Məhkəmə qərarları › İş №2(060)-2196/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2196/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2196/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı maddi zərərin ödənilməsi və digər tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək vurduğu maddi ziyana görə müştərək qaydada 5000 manat, ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manatın tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış 11 dekabr 2018-ci il tarixli, 4 saylı üçtərəfli müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan 76 kv.m qeyri-yaşayış sahəsinin özəlləşməsi məqsədilə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması üçün zəruri sənədlərin cavabdehlərdən alınaraq ona təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir (8.2.). İşdən göründüyü kimi iddia tələbində qiymətləndirilən tələblə yanaşı qiymətləndirilməyən tələblər də nəzərdə tutulduğundan, iddiaçı 70 manat məbləğində deyil, 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir (150.1.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı maddi zərərin ödənilməsi və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar