Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2141/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********78558 olan Samsung Galaxy A6 markalı telefon üçün 508 (beş yüz səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefon üçün 1442 (bir min dörd yüz qırx iki) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1980 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********78558 və **********77101 olan Samsung Galaxy A6 və iPhone 8 markalı telefon almış və nəticədə 1950 (bir min doqquz yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (12 ay x 66 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********78558 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 508 (beş yüz səkkiz) manat ödənilməmiş hissə, cərimə 158 manat (0.66 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2319 (iki min üç yüz on doqquz) manat (12 ay x 164 manat + 351 manat ilkin ödəniş) İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefon üçün ümumilikdə, 1442 (bir min dörd yüz qırx iki) manat ödənilməmiş hissə, cərimə 442 manat (1.64 manat x 270 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1161 manat təşkil etmişdir. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-2141/2020 saylı mülki işi üzrə iddiaçı “xxxxxxxxxxx” MMC ona qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin tələb qismən qanunsuz və əsassızdır. O, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə müqaviləyə əsasən, Samsung Galaxv A6 və iPhone 8 markalı telefon kreditə götürmüşdür. Kredit borcunu vaxtı-vaxtında ödəmiş, lakin sonradan iqtisadi çətinliklərlə əlaqədar ödənişləri etməkdə çətinliklər çəkmişdir. Ümumillikdə hər iki telefonun ödənişi üçün 1689.12 manat məbləğində ödəniş etmişdir. Ödənişləri etməkdə çətinlik çəkdiyindən və eyni zamanda oğlu əsgər getdiyindən, xx.xx.2019-cu il tarixdə İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefonu Sumqayıt şəhəri. 9-mikrorayon, Zülfü Hacıyev küç., 238 ünvanında yerləşən ”Link Servis”ə təhvil vermişdir. Servis telefona baxış keçirib qəbul etdikdən sonra oğluna bildirilmişdir ki, gedin bir həftə ərzində sizinlə əlaqə saxlanılcaq. Həmin tarixdən sonra dəfələrlə servisə yaxınlaşaraq telefonu qaytarılmasını tələb etsə də, servis onlara heç bir məlumat verməmişdir. Əlavə olaraq bildirmişdir ki, hər iki telefon alınarkən Kontakt Home tərəfindən ona qızıl zəmanət kartları təqdim edilmişdir. Həmin kartlara əsasən iPhone 8 markalı telefonun məbləği 1450 manat, Samsung Galaxv A6 telefonun qiyməti isə 550 manat göstərilmişdir. İddiaçı məhkəməyə həddindən artıq şişirdilmiş məbləğ təqdim etmişdir. Hal-hazırda onun iddiaçıya cəmi 461 manat məbləğində borcu qalmışdır. Yuxarıda göstərdiklərinə əsasən, ondan 461 (dörd yüz altmış bir) manat məbləğində pulun alınıb “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmasına, qalan hissədə təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00330539 və xx.xx.2019-il tarixli 00462003 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən İMEİ Kodu **********78558 olan Samsung Galaxy A6 markalı və İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefonlaralmışdır. İşdə olan AZE seriyalı 08043281 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh xx.xx.1974-cü il tarixdə Tovuz rayonu, Əlibəyli kndində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə hər iki müqavilə üzrə ümumilikdə 1950 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018ci il tarixli, 00330539 və xx.xx.2019-il tarixli 00462003 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 1950 (508+1442) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh etirazında onun tərəfindən mübahisəli telefonlardan birini mağazaya təhvil verdiyini, sonradan həmin telefonun geri qaytarılmasını mağazadan istəsə də, telefonun ona qaytarılmadığını qeyd etmişdir. İşdə olan Link servis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 190640 nömrəli qəbzdən görünür ki, müştəri Cavabdeh İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefonu xx.xx.2019-cu il tarixdə servisə təhvil vermişdir. Həmin qəbzdə həmçinin bu qəbzi təqdim edən istənilən yetkinlik yaşına çatmış şəxsin cihazı servisdən təhvil ala biləcəyi qeyd edildiyindən məhkəmə cavabdehin etirazının həmin dəlilini qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İMEİ Kodu **********78558 olan Samsung Galaxy A6 markalı telefon üçün 508 (beş yüz səkkiz) manat, İMEİ Kodu **********77101 olan iPhone 8 markalı telefon üçün 1442 (bir min dörd yüz qırx iki) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1980 (bir min doqquz yüz səksən) manat pul tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2141/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2141/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver