Məhkəmə qərarları › İş №2(060)-22/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-22/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-22/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğluna, X2 və X8 qarşı «pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə» dair ilkin iddia ərizəsi və Qədiməliyev Rövşən Nəhməd oğlunun İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğluna, X2 və X8 qarşı «pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pulun tutulması, tələblərin tam mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin sonuncu qiymətləndirmə rəyinə uyğun müvafiq olaraq 230.000 manat və 72.000 manat müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 265.850,67 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilərin və fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin müvafiq olaraq ipoteka predmetlərindən çıxarılmaları və əmlakların boşaldılması, ipoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 265.850,67 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmazsa, qalıq borcun ümumi qaydada Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qədiməliyev Rövşən Nəhməd oğlu İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” daiq qarşılıqı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə 24.10.2016-cı il tarixdə bağlanmış sm5586_RES_DEV2 saylı kredit müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlu arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2016cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlu kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq X5 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 06 avqust 2018-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat pul təşkil edir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdeh X3 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 472.1. maddəsinə əsasən: “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X2 məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış, binası İddiaçı ASC qarşısında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X8 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evi İddiaçı ASC qarşısında 24.10.2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpotekalar notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlu İddiaçı ASC-nin Sumqayıt filialı ilə 24 oktyabr 2016-cı il tarixdə sm5586-RES-DEV2 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən 18% olmaqla 36 altı ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin 15.08.2015-ci il tarixdə sm5586 nömrəli 16% olmaqla 130.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 04.02.2016-cı il tarixdə qalan məbləğə yəni 98,447 ABŞ dollarını 9% olmaqla 60 ay müddətinə müqavilə bağlanmış sm4244_RES kredit müqaviləsi bağlanmışdır. Kredit götürülən zamanı 1 ABŞ dollar 1.05 manat təşkil edirdi. Sonradan dolların məzənnəsinin qalxması ilə bağlı iddiaçının göstərdiyi kredit müqaviləsi bağlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ASC ona 186750 manat məbləğində kredit verməmişdir. Həmin məbləğ birinci kredit müqaviləsi ilə verilmiş 130.000 ABŞ dolları verilmiş birinci kredit müqaviləsinin qalıqlarından ibarətdir. İddiaçı 98,447 ABŞ dollarını kredit müqaviləsi bitənə qədər faiz məbləğinə vurmuş və əldə etdiyi məbləği 1 ABŞ dolları 1.62 vurmaqla manata çevirmiş və 186750 manat məbləği müəyyən etmişdir. Sonradan 24.10.2016-cı il tarixli müqaviləyə əsasən həmin məbləğ Qədiməliyev Rövşən Nəhməd oğluna yenidən 18% verilmişdir. Faktiki olaraq bank göstərilən məbləği artıq 2 dəfə faizə vurmaqla hal-hazırki məbləği ondan tələb edir. Heç bir qanunvericilikdə bu cür hallara rast gəlmək mümkün deyil. Bundan başqa axırıncı müqaviləyə əsasən iddiaçıya 63170 manat pul ödəmişdir. Bank isə yenidən ondan əsas borc üzrə 159619.17 manat, faiz borcu üzrə 17720.96 manat pul tələb edir. Faktiki bank ondan vermədiyi və artıq aldığı pulları müxtəlif üsullarla, faiz və cərimə yazmaqla hal-hazırda şişirdilmiş yuxarıdakı rəqəmi müəyyən etmişdir. Bununlada onun hüquqları kobud surətdə pozulmuşdur. Bu baxımdan 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 kredit müqaviləsi ləğv olunmalı və onlar əvvəlki kredit müqaviləsinə qayıtmalıdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılqılı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlu arasında bağlanmış 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 186750 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdeh X3 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X2 məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış, binası İddiaçı ASC qarşısında 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X8 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evi İddiaçı ASC qarşısında 24.10.2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 09.06.2021-ci il tarixli, RB-02/PK-5417 saylı maliyyə arayışından görünür ki, cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 157.542,97 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 57.829,14 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat, kreditin gecikdirilməsinə görə 24 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış dəbbə borcuna görə 37.350 manat, cəmi 265.850,67 manat pul təşkil edir. İş materiallarında olan bildiriş məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 15.04.2021-ci il və 20.04.2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş rəylərdən görünür ki, cavabdeh X2 məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 270.000 manat, likvid dəyəri 230.000 və cavabdeh X8 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin bazar dəyəri 90.000 manat, likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli, 9/4403 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və Mülki Məcəllənin qeyd olunan şərtlərinə əsasən Qədiməliyev Rövşən Nəhməd oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24.10.2019-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu 201.888,18 manat məbləğində, 04.02.2016-cı il tarixli sm5586_RES saylı restrukturizasiya müqaviləsi imzalanan tarixə 2395,90 ABŞ dolları (ekvivalenti 3863,90 manat) qalıq faiz borcu, 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı restrukturizasiya müqaviləsi imzalanan tarixə 534,92 ABŞ dolları (ekvivalenti 863,94 manat) qalıq faiz borcu olmaqla, ümumilikdə 206.616,02 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 153921,46 manat, faiz borcu üzrə 47.966,73 manat, 04.02.2016-cı il tarixə qalıq faiz borcu üzrə 3863,90 manat, 24.10.2016-cı il tarixə qalıq faiz borcu üzrə 863,94 manat borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu, 62 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı ödəmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 435 (145+145+145=435) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 62 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğluna və X2 aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri 435 manat məbləğində pul cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İlkin iddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə 37.350 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 24 oktyabr 2016-cı il tarixli, sm5586-RES-DEV2 saylı Baş kredit müqaviləsi üzrə 1000 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı ASC cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə 157.542,97 manat əsas borca görə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 13.128,56 manat pul tələb edir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli, 9/4403 nömrəli rəydən görünür ki, cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun əsas borcu 153.921,46 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 12.505,55 (Əsas borc 153.921,46 manat, müqavilənin bitmə tarixi 24.10.2019-cu il, maliyyə arayışı verilib 09.06.2021-ci il tarixdə, 153.921,46 manat x 5%=7696,07 manat bir illik faiz borcu, 7696,07 : 360 gün = 21.37 manat, 21.37 manat x 585 gün = 12.505,55) manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qədiməliyev Rövşən Nəhməd oğlunun İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 24.10.2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı kredit müqaviləsinin ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə 153.921,46 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 47.966,73 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 12.505,55 manat dəbbə borcuna görə 1000 manat, cəmi 215.393,74 manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pul tutulmalı, tələb tam mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmetləri olan cavabdeh X2 məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 230.000 və cavabdeh X8 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunmalı, bu əmlaklar açıq hərracdan satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 215.393,74 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pul İddiaçı ASCyə ödənilməli, ipoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilər və fərdi yaşayış evində qeydiyyatda olan şəxslər ipoteka predmetləri olan ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasından və ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evindən çıxarılmalı və həmin əmlaklar boşaldılmalı, ipoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 215.393,74 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmadığı halda, qalıq borc ümumi qaydada cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 435 manat məbləğində pul vəsaiti cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO136 **********003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülməli, ilkin iddia tələbi qalan hissədə və Qədiməliyev Rövşən Nəhməd oğlunun İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqlı iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 İddiaçı ASC-nin xeyrinə 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə 153.921,46 manat, müqavilənin bitmə tarixinə faiz borcuna görə 47.966,73 manat, kreditə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda kimi 09.06.2021-ci il tarixinə 12.505,55 manat, kreditin gecikdirilməsinə görə dəbbə borcuna görə 1000 manat, cəmi 215.393,74 manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 92 manat pul tutulsun. Tələb tam mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında, mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (anbar) və yerləşdiyi 0,1125 ha torpaq sahəsinə, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsində, 5-ci məhəllədə, 1 mərtəbəli, 3 otaqlı, 48,26 kv.m. yaşayış, 52,86 kv.m. köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evinə və yerləşdiyi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetləri olan cavabdeh X2 məxsus ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 230.000 və cavabdeh X8 məxsus ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evinin likvid dəyəri isə 72.000 manat məbləğində müəyyən olunsun. Bu əmlaklar açıq hərracdan satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 24 oktyabr 2016-cı il tarixli, sm5586_RES_DEV2 saylı baş kredit müqaviləsi üzrə cəmi 215.393,74 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetləri olan qeyri-yaşayış binasına və fərdi yaşayış evinə tutma yönəldikdən yə onlar satıldıqdan sonra ən geci 1 ay ərzində mülkiyyətçilər və fərdi yaşayış evində qeydiyyatda olan şəxslər ipoteka predmetləri olan ünvan 2 ünvanında 0.1125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.0 kv.m-dən ibarət qeyri-yaşayış binasından və ünvan 3 ünvanında yerləşən 48.26 kv.m yaşayış, 52.86 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, fərdi yaşayış evindən çıxarılsınlar və həmin əmlaklar boşaldılsın. İpoteka predmetlərinin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait cavabdeh Qədiməliyev Rövşən Nəhməd oğlunun 215.393,74 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 92 manat məbləğində pulun ödənilməsi üçün yetərli olmadığı halda, qalıq borc ümumi qaydada cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 435 manat məbləğində pul vəsaiti cavabdehlər Qədiməliyev Rövşən Nəhməd oğlundan və X1 tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO136 **********003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülsün. İlkin iddia tələbi qalan hissədə və Qədiməliyev Rövşən Nəhməd oğlunun İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunması tələbinə” dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar