Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2190/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 959,09 manat əsas, 332,28 manat faiz borcu olmaqla cəmi 1291,37 manat və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmənin əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən bank borcluya 1000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödənişin aparılması üçün istifadə edilmiş müvafiq məbləği istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun banka olan borcu hələ də ödəniməmiş qalmışdır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3034/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3034/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, bu müddət ərzində cavabdeh tərəfindən heç bir məbləğdə ödəniş edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “plastik kart üzrə kredit xətti müqaviləsi” ndən görünür ki, Bank borcalan Cavabdeh ilkin olaraq 1000 manat kredit xətti açmağı, borcalan krediti qəbul edib istifadə etməyi və krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədən həmçinin görünür ki, borclu ödənişin aparılması üçün istifadə edilmiş müvafiq məbləği istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu məbləği banka ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 959,09 manat əsas, 332,28 manat faiz borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 959,09 manat əsas, 332,28 manat faiz borcu olmaqla cəmi 1291,37 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrə görə 20 manat ödənilir. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10 manat dövlət rüsumu kəsiri cavabdehlər tərəfindən dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 959,09 manat əsas borc, 332,28 manat faiz borcu, cəmi 1.291,37 (bir min iki yüz doxsan bir manat, otuz yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kəsrinə görə 10 (on) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2190/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2190/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver