Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2215/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "pul tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "pul tələbi"nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər 4 saylı Notarial Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli “kredit müqaviləsi”nə əsasən X5 5600 manat məbləğində borc almışdır. Eyni zamanda, iddiaçının X2 da 5000 manat alacağı var idi. Novruzov Azada olan borcunun 600 manatlıq hissəsini daha əvvəlcədən ödəmişdir. Qalan məbləğin ödənilməsi üçün atası tərəfindən Turala zəng edilmiş və iddiaçıya olan 5000 manat borcu Sumqayıt şəhərində Azada vermək xahiş olunmuşdur. Tural həmin ərəfələrdə Sumqayıt şəhərinə gedərək Novruzov Azadın şəriki olan hazırkı iş üzrə cavabdeh olan Cavabdeh 5000 manat vermişdir. Belə ki, həmin vaxt Azad və Rauf şərik olduğundan və bundan əvvəl dəfələrlə aralarında olan alış-verişlərdə Rauf iştirak etdiyi üçün iddiaçı həmin vaxt Turala etiraz etməmişdir. Lakin üzərindən bir müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan Novruzov Azad 5600 manatı yenidən tələb etmişdir. Çıxarılmış icra qeydi barədə məlumat alan kimi icra qeydinin ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə çıxış edən Novruzov Azad öz izahatında ona bu işlə bağlı heç bir vəsait çatmadığını, Raufun ona 5000 manatı vermədiyini bildirdi. Bundan sonra iddiaçıya məlum oldu ki, cavabdeh həmin pulu qanunsuz olaraq özündə saxlamış və iddiaçının Novruzov Azad qarşısında olan öhdəliyinin icra olunmasına maneçilik törətmişdir. Beləliklə iddiaçının hazırkı iş üzrə cavabdeh vasitəsilə Azad Novruzova qaytarmaq barədə istəyi mümkün olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 5000 manat vəsaitin və dövlət rüsumu qismində ödənilmiş 70 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı Notarial Ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli “kredit müqaviləsi”nə əsasən İddiaçı X5 5600 manat məbləğində borc almışdır. Həmin borcdan bu günə qədər bir qəpik də olsun borcunu ödəməmişdir. Borcla bağlı Sumqayıt şəhər 4 saylı Notarial Ofisinə müraciət olunduqdan sonra icra qeydi tərtib olunmuş və Abşeron İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bununla əlaqədar İddiaçı X7 Sumqayıt Şəhər Məhkəməsinə vermiş və qətnamə ilə iddia tələbi rədd edilmişdir. İşin faktiki halı bundan ibarətdir ki, Səfərov Rəmiş Zakram oğlunun Hilal adlı dostu vardır. Həmin Hilala 15.000 manat pul lazım olduğu üçün Cəfərov X1 müraciət etmişdir. Azad 15.000 manat pulu olmadığını və kömək edə bilməyəcəyini bildirmiş, sonradan Rəmiş Cavabdeh müraciət etmişdir. O, Rəmişlə razılaşmış və demişdir ki, 15.000 manat borc pulu iş həll edildikdən sonra qaytarılsın. Sonradan bir müddət keçdikdən sonra Rəmiş bildirmişdir ki, Hilalda 15.000 manat pulun 10.000 manatını almışdır. Bu pul onda qalsın özünə lazımdır, tezliklə qaytaracaq. Bir müddət sonra Rəmişin həbs olunması məlum olunduqdan bir müddət sonra Rəmişin atası - Cəfərov Zəkrəm ona zəng edib bildirmişdir ki, 15.000 manatdan Hilalda qalan 5000 manatı Hilalın qardaşı Tural sənə gətirib verəcək. Dediyi kimi də oldu, Turalla görüşmüş, Tural ona 5000 manatı verdi və dedi ki, 10.000 manat pulu Rəmişə vermişdir, ona borcu qalmamışdır. Göstərilənlərə əsasən İddiaçı Zəkrəm oğlundan 10.000 manat məbləğində borc pulu və tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun alınıb Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Daha sonra Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim edərək, X6 üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşularaq, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Sonuncu iclasla bağlı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Cavabdeh qaldırdığı iddia yalan və böhtandan başqa bir şey deyil. X14 Rauf belə qanunsuz yollarla ticarət edirlər və aldıqları pullardan bir yolla yayınırlar. Belə ki, qrup yoldaşı olan X9 Ədliyyə Nazirliyinin əməkdaşı olarkən ailə durumu ilə əlaqədar ona müyyən müddətlik borca pul verilməsi üçün ona müraciət etmişdir. O da sahibkarlıq ilə məşğul olduğundan vəsaitləri dövriyyədə olduğu üçün ona borc pul verə bilməyəcəyini, lakin ona bu barədə müəyyən insanlar vasitəsi ilə faizlə pul alıb ona verə biləcəyini bildirmişdir. Belə şəxslərdən biri Novruzov Azad olmuşdur. 2021-ci ilin iyun ayının 20-si o, Azaddan Hilala lazım olacaq qədər məbləğ götürüb, aylıq 5% üstündə ödəmək şərti ilə Hilalın kartına 800-800 manat olmaqla, terminal vasitəsi ilə ödəmişdir. Bundan sonra Hilal ona həmin günü saat 13:40-da 14000 manatın kartına gəldiyini “whatsapp” vasitəsi ilə təsdiqləmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində 200+800 olmaqla, ümumilikdə 1000 manatı Hilalın kartına ödəmişdir. Hilal birinci aylığına uyğun olaraq xx.xx.2024-cü il tarixində 100 manat və 650 manat, ümumilikdə 750 manat sonu 7443 ilə bitən kartına göndərmişdir. Ödənişə uyğun xx.xx.2021 və xx.xx.2021-ci il tarixində hər ay 750 manat olmaqla, eyni qayda ilə 7443 nömrəli kartına ödəmişdir. Hilal 3 ayın ödənişini etdikdən sonra borcundan xx.xx.2021-ci il tarixində 1600+4000+300+100, ümumilikdə 6000 manat 7443 nömrəli kartına ödəmişdir. Qalan 4000 manatı isə Hilalın qardaşı Tural ilə görüşərək əlbəəl almışdır. Bundan sonra Hilalın 5000 manat borcu (ayda 250 manat -5000-in 5%-i) qalmışdır. Hilaldan aldığı 10.000 manat barəsində xx.xx.2021-ci il tarixində Novruzov Azada “whatsapp” məlumat vermişdir və bu borcu onun hesabına yazmışdır. Bundan sonra xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində Hilal sonu 7443 ilə bitən kartına 250 manat atmışdır və bu barədə onu “whatsapp” ilə məlumatlandırmışdır. İşlərin çoxluğundan əlavə vaxtı getməsin deyə Azadın sonu 7474 nömrəli kartını xx.xx.2022-ci il tarixində “whatsapp” ilə Hilala göndərmişdir və xx.xx.2022-ci ildə növbəti ödənişi bir başa Azadın kartına ödəmişdir və bu barədə ona “whatsapp” ilə məlumat vermişdir. Bu hadisələrdən sonra xx.xx.2022-ci il tarixində həbs olunmuşdur. Həbs olunduqdan sonra Hilal onun nömrəsi vasitəsi ilə atası ilə əlaqə saxlamış və atası bir daha Hilala Azadın sonu 7474 ilə bitən kartını “whatsapp” ilə göndərmişdir. Hilalda buna uyğun xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində ödəniş edərək çeklərini eyni qaydada “whatsapp” ilə ona göndərərək atasını məlumatlandırmışdır. Novruzov Azadın 7474 nömrəli kartının etibarlılıq müddəti 04/22-ci il tarixində bitdiyi üçün yeni kart məlumatlarını Hilala vermiş və Hilal ödənişləri aprel ayından etibarən sonu 5659 ilə bitən həmin karta ödəmişdir və atası xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. O, qalan 5000 manatı Novruzov Azadla aralarında olan hesablarla hesablaşdığından Hilal 5000 manatı ona qardaşı vasitəsi ilə ödəmişdir. Lakin, onun da Azada qarşı digər borc müqaviləsi üzrə 5000 (5600-dən) manat borcu olduğundan atası Cəfərov Zəkrəm həmin pulu onlara deyil, Azada verməli olduğunu bildirmişdir. Atası Turala 2 əlaqə telefonu verərək pulun bu şəxslərdən birinə çatmalı olduğunu bildirmişdir. Lakin Azada zəng çatmadığından Raufa zəng etmiş, 5000 manatı Raufa vermişdir. Bildiyi qədər ilə Azad həmin vaxtlar ölkə xaricində olmuşdur. Bununla da Hilalın ona olan borcu vicdanlı borclu kimi ödənmişdir. Bundan sonra Abşeron icra şöbəsinin icra vərəqində Azada borclu olduğunu öyrənmiş və Raufun Azada pulu vermədiyini bilmişdir. Guya ki, onun Raufa hər hansı bir öhdəliyi olubmuş, Rauf da həmin pulu ona silib. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı onun barəsində polisə də müraciət etmişdir. Orada şahidlər də ifadə vermişlər. Belə ki, Tural pulu alan şəxsin qardaşıdır. Bir neçə il bundan əvvəl iddiaçı ilə birlikdə logistika işi ilə məşğul olurdular. İddiaçı şirkətin rəhbəri idi, o isə onun rəhbərliyi altında işləyirdi. Həmin vaxt Rəmişin dostuna pul lazım idi. Onda bir miqdar pul var idi. Rəmiş dostuna kömək etmək lazım olduğunu bildirdi. Kömək məqsədi ilə onun qrup yoldaşı Hilala 15.000 manat məbləğində pul verdilər. Bir müddət keçdikdən sonra Hilal 10.000 manatı Rəmişə geri qaytarmış və Rəmiş isə özünə pul lazım olduğunu bildirib pulun onda qalmasını istəmişdir. Təxminən 2022-ci il tarixində Rəmiş həbsdə olduğu üçün Rəmişin atası ona zəng edərək Turalın qalan pulu qaytarmaq istədiyini bildirmişdir. Turalla əlaqə saxladı və onunla Sumqayıt şəhərində görüşdülər. 10.000 manat pulun qaytarıldığı ilə bağlı söhbət oldu və Tural qalan 5.000 manatı da ona verdi. Yerdə qalan 10.000 manat Rəmişin özündə qalmışdır. Borc verilən zaman əlyazma olmamışdır. Şahid kimi Azad adlı şəxs onların yanında idi. Belə ki, Azadla da eyni iş, yəni logistika işi ilə məşğul olurdular. O, Azad sayəsində Rəmişi tanıdığı üçün hesabat işlərini Azadla edirdi. Pul lazım olduğu üçün onlar işdən sonra yaşadığı evin həyətinə yaxınlaşmışlar və pulu Azad yanında olarkən Rəmişə vermişdir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahat verərək bildirmişdir ki, hər iki tərəfin qeyd elədikləri ilə razıdır. Lakin Rəmişin qeyd etdiyi kimi faiz məsələsi yoxdur. Rəmiş, Hilala pul lazım olduğunu demiş və ona borca 15.000 manat pul verilmişdir. Həmin 15.000 manatdan 5000 manatı Raufa qaytarılmışdır. 10.000 manat isə Rəmişdə qalmışdır. Lakin Rəmiş həmin puldan ödəniş etməmişdir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, Rəmişi qardaşı Hilal vasitəsilə tanıyır. Ona 15.000 manat məbləğində pul lazım olmuşdur. Həmin pul məbləğini ona Rəmiş vermişdir. Belə ki, o, aldığı məbləğdən 10.000 manatını Rəmişə hissə-hissə qaytarmışdır. 5000 manat qalan pulu isə Rəmişin atasının ona göndərdiyi nömrə ilə əlaqə saxlayaraq ödəmişdir. Belə ki, onun danışdığı nömrənin sahibi Rauf adlı şəxsdir. 5000 manat pulu əlbəəl Raufa təqdim etmişdir. Rauf adlı şəxsi əvvəllər tanımamışdır.
12. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, № 8İ/15481 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X6 (AZE 18390024, xx.xx.2018 00:00 – Asan – Sumqayıt 1, FİN: 0XLTB2H; d/t: xx.xx.1978) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 – Asan-Masallı; FİN: xxxxxxx, d/t: xx.xx.1990) xx.xx.2020-ci il tarix müddət üçün vaxtında ödənilməmiş 5600 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 5625 manat 00 qəpik pul tutulmalıdır.
13. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-in təhqiqatçısı, polis mayoru X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nln 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, X4 Cavabdeh qarşı pul iddiası ilə bağlı mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsinin izah olunması qərara alınmışdır.
14. Həmin qərardan görünür ki, təhqiqat zamanı X3 Cavabdeh X8 verməsi üçün 5000 manat pul verdiyi və Raufun həmin pulu Azada verməyərək mənimsəməsi ilə bağlı iddiasını təsdiq edən sübutlar olmadığı müəyyən edilmişdir. Yəni Azadda, Turalda və X20 verdiyi 5000 manat pulun Rəmişin Raufdan alıb Turala verdiyi 15000 manat pulun 5000 manatı olduğunu, Zəkrəmin Turala «5000 manatı Raufa ver, Raufda həmin pulu Azada çatdıracaq» sözünü deməsi Turalın və Raufun izahatlarında təsdiq olunmamışdır.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir.
16. Məhkəmə araşdırması zamanı (ilkin iddia üzrə iddiaçının izahatından, habelə “whatsapp” yazışmalarından) müəyyən edilmişdir ki, İddiaçı X5 15000 manat borca pul almışdır, həmin pulu Tural adlı şəxsə vermiş, Tural adlı şəxs əvvəlcə həmin pulun 10.000 manatını İddiaçı qaytarmış, lakin İddiaçı həmin pulu A.Novruzova qaytarmamışdır. Sonradan Tural adlı şəxs qalan 5000 manat borcu İddiaçı atasının göstərişi ilə Cavabdeh qaytarmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır.
17. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.
18. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Göründüyü kimi ilkin iddia üzrə İddiaçı mübahisələndirdiyi 5000 manat pulu Cavabdeh özü deyil, X10 adlı şəxs vermişdir. Cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur.
21. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İlkin iddia üzrə iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.
22. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 10000 manat İddiaçı pul tələb edir, halbuki, işdə olan “whatsapp” yazışmalarından, habelə İddiaçı izahatından görünür ki, həmin pul vəsaiti borc olaraq ondan deyil, X5 alınmışdır. Odur ki, Cavabdeh həmin pul vəsaitini İddiaçı tələb etməyə subyektiv hüququ yoxdur.
23. Beləliklə, məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "pul tələbi"nə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "pul tələbi"nə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva