılır. Bunu 8 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən 58 №-li Akt da təsdiq edir. Bu vəziyyət neçə illərdir ki, təkrar olunur. Suyun axıdılması nəticəsində evdə daima nəmişlik yaranır. Nəmişlikdən tez-tez o, və ailə üzvləri xəstələnirlər. Mənzilinə cavabdehlərin günahı üzündən 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Məsuliyyətsizlik səbəbindən cavabdehə məxsus mənzilin su krantları açıq qalır. Bu səbəbdən də dəfələrlə su axaraq mənzilinə ciddi ziyan vurmuşdur. Məsələ ilə əlaqədar olaraq 8 saylı Mənzil Kommunal Sahəsinə müraciət etmişdir. Bir daha bildirir ki, qonşunun yaratdığı narahatlıq səbəbindən xəstəlik tapmışdır. Mənzilinin daima nəmişlik olması səbəbindən evdə yaşamaq qeyri-mümkündür. Həmçinin qonşunun təqsiri üzündən əsəb və stress keçirməyə məcbur olmuşdur. Məsələ ilə əlaqədar Sumqayıt şəhər 1 saylı Polis Bölməsinə ərizə ilə 3 dələ müraciət etmişdir. Oradan ona bildirmişlər ki, məsələ mülki xarakterli olduğuna görə "məhkəməyə müraciət edə bilər. Hesab edir ki, Sumqayıt şəhəri. 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (min beş yüz) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1530 (min beş yüz otuz) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Cavabdeh2 tərəfindən dəymiş ziyandan 300 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 5-ci mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən mənzilinə axıdılan suyun qarşısının alınması və vurduğu maddi ziyana görə 1500 (bir min beş yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 1530 (bir min beş yüz otuz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, təsadüf nəticəsində mənzilində içməli su krantı açıq qalmış və su axaraq iddiaçının mənzilinin dəhlizini islatmışdır. Növbəti dəfə binaya xidmət göstərən kanalizasiya xətdində olan nasazlıq səbəbindən kanalizasiya xətti tutulmuş və çirkab su onun yaşadığı mənzilində olan trapdan axaraq iddiaçının mənzilinə keçmişdir. Çirkab suyun axıdılmasına onun heç bir təqsiri yoxdur. Beləki əraziyə xidmət göstərən Mənzil İstismar Sahəsi və qonşular təsdiq edə bilər ki, iddiaçının mənzilinə axıdılan çirkab su onun günahı üzündən əmələ gəlməmiişdir. Bir daha bildirir ki, binaya xidmət göstərən kanalizasiya xətti 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında tutulmuş, çirkab su onun mənzilində olan trapdan axaraq iddiaçının mənzilinə keçmişdir. Həmin çirkab suyun təsiri nəticəsində iddiaçının dəhlizinin kiçik hissəsi islanmışdır. O, həmin zərərə görə iddiaçıya 200 manat ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPMnin 185.5-çi maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 4, mənzil 5 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 188 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli aktından görünür ki, 8 saylı MKS-nin sahə ustaları R.Məmmədova və E.Əliyeva 8-ci mikrorayon, ev 17/29, mənzil 1-də yaşayan X3 şikayət ərizəsi əsasında mənzilə baxış keçirilən zaman aşkar olunmuşdur ki. Həmin binanın üst mərtəbəsində yəni 5-ci mənzildə yaşayan Cavabdeh1 mənzildə su axıdılması nəticəsində şikayətçinin mənzilinin mətbəx, dəhliz, vanna otağının tavanı yararsız hala düşmüşdür. Bundan əlavə Cavabdeh1 ilə onlar telefon əlaqəsi saxlayaraq qonşu ilə razılığa gəlməsini ya da akt tərtib ediləcəyi bildirmişdirlər. O, isə bildirmişdir ki, yaxın günlərdə əmək haqqını alıb təmir etdirəcəkdir. X2 isə ona inanmadığını bildirdi. Əlavə olaraq bildirilir ki, Cavabdeh1 mənzili kirayə vermişdir. İş materialında olan Cavabdeh2 xx.xx.2021-ci il tarixli etiraz ərizəsindən görünür ki, o, iddiaçı ilə qarşılıqlı razılıq əsasında mənzilə dəymiş ziyana görə 300 manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis X1 ünvanladıqları məktubdan görünür ki, onun xx.xx.2021-ci il tarixdə ünvanladığı ərizəyə baxılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki mühakimə qaydasında məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, aparılan hesablamalar nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 17/29 saylı evin, 1 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1465,3 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə bu normaya istinad edərək hesab edir ki, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması mülki məcəllədə göstərilən kimi öhdəlik deyil, qadağan olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli 10/1877 nömrəli rəyi ilə iddiaçının mülkiyyətində olan, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 17/29 saylı evin, 1-ci mənzilinə həmin binada yerləşən 5 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 1465,3 manat olduğu müəyyən edilməlidir. Lakin Cavabdeh2 tərəfindən dəymiş ziyandan 300 manat ödənilməsi nəzərə alınaraq, bu məbləğ 1165,3 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 5 saylı mənzilin sahibi olsada, həmin mənzil faktiki Cavabdeh1 istifadəsindədir və yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh1 tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən axıdılan suyunun iddiaçının mənzilinə axıdılması Cavabdeh1 qadağan edilməli və Cavabdeh1 1165 (bir min yüz altmış beş) manat 30 (otuz) qəpik mənzilə dəymiş ziyanın və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən axıdılan suyun iddiaçının mənzilinə axıdılması qadağan edilsin. Cavabdeh1 1165 (bir min yüz altmış beş) manat 30 (otuz) qəpik mənzilə dəymiş ziyanın və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-211/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-211/2022
17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver