Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2171/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(060)-6228/2015 saylı qətnaməsinin qəbul edildiyi 23 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 2 ay müddətində hər il üçün 175 (yüz yetmiş beş) manat, cəmi 1085 (min səksən beş) manat (3500 Azn/100%=35 x 5%=175 Azn, Azn x 6 il 2 ay = 1085 Azn) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(060)-6228/2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 3500 (üç min beş yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilib. Lakin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçiin illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 1067,5 (min altmış yeddi manat əlli qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(060)-6228/2015 saylı qətnaməsinin qəbul edildiyi 23 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevrai 2022-ci il tarixədək olan 6 il 2 ay müddətində 1085 (min səksən beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafıq qətnaməsi ilə Cavabdeh 3500 (üç min beş yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 6 ildən artıq müddətdə göstərilən məbləği ona ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(060)-6228/2015 saylı qətnaməsinin qəbul edildiyi 23 noyabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 2 ay müddətində 3500 (üç min beş yüz) manat pulun illik 5 faiz olmaqla 1085 (min səksən beş) manat pulun alınaraq ona ödənilməsi zəruridir (3500 Azn/100%=35 x 5%=175 Azn, 175 Azn x 6 il 2 ay = 1085 Azn). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin göstərilən tələblərindən göriindüyü kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (Azərbaycan Respublikası Mülki Macəllənin 442, 448.1. və 448.2. maddələri). Hazırkı işdə əsas borc məbləğinə dair qətnamənin qəbul edilmə vaxtı olan 23 noyabr 2015-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qanuni qüvvəyə mindiyi 23 noyabr 2015ci il tarixdən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 18 fevral 2022-ci il tarixədək olan müddət üçün cavabdehdən 1085 manat tutulmalıdır. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, cavabdeh X1 Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli 2(060)-6228/2015 saylı qətnaməsini 6 il 2 ay müddətinə icra etmədiyi üçiin Azərbaycan Respublikası Mlilki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olması təsdiq edilir. Bununla əlaqədar olaraq Cavabdeh pretenziya məktubu ilə müraciət etsə də, cavabdeh göstərilən məbləği ödəməkdən imtina etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, cavabdeh polisin inzibati binasında qeydiyyatda olduğundan məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində aşkar edilən mobil nömrələrə (***-***-**-**, ***-***-**-**, ***-***-**-**) sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6228/2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilmiş, Cavabdeh cəmi 3500 (üç min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli pretenziya mətubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməinin 2(060)-6228/2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilmiş və Cavabdeh cəmi 3500 (üç min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Lakin həmin qətnamə bu günədək icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, qətnamə ilə tutulması qət edilən borca illik 5% hesablanmış 1085 manat borcun cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, qətnamə üzrə cavabdehin borcu 3500 manatdır və cavabdeh borcun ödənilməsini 6 il 2 ay müddətinə gecikdirmişdir (xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək). Bu səbəbdən faiz borcu həmin məbləğdən hesablanmalı, cavabdehdən iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 1085 (3500 x 5/100 (%) x 6 il 2 ay) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia ərizəsinin verilməsinə görə 30,85 manat dövlət rüsumu ödənilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rusumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 30,85 (otuz manat səksən beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1085 (bir min səksən beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30,85 (otuz manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2171/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2171/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver