Məhkəmə qərarları › İş №2(060)-2177/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2177/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2177/2020 30.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 1410 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Suqmayıt şəhəri, 17-ci mkr, ev 62, mənzil 52 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlüCavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özgənin əmlakını talamaq məqsədilə şəxsiyyəti məlum olmayan Rauf adlışəxslə qabaqcadan əlbir olaraq xx.xx.2019-cu il tarixdə saat 20:05-də onun sahibliyində olan Sumqayıt şəhəri, 5-ci ınkr, N.Nərimanov küçəsində yerləşən “Azami” iç geyim mağazasına daxil olaraq, masanın altında kserosurət aparatının üzərində olan, ona məxsus 5(beş) manat dəyərində olan əl çantasının içində 938 manat dəyərində 3.4 qr çəkidə, yarısı 750 əyyarlı, digər çəkisi 585 əyyarlı qızıl bilərzik, 472 manat nəğd pul, bir ədəd 20 qəpik dəyərində qara rəngli saç rezini, hər biri 5 qəpik olmaqla 10 qəpik dəyərində üzərində “Paracetamor yazılmış dərmanın 2 həbi, 50 qəpik dəyərində sarı rəngli saç darağı, 20 (iyirmi) qəpik dəyərində dairəvi güzgü, 10 (on) manat dəyərində Azərbaycan Beynəlxalq Bankına məxsus debet kartı, 10 (on) qəpik dəyərində qara rəngli dairəvi formalı düyməni gizli talayaraq oğurluq etmiş, nəticədə ona 1426,13 manat məbləğində maddi ziyan vurmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-488/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əvvəlki hökmlə təyin edilmiş çəkilməmiş cəza hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökm xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh hökmlə təyin edilmiş cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Ona məxsus oğurlanmış əmlakdan 938 manat dəyərində 13,4 qr çəkidə, yarısı 750 əyyarlı, digər çəkisi 585 əyyarlı qızıl bilərzik və 472 manat nəğd pul istisna olmaqla digər əşyalar ona qaytarılmışdır. Beləliklə cavabdeh tərəfindən cinayət nəticəsində ona vurulmuş maddi ziyan 1410 manat təşkil edir. Cavabdeh ona vurulmuş 1410 manat dəyərində olan maddi zərəri könüllü ödəməkdən imtina etdiyinə görə məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 488/2019 saylı xx xxxxxx 2019-cu il tarixli hökmünün məzmundun görünür ki, Cavabdeh özgənin əmlakını talamaq məqsədilə şəxsiyyəti məlum olmayan Rauf adlışəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə saat 20:05-də Sumqayıt şəhəri, 5-ci mkr, N.Nərimanov küçəsində yerləşən “Azami” iç geyim mağazasına daxil olaraq, masanın altında kserosurət aparatının üzərində olan, mağazanın sahibəsi İddiaçı məxsus 5 (beş) manat dəyərində olan əl çantasını, içində 938 manat dəyərində 13.4 qr çəkidə, yarısı 750 əyyarlı, digər yarası 585 əyyarlı qızıl bilərzik, 472,03 manat nəğd pul, bir ədəd 20 qəpik dəyərində qara rəngli saç rezini, hər biri 5 qəpik olmaqla 10 qəpik dəyərində üzərində “Paracetamol" yazılmış dərmanın 2 həbi, 50 qəpik dəyərində sarı rəngli saç darağı, 20 (iyirmi) qəpik dəyərində dairəvi güzgü, 10 (on) manat dəyərində Azərbaycan Beynəlxalq Bankına məxsus debet kartı, 10 (on) qəpik dəyərində qara rəngli dairəvi formalı düyməni gizli talayaraq zərərçəkmiş İddiaçı 1426 (bir min dörd yüz iyirmi altı) manat 13 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Həmçinin məhkəmə hökmünün məzmunundan görünür ki, İddiaçı məxsus 16,10 manat dəyərində oğurlanmış əşyalar zərərçəkmişə qaytarılmış, 938 manat dəyərində əşyaların dəyəri və 472,03 manat nəğd pul ödənilməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı dəymiş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh özgənin əmlakınıələ keçirmək məqsədilə İddiaçı məxsus əmlakı gizli yolla talayaraq ona 1.426,13 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Vurulmuş zərərin əvəzi olaraq 1.410 manat iddiaçıya ödənilməmişdir. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməklə məhkəmə hesab edir ki, MPM-nin 82-ci maddəsinə əsasən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.410 manat İddiaçı xeyrinə tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.410 (bir min dörd yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar