Məhkəmə qərarları › İş №2(060)-2110/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2110/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2110/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 194 saylı otağa istifadə hüququnun tanınması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 1992-ci ildən yuxarıda göstərilən ünvanda daimi olaraq yaşamaqla pasport qeydiyyatında olmuşdur. Onunla qonşuluqda yaşayan qonşu X1 və həyat yoldaşı Mamed mütəmadi olaraq onunla mübahisə etmiş, ona normal yaşamağa imkan verməmiş, dəfələrlə onların mübahisələrinə məhkəmə instansiyalarında baxılmışdır. O, vəziyyətdən çıxış yolu kimi doğulduğu Cəbrayıl rayonuna qeydiyyata düşüb məcburi köçkün statusu aldığı təqdirdə bu qonşunun onu bir daha narahat etməyəcəyini düşünərək, Cəbrayıl rayon Pasport Qeydiyyatı şöbəsinə müraciət etmiş və ünvan 2 ünvanı üzrə AZE seriyalı 13066140 seriyalı şəxsiyyət vəsiqəsini ondan alınmış, nəticədə Saatlı rayon Polis şöbəsi tərəfindən 30.10.2017-ci il tarixdə onun adına yeni AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin onun yaşayış ünvanı ünvan 3ə kimi qeydiyyatda olduğu yataqxanada yaşayır. Bu formal qeydiyyat ona məcburi köçkün statusu verməmiş, əksinə o, daimi qeydiyyatda olduğu ünvan üzrə qanunsuz olaraq qeydiyyatdan çıxarılmışdır. 1996cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun şərh edilməsi barədə AR Konstitusiya Məhkəməsi 12 iyul 2000-ci il tarixli Qərar qəbul etmiş və Azərbaycan Respublikası Konstitusiya məhkəməsi 31 yanvar 2003-cü il tarixli Qərarı ilə qeyd edilən Qanunun 5-ci maddəsinə və s. şərh vermişdir. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin qanuni əsaslarla daimi və daha çox yaşadığı yer onun yaşayış yeri hesab edilir. Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qeydiyyatdan keçmək zərurətinə yönəldir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 194 saylı otaqda yaşasa da, onun həmin otağa dair hər hansı bir sənədi və yaxud orderi yoxdur. Hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş 259 nömrəli, 19.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 09.11.1992-ci il tarixdən ünvan 4 ünvanında yerləşən 194 saylı otağa qeydiyyata düşmüş və 30.10.2017-ci ildən həmin ünvandan qeydiyyatdan çıxmışdır. İş materiallarında olan AZE 13066140 nömrəli, 09.09.2012-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 194 saylı otaqda qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş 22 saylı MKS tərəfindən verilmiş 03 nömrəli, 10.02.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı hal-hazırda ünvan 4 ünvanında yerləşən 194 saylı otaqda yaşayır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı 09.11.1992-ci il tarixdən 30.10.2017-ci il tarixı kimi ünvan 1 ünvanında yerləşən 194 saylı otaqda qeydiyyatda olmuş və həmin mənzildə də yaşamış və hazırda da yaşayır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin İ bəndində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ünvan 4 ünvanında yerləşən 194 saylı otağına istifadə hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən 194 saylı otağına istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar