Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2185/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 37-ə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 37-ə yerləşməklə yaşayış sahəsi 53,13 kv.m olan dörd otaqdan ibarətdir. Mənzilin icarədarı qaynatası Ə.Qurbanov olmuş o da 1985-ci ildə vəfat etmişdir. O, cavabdehlərdən Cavabdeh2 ilə 2007-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli mənzilə gəlin köçmüş, bu mənzildə yaşadığı vaxt onun iki övladı doğulmuşdur. Artıq 16 ildir ki, dövlət fondunda olan bu mənzildə yaşayır, onun uşaqları da bu mənzildə qeydiyyatdadır, lakin cavabdehlər onu bu mənzilə istifadə hüququnun tanımırlar, bu da onun üçün bir sıra çətinliklər yaradır. Halbu ki o, bu mənzilə 2007-ci ildən ailə üzvü kimi köçürüldüyü üçün istifadə hüququ da əldə etmişdir. Hazırda da bu mənzildə yaşayır və əmlakları da mübahisə mənzildədir. İddiaçı iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iştirak etdiyi vaxt iddianın qəbul edib, təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarını araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh2la X.A.Həsənova 2007-ci il tarixdi faktiki nikah qurmuş, nikahlarını 22 noyabr 2021-ci il tarixdə rəsmi qeydiyyata almışdır və bu nikahdan 16 avqust 2008-ci ildə oğlu Ayxan və 04 aprel 2010-cu ildə oğlu Zaur doğulmuşdur. İşdə olan Sumqayıt şəhər 13 saylı MKS-nin 20 fevral 2023-cü il tarixli 107 saylı 2 saylı forma arayışından müəyyən olunur ki, Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 37-nin sahibi Əlirza Qurbanov olmuş, mənzili sahibi 1985-ci ildə ölmüş, həmin mənzildə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İH 12 saylı MKS-nin 20.02.203-cü il tarixli aktından görünür ki, akt tərtib ona görə ki, Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 37-ə 2007-ci ildən İddiaçı gəlin köçüb, iki azyaşlı uşağı ilə birlikdə həmin mənzildə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hüquq münasibətləri yaranan vaxt (2009-cu il 01 oktyabr tarixədək) qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələri kirayə müqaviləsi əsasında yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini kirayə müqaviləsi əsasında yaşadığı yahayış sahəsinə ailə üzvləri kimi başqa vətəndaşları köçürmək hüququnun tənzimləyir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və əzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2009-cu ilin oktyabr ayınadək yarandıgı üçün yaranmış mübahisələrə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan aily üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-bülüga çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti dayışırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvdlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı 2007-ci ildə Cavabdeh2la ailə qurmuş, həmin vaxtdan mübahisəli mənzilə köçmüş, orada ümumi təsərrüfat aparmışdır və hazırda həmin mənzildə yaşamaqda davam edir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilsin. İddiaçı Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30 mənzil 37-ə istifadə hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2185/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2185/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver