Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2170/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(060)- 5679/2016 saylı qətnaməsinin qəbul edildiyi 03 iyun tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 5 il 8 ay müddətində hər il üçün 65 (altmış beş) manat, cəmi 377 (üç yüz yetmiş yeddi) manat (1300 Azn/100%-13 x 5%=65 Azn, 65 Azn x 5 il 8 ay = 377 Azn) pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(006)-5679/2016 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq iddiaçının Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəm təmin edilərək Cavabdeh cəmi 1300 (min üç yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır.İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, iddiaçıya məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da iddiaçını pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktub ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 364 (üç yüz altmış dörd) manat pulun iddiaçıya ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Buna görə də Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(060)-5679/2016 saylı qətnaməsinin qəbul edildiyi 03 iyun 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 5 il 8 ay müddətində 377 (üç yüz yetmiş yeddi) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini. İş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə sübut və vəsatətinin olmadığını bildirmişdir. Əlavə olaraq məhkəmə iclasını iştirakı olmadan keçirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin 11.04.2022-vi il tarixli, 17/292198 saylı məktubu ilə Cavabdeh 03.07.2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyindən məhkəmə bildirişi geri qaytarılmışdır. Bundan sonra cavabdehin qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 8250/10 saylı, 30.04.2018-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5678 saylı 03.06.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh 1300 manat pul tutulması üçün 10.05.2017-ci il tarixli, 2k-8075 saylı məktubla icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. - 448/21 saylı, 23 dekabr 2021-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh müraciət edilərək 5 gün müddətinə 364 (üç yüz altmış dörd) manat pulun iddiaçıya ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi Cavabdeh nəzərinə çatdırılmışdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2k-8075/10 saylı, 10.05.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5678 saylı 03.06.2016cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh 1300 manat məbləğində pul pul tutularaq İddiaçı verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5678 saylı 03.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.1992-ci il təvəllüdlü Əzimov Ruslan Canəli oğlu 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(006)-5679/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia tələbi təmin edilərək Cavabdeh cəmi 1300 (min üç yüz) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. İş üzrə Cavabdeh məhkəmə qərarını icra etmədiyindən, iddiaçıya məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da iddiaçını pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktub ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 364 (üç yüz altmış dörd) manat pulun iddiaçıya ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin buna baxmayaraq cavabdeh 364 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə Cavabdeh 1300 (min üç yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh 5 ildən artıq müddətdə göstərilən məbləği iddiaçıya ödəməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(006)-5679/2016 saylı qətnaməsinin qəbul edildiyi 03 iyun 2016-cı il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 5 il 8 ay müddətində 1300 (min üç yüz) manat pulun illik 5 faiz olmaqla 377 (üç yüz yetmiş yeddi) manat pulun alınaraq iddiaçıya ödənilməlidir. (1300 Azn/100%=13 x 5%=65 Azn, 65 Azn , 5 il 8 ay 377 Azn). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(060)- 5679/2016 saylı qətnaməsinin qəbul edildiyi 03 iyun tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 5 il 8 ay müddətində hər il üçün 65 (altmış beş) manat, cəmi 377 manat alınaraq İddiaçı ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumun əvəzi Cavabdeh Dövlət büdcəsinin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2170/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2170/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver