Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2192/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 2.290 manat miqdarında maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.320 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə «xxxx» QSC arasında AB seriyalı 279483 nömrəli 26.04.2013-cü il tarixli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən «xxxx» QSC-yə məxsus olan «Hyundai HD-72» markalı H023202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti sığortalanmışdır. Həmin avtonəqliyyat vasitəsi «xxxx» QSC tərəfindən müvəqqəti olaraq İddiaçı MMC-nin istifadəsinə verilmişdir. 01.01.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda «Hyundai HD-72» markalı H023202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sürücü Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunarkən X3 məxsus «KİA Rio» markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və Babaşova Hüsniyyə Nizami qızına məxsus «Mercedes Benz C200» markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuşdur. Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı sürücü Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və hadisə yerindən yayındığı müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-in 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, «xxxx» ASC cavabdeh İddiaçı MMC-yə qarşı «ödənilmiş sığorta ödənişinin geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2.245 manat sığorta ödənişi məbləği və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 2.266 manat pulun tutularaq ödənilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2016-cı il tarixli 2-2(82)-101/2016 saylı qətnaməsinə əsasən iddiaçı «xxxx» ASC-nin xeyrinə 2.210 manat sığorta ödənişinin əvəzi, 29 manat dövlət rüsumunun əvəzi və 01 manat bank xidməti haqqının cavabdeh İddiaçı MMC-dən tutulması və 50 manat məbləğində ekspertiza xərcinin cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.05.2017-ci il tarixli 2-2(103)-197/2017 saylı qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2016-cı il tarixli 2-2(82)-101/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 20.04.2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2016-cı il tarixli 2-2(82)-101/2016 saylı icra sənədinin icrası tam təmin edildiyindən, yəni İddiaçı MMC tərəfindən tələbkara ümumilikdə 2.240 manat və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 50 manat ekspertiza xərci ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə, hesab edirlər ki, qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyan üzrə birbaşa təqsirli olan Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2-2(82)-101/2016 saylı qətnaməsindən görünür ki, «xxxx» ASCnin İddiaçı MMC-yə qarşı «ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı MMC-dən «xxxx» ASC-nin xeyrinə 2.210 manat sığorta ödənişinin əvəzi, 29 manat dövlət rüsumunun əvəzi və 1 manat bank xidməti haqqının əvəzinin tutulması qət edilmiş, iddia tələbi İddiaçı MMC-dən «xxxx» ASC-nin xeyrinə 35 manat sığorta ödənişinin əvəzinin tutulması hissəsində rədd edilmiş, İddiaçı MMC-dən 50 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi barədə göstəriş verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 may 2017-ci il tarixli 2-2(103)-197/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2-2(82)-101/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş qətnamədən göründüyü kimi, «xxxx» ASC ilə «xxxx» QSC arasında AB seriyalı 279483 nömrəli 26.04.2013-cü il tarixli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən «xxxx» QSC-yə məxsus olan «Hyundai HD-72» markalı H023202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti sığortalanmışdır. Həmin avtonəqliyyat vasitəsi «xxxx» QSC tərəfindən müvəqqəti olaraq İddiaçı MMC-nin istifadəsinə verilmişdir. 01.01.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonunda «Hyundai HD-72» markalı H023202 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sürücü Cavabdeh tərəfindən yol vərəqəsi ilə idarə olunarkən X3 məxsus «KİA Rio» markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və Babaşova Hüsniyyə Nizami qızına məxsus «Mercedes Benz C200» markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri ilə toqquşmuşdur. Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı sürücü Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və hadisə yerindən yayındığı müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-in 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2-2(82)-101/2016 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, qətnamə üzrə icra vərəqəsi verilmiş, icra sənədi Nərimanov rayon İcra və Probasiya şöbəsinə 13.12.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində həmin icra vərəqəsinin icrası 10.04.2018-ci il tarixli məktuba əsasən təmin edilmişdir. Bu səbəbdən, Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Elgiz Qəmbərovun 20.04.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda istinad edilən, tələbkar «xxxx» ASC-nin 10 aprel 2018-ci il tarixli məktubundan göründüyü kimi, İddiaçı MMC tərəfindən 2.240 manat pul vəsaiti «xxxx» ASC-yə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ var. İşin mübahisəsiz faktiki hallarından göründüyü kimi, iddiaçının iddia tələbi əsaslıdır və dəymiş 2.290 manat miqdarında maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.320 manat məbləğində pul vəsaiti reqres qaydasında Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, dəymiş 2.290 manat miqdarında maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.320 manat məbləğində pul vəsaiti reqres qaydasında Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dəymiş 2.290 manat miqdarında maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.320 manat məbləğində pul vəsaiti reqres qaydasında Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2192/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2192/2021
14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver