Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2212/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırıılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay övladının saxlanması üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4719/2011 saylı, 11.11.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 76 manat məbləğində aliment miqdarı dəyişdirilərək, 19.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə məhkəmə qətnaməsi ilə rəsmi şəkildə ayrılmışlar. Birgə nikahlarından 19.11.2005-ci il tarixdə dünyaya gəlmiş Novruzova Mədinə adlı qızları onun himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4719/2011 saylı, 11.11.2011-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 76 (yetmiş altı) manat məbləğində aliment müəyyən olunmuşdur. Hazırda cavabdeh hər ay 76 manat məbləğində aliment ödəyir. Lakin bu məbləğ uşağın saxlanması və digər xərcləri üçün kifayət etmir. Eyni zamanda uşaq məktəblidir, həm də bazar qiymətlərinin həddən artıq bahalaşması nəticəsində cavabdehin ödədiyi 76 manat aliment məbləğinin heç bir real dəyəri yoxdur. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4719/2011 saylı, 11.11.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 76 manat məbləğində aliment miqdarı dəyişdirilərək, 19.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, ikinci dəfə ailə həyatıq qurmuş və ikinci nikahdan iki övladı var. Onun həmin nikahıda məhkəmə qətnaməsi ilə pozularaq iki uşağa görə o, hər uşağa 100 manat aliment ödəyir. Bundan əlavə, onun səhhətində problemlər var və anası ilə birgə qalır. Maddi vəziyyəti yaxşı deyildir. O, məhkəmə qətnaməsi ilə kəsilən 76 manat alimenti çox çətinlikə ödəyir. İddiaçı özü işləyir və maddi durumu yaxşıdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ № 063751 saylı, 09.11.2006-cı il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Novruzova Arzu Yadigar qızı arasında olan nikah 09.11.2006-cı il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində pozulmuşdur. İş materiallarında olan, AZ-İ № 708981 saylı 20.12.2005-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 19.11.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 4532 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-8890/2014 saylı, 18.12.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Novruzova Arzu Yadigar qızının Cavabdeh qarşı” alimentin miqdarının artırılması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan, AZ-İİ № 600591 saylı 04.02.2011-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Novruzlu Firuz Nahid oğlu 25.08.2010cu il tarixdə Quba rayonunda anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 689 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİİ № 166926 saylı 12.09.2013-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X14 oğlu 22.05.2012-ci il tarixdə Quba rayonunda anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 3489 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(105)-2676/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-212/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X1 arasında Sumqayıt “ASAN xidmət” qeydiyyat şöbəsində bağlanmış 03.03.2015-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından 25 avqust 2010-cu il tarixdə doğulmuş Novruzlu Firuz Nahid oğlu və 22 may 2012-ci il tarixdə doğulmuş X14 oğlunun analarının yanında qalmaları, tərəflərin birgə nikahından 25 avqust 2010-cu il tarixdə doğulmuş Novruzlu Firuz Nahid oğlu və 22 may 2012-ci il tarixdə doğulmuş X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit məbləğdə 136 (yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat məbləğində alimentin alınaraq X2 verilməsi, alimentin tutulmağa başlanması vaxtının 16 mart 2017-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-212/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsi müəyyən edilmiş aliment məbləği hissəsində dəyişdirilməsi, 25 avqust 2010-cu il tarixdə doğulmuş Novruzlu Firuz Nahid oğlu və 22 may 2012-ci il tarixdə doğulmuş X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay sabit məbləğdə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment alınaraq X2 verilməsi, Qətnamə Cavabdeh ilə X6 arasında Sumqayıt “ASAN xidmət” qeydiyyat şöbəsində bağlanmış 03.03.2015-ci il tarixdə nikahın pozulması, tərəflərin birgə nikahından 25 avqust 2010-cu il tarixdə doğulmuş Novruzlu Firuz Nahid oğlu və 22 may 2012-ci il tarixdə doğulmuş X14 oğlunun analarının yanında qalmaları, alimentin tutulmağa başlanması vaxtının 16 mart 2017-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Telekommunikasiya Qovşağının 17.05.2021-ci il tarixli arayışından görünür ki, X5 həqiqətən Sumqayıt Telekommunikasiya Qovşağının Texniki şöbənin Cari Planlama sektorunda “texnik” vəzifəsində işləyir. Aylıq əmək haqqı 330 (üç yüz otuz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 9B, mənzil 40-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.01.2021-ci il tarixli arayışından görünür ki, İskəndərova Arzu Yadigar qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 9B, mənzil 40-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 19.11.2005-ci il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin maddi durumunu əlavə olaraq başqa nikahdan olan övladlarına görə aliment ödəməsini və hazırda işləməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4719/2011 saylı iş üzrə çıxartdığı 11 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4719/2011 saylı 11 noyabr 2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 19.11.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2212/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2212/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver