Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2167/2020 25.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Bank «xxx» ASC-nin etibarnamə nümayəndəsi X4, Cavabdeh X1, onun nümayəndəsi və digər Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh və X3а qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank «xxx» ASC cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 38570.58 manat əsas borc, 3641.95 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 43540.05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh Bank “xxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2018-ci il tarixli, DENG-00067-17/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Bank «xxx» ASC iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh Səfərəliyev Mahir Səfərəli oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 38794.96 manat əsas borc, 4645.53 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 44768.01 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh Bank “xxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2018-ci il tarixli, DENG-00067-17/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0.0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank «xxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli DEN- 00067-17/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə, illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 44000 (qırx dörd min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçıyla DENG-00067-17/18A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 0.0316 ha torpaq sahəsini və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanm kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank «xxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq nümayəndə bildirdi ki, Cavabdeh hazırda banka xx.xx.2019-cu il tarixinə 38794.96 manat əsas borc, 4645.53 manat faiz borcu və 1327.52 manat dəbbə borcu olmaqla ümumilikdə 44768.01 manat məbləğində borcu vardır. Cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi və digər Cavabdeh vəkili Vəkiliddia tələbinə etiraz edərək bildirdi ki, o, bankın cavabdehlərdən tələb etdiyi məbləğlə razı deyil. Belə ki, iddiaçı Bank “xxx” ASC-nin “Sumqayıt” fılialı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh şəxsi istifadə məqsədi ilə 44000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh məxsus olan 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evi girov qoyulmuşdur. Götürülən kredit məbləği ilə bağlı 2018-ci ilin oktyabr ayı üçün 2740 manat, noyabr ayı üçün 2240, dekabr ayı üçün isə 2463 manat məbləğində ödəniş etmişlər. Ödənişləri 2019cu il üçün də davam etdirmiş və cari ilin aprel və iyun aylarında hərəsində 1000 manat olmaqla, ümumilikdə 2000 manat, iyul ayında 100 manat, avqust ayında isə 150 manat məbləğində pul ödəmişlər. Cavabdehlər əlavə olaraq “xxxxxxxxx” ASC-dən də kredit götürmüş və həmin kredit müqaviləsi məlum Fərmanın təsiri altına düşdüyündən, onlara ayrılan kompensasiya məbləği, yəni 2450 manat pul məbləği də Bank «xxx» ASC-yə olan borcuna yönləndirilmişdir. Vəkil əlavə olaraq bildirdi ki, iddiaçı təşkilat əsassız olaraq cavabdehlərə yüksək məbləğdə dəbbə borcu hesablamışdır. Ona görə də nümayəndə dəbbə borcunun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2018-ci il tarixli DN-00067-17/18A saylı kredit müqaviləsindən görünür ki, Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh şəxsi istifadə məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 44000 (qırx dörd min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Bank “xxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli DENG-00067-17/18A saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli DN-00067-17/18A saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan 0.0316 ha torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın nortarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 34 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan 0.0316 ha torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ünvanlı fərdi yaşayış evi Bank “xxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 Bank “xxx” ASC-nin Sumqayıt filialına ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********82 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 24760 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları və xx.xx.2018-ci il tarixli DN-00067-17/18A saylı kredit müqaviləsinin şərtləri nzərə alınmaqla Cavabdeh Bank “xxx” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir. Sual üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 2,495,42 manat. Sual üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 4,645,53 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Bank “xxx” ASC-nin “Sumqayıt” filialının xx.xx.2018-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh bankdan 44 000 manat məbləğində pul götürmüşdür. İşdə olan “FAME PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/298 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 60 000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, SUMF-2019/40 və xx.xx.2019-cu il tarixli, SUMF- 2019/59 saylı xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildirişlər ünvanlanmışdır. İş materiallarında olan AZ-İ 893695 saylı nikah haqqında şəhadətnamənin surətin əsasən, Cavabdeh ilə X8 xx xxxxxxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 591 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Səfərəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş **********531 nömrəli ərizənin surətindən görünür ki, X5 qeydiyyatda olduğu Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evinin Bank “xxx” ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli, SUMF-2019/40 və xx.xx.2019-cu il tarixli, SUMF-2019/59 saylı xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxxxx 2018-ci il tarixli, DN-00067- 17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh kreditor Bank «xxx» ASC-nin xeyrinə 38794,96 manat əsas və 4645,53 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1327,52 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 300 manat məbləğində pul tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş 0,0316 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 60 000 (altmış min) manat olması müəyyən olunmuşdur. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 0,0316 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh və X5 tərəfindən ipoteka predmeti olan mənzilin boşaldılması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehlərə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bank “xxx” ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, DEN- 00067-17/18A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh “xxx” ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsi üzrə 38794,96 (otuz səkkiz min manat yeddi yüz doxsan dörd manat doxsan altı qəpik) manat əsas borc, 4645,53 (dörd min altı yüz qırx beş manat əlli üç qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, ümumilikdə 43740,49 (qırx üç min yeddi yüz qırx manat qırx doqquz qəpik) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evi açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank “xxx” ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. İpoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A saylı fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər Cavabdeh və X5 tərəfindən boşaldılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2167/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2167/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver