Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2235/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona verdiyi 16000 (on altı min) manat məbləğində borc pulunun və onun tərəfindən çəkilmiş məhkəmə xərclərinin, yəni vəkil orderi üçün 110 manat, etibarnamə üçün 19 manat, şəxsiyyət vəsiqəsinin təsdiqi üçün 3 manat və dövlət rüsumu üçün ödənilmiş 180 manat pulun, ümumilikdə 312 manat pulun, habelə gecikdirilmiş vaxt üçün 16000 (on altı min) manat məbləğində borc pulun illik beş faizinin ödənilən günədək alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 04.04.2022-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS**********AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 12 nömrəli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş 21.01.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Məhmədyarov X1 Hicran Adil qızına 16000 manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsindən görünür ki, «borc alan» götürdüyü pulu 30.01.2021-ci il tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 9-cu bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilib-itirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Məhkəmə hesab edir ki, İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etmədiyindən, o cümlədən məhkəmə iclasında təqdim etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2235/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2235/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver