Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-220/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 15-dən ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 12-yə su sızması nəticəsində ona dəymiş 1000 (min) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehə aid edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 2021 -ci ilin yanvar ayında iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 14cü məhəllə, ev 8/15, mənzil 15-dən su sızmışdır. Bildirir ki, bu hal dəfələrlə baş vermişdir. Dəfələrlə mənzil sahibinə bununla bağlı məlumat versə də, heç bir nəticəsi olmamışdır. İddiaçı qonşu olduqlarına görə bir neçə dəfə güzəştə getmişdir. Lakin cavabdeh bunu nəzərə almamışdır. Sonuncu dəfə mənzilinə su sızandan sonra iddiaçı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Lakin iddiaçıya izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Bundan sonra iddiaçı 2 saylı MİSə müraciət etmiş və bildirilmişdir ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmışdır. MİS-in rəhbəliyi tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən də cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmış və bunun nəticəsində də, iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, su sızması nəticəsində mətbəxin işıq sistemi pozulub, mətbəx mebeli, hamamın tavanı və divarları yarasız hala düşmüşdür. 2 saylı MİS-in rəhbərliyi tərəfindən bununla bağlı 10 sentyabr 2021-ci il tarixdə AKT da tərtib olunmuşdur. Qeyd edir ki, Cavabdeh 15 saylı mənzilindən iddiaçının mənzilinə su sızması nəticəsində iddiaçıya 1000 (min) manat məbləğində ziyan dəymişdir. İddiaçı dəfələrlə mənzilin sahibinə müraciət edərək, dəymiş zərərin əvəzinin ödənilməsini və ya mənzili təmir etdirməsini xahiş etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, dəymiş maddi zərərə görə 1000 (min) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mülkiyyətində olan mənzilə Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 15-dən su sızmışdır. Bildirir ki, bu hal dəfələrlə baş vermişdir. Dəfələrlə mənzil sahibinə bununla bağlı məlumat versə də, heç bir nəticəsi olmamışdır. İddiaçı qonşu olduqlarına görə bir neçə dəfə güzəştə getmişdir. Lakin cavabdeh bunu nəzərə almamışdır. Sonuncu dəfə mənzilinə su sızandan sonra iddiaçı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Lakin iddiaçıya izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Bundan sonra iddiaçı 2 saylı MİS-ə müraciət etmiş və bildirilmişdir ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmışdır. MİS-in rəhbəliyi tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən də cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmış və bunun nəticəsində də, iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, su sızması nəticəsində mətbəxin işıq sistemi pozulub, mətbəx mebeli, hamamın tavanı və divarları yarasız hala düşmüşdür. 2 saylı MİS-in rəhbərliyi tərəfindən bununla bağlı 10 sentyabr 2021-ci il tarixdə AKT da tərtib olunmuşdur. Qeyd edir ki, Cavabdeh 15 saylı mənzilindən mənim mənzilimə su sızması nəticəsində mənə 1000 (min) manat məbləğində ziyan dəymişdir. Cavabdeh hər dəfə bir bəhanə gətirərək, mənzili düzəltdirməmişdir. Dəymiş ziyan ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, Sumqayıt şəhər İH MTİİB-nin 2 saylı MİS tərəfindən 10 sentyabr 2021-ci il tarixdə akt tərtib olunubdur. Həmin akt su sızmasından 8 ay sonra tərtib edilmişdir. Bu müddət ərzində İddiaçı mətbəxi, hamamı yararsız vəziyyətdə olan mənzildə necə yaşamışdır? Qeyd olunan müddətdə onun mənzilində təmir işlərinin aparılmasının şahidi olmamışdır. Suyun iddiaçının mənzilinə sızmasından dərhal sonra, müxtəlif vaxtlarda iddiaçının mətbəxinə 4 dəfə daxil olmuşdur. Tavanda və divarda qabarcıq, təmirin qopması müşahidə olunmamışdır. Eləcə də, mənzilin hamamı, digər hissələrinə zərər vurulmamışdır. İddiaçı cavabdehə yalnız mətbəxə su çıxmasını bildirmişdir. Mənzildəki mətbəxdə yalnız şkafın arxa hissəsi 60 sm, yuxarıdan birinci oturacağı qabarmışdır. İddiaçının hamamının tavanı və divarlarının yararsız vəziyyətə düşməsi, mətbəxin işıq sisteminin pozulması barədə qeyd etdikləri həqiqətə uyğun deyildir. Mətbəxdəki mebeli təmir etmək üçün usta apardığı zaman iddiaçı qapını açmamışdır. Bu barədə iddiaçınn oğluna məlumat vermişlər. Oğlu bildirmişdir ki, anası təmirə razılıq vermir. İddiaçı cavabdehdən zərərin əvəzi kimi pul da istəməmişdir. Yəni aralarındakı mübahisəni qonşu kimi həll etməyə heç nə mane olmur. Mətbəxdəki mebelin təmiri isə ustaya ödəniş və təmirə sərf ediləcək materialların xərci ilə birlikdə 30 manatdan artıq deyildir. Buna görə də iddianı qismən təmin edərək ondan 30 manat mabləğində maddi zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmərinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən 8/15 saylı evin, 12 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 14cü məhəllə ünvanında yerləşən 8/15 saylı evin, 12 saylı mənzilin sahibidir, qeydiyyatı yoxdur. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 878 saylı, 15.09.2021-ci il tarixli arayışından görünür ki, Məmmədoa Xalidə Sərraf qızı ünvan 1 ünvanında yerləşən 8/15 saylı evin 15 saylı mənzilində ailə üzvləri ilə birlikdə qeydiyyatdadır, orada yaşayır. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil-Kommunal Sahəsinin 10.03.2021-ci il tarixli aktından görünür ki, həqiqətən də, ünvan 1 ünvanında yerləşən 8/15 saylı evin 15 saylı mənzilindən Sumqayıt şəhəri, 14cü məhəllə ünvanında yerləşən 8/15 saylı evin, 12 saylı mənzilə su axıntısı olmuş, hamamın tavanı və mətbəx tavanı, həmçinin, mətbəx mebeli yararsız vəziyyətə düşmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7114 saylı, 08.04.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən həmin ünvanda yerləşən 15 saylı mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin, MKTİB-nin 2 saylı Mənzil Kpmmunal Sahəsinin mühəndisi X4 və sahə ustası X2 tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixli akta əsasən, ünvan 3 ünvanda yerləşən 15 saylı mənzildən su axıdılması müəyyən olunur. Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15 ünvanında yerləşən 12 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 610,40 manat məbləğində müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 2021 -ci ilin yanvar ayında iddiaçının mülkiyyətində olan mənzilə Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15, mənzil 15-dən su sızmışdır. Bu hal dəfələrlə baş vermişdir. Mənzil sahibinə bununla bağlı məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı qonşu olduqlarına görə bir neçə dəfə güzəştə getmişdir. Lakin cavabdeh bunu nəzərə almamışdır. Sonuncu dəfə mənzilinə su sızandan sonra iddiaçı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Lakin iddiaçıya izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Bundan sonra iddiaçı 2 saylı MİSə müraciət etmiş və bildirilmişdir ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmışdır. MİS-in rəhbəliyi tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən də cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızmış və bunun nəticəsində də, iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, su sızması nəticəsində mətbəxin işıq sistemi pozulub, mətbəx mebeli, hamamın tavanı və divarları yarasız hala düşmüşdür. 2 saylı MİS-in rəhbərliyi tərəfindən bununla bağlı 10 sentyabr 2021-ci il tarixdə AKT da tərtib olunmuşdur. Qeyd edir ki, Cavabdeh 15 saylı mənzilindən iddiaçının mənzilinə su sızması nəticəsində iddiaçıya ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən 8/15 saylı evin, 12 saylı mənzilinə ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ünvanında yerləşən 8/15 saylı evin, 12 saylı mənzilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, onun təmiri ilə bağlı xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 8/15 ünvanında yerləşən 12 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 610,40 manat məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 610,40 (altı yüz on manat, qırx qəpik) manat məbləğində pul tutulub İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə əsasən qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 610,40 (altı yüz on manat, qırx qəpik) manat məbləğində pul tutulub İddiaçı verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 50 (yüz) manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-220/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-220/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver