Məhkəmə qərarları › İş №2(060)-2168/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2168/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2168/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17050 (on yeddi min əlli) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş məbləğlərin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Oğuz rayon Böyük Söyüdlü kəndində yaşayır. Cavabdeh mal-qara alıb satan şəxs kimi tanımışdır. Cavabdeh dəfələrlə yaşadığı kəndə gələrək onun iştirakı və köməyi ilə həmkəndlilərinin mal qarasına baxmış, qiymətləşib satın qalacağını bildirmişdir. Beləliklə cavabdehlə tanışlıqları yaranmışdır. Cavabdeh tez-tez telefonla ona zəng edib hal-əhval edir, özünü onunla dostluq münasibəti saxlayan şəxs kimi aparırdı, bu davranışı ilə də etibarını qazanmışdı. 2020-ci ilin yayında qurban bayramından bir neçə gün əvvəl Cavabdeh ona zəng edərək qurbanlıq heyvan alıb Bakı şəhərinə aparmaq, daha yüksək qiymətə satıb qazanc əldə etmək istədiyini, özünün kifayət qədər pulu olmadığını bildirdi, ondan borc pul istəmiş, qurban bayramından sonra pulu qaytaracağını demişdir. O, özündə pul olmadığından, kənddə yaşayan dostu X3 Kazımova pul verməsini xahiş etmiş, pulun qaytarılmasına özü cavabdeh olduğunu bildirmişdir. Həmin gün Rahib onun xahişi ilə Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul vermişdir. Qurban Bayramından 1-2 gün keçəndən sonra Cavabdeh ona zəng edərək satın almış olduğu heyvanları bazarda sata bilmədiyini, heyvan aldığı şəxslərə borcu qaldığını, imkan daxilində ona yenidən borc pul verməyini xahiş etmişdir. Bu dəfə o, dostuTeymur Safarbekova müraciət edərək Cavabdeh pul lazım olduğunu bildirmiş və cavabdeh onun xahişi ilə yanında Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat pul vermişdir. Bundan 3-4 gün keçdikdən sonra Cavabdeh bir daha ona zəng edərək Oğuz rayon Fadar kəndinə çay içməyə çağırmış, o, Fadar kəndinə gəlmiş, görüşüb çayxanada çay içərkən Cavabdeh problemi olduğunu, “Niva” markalı avtomobilini girov qoyaraq 5000 manat pul borc istədiyini bildirmiş, kömək etməyini xahiş etmişdir. O, cavabdehə inandığından heç nədən şübhələnmədən Qəbələdən olan dostu Eyzullaya zəng edib ondan 5000 (beş min) manat pul istəmişdir. Birlikdə Qəbələ şəhərinə getmiş, orada dostu Feyruza pula görə onun məsuliyyət daşıdığını bildirərək yanında Fehruza 5000 (beş min) manat pul vermişdir. Bu hesabla dostlarından alaraq Cavabdeh 17050 (min yeddi yüz əlli) manat borc pul vermişdir. Bundan bir neçə gün keçəndən sonra Cavabdeh yenidən 10000 (on min) manat məbləğində borc pul istəmişdir. Bu dəfə o, şübhələnib əvvəl verdiyi pul məbləğlərini ödəməsini tələb etmişdir. Bundan sonra cavabdeh ona qarşı özünü küsmüş kimi aparmağa başlamış, onunla əlaqəni kəsmiş, telefon zənglərinə cavab verməmişdir. O, 5 dəfə cavabdehin yaşadığı Sumqayıt şəhərinə gedərək cavabdehlə görüşməyə çalışsa da buna nail ola bilməmişdir. Üçüncü dəfə gedəndə atasının evinə gedərək cavabdehi soruşmuş, borc barəsində atasına da demişdir. Cavabdeh atası oğluna özü ilə məsləhət etmədən borc verdiyini deyərək, oğluna görə məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh ondan qeyd edilən pul məbləğlərini borc aldığını özü də etiraf edir. Bu barədə əlində müəyyən təsdiqedici sübutlar da mövcuddur, həmin sübutları ehtiyac olarsa məhkəmə araşdırılması zamanı təqdim edəcəkdir. Zərurət olarsa cavabdehin ondan iddia etdiyi məbləği borc almasını bu barədə məlumatı olan şahidlər də məhkəmədə təsdiq edə bilərlər. Nəticədə ona 17580 (on yeddi min beş yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. O, həmin məbləğlərin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, 17050 (on yeddi min əlli) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş məbləğlərin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı oğlu məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı oğlunu dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, yataqxana 16, məhəllə 15, mənzil 20də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Oğuz rayonu, Böyük Söyüdlü kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17050 (on yeddi min əlli) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17050 (on yeddi min əlli) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar