Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2236/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı birinci qrup Qarabağ əlilidir. 2009cu ilin mart ayında Sumqayıt şəhərinə mənzil almaq üçün gəlmişdir. Həmin vaxtı arvadının dayısı Əliyev Əhəd bildirmişdir ki, qaynı Kamal Rusiya Federasiyasından gəlmişdir. Onun orda borcu yaranmış və ona borc lazımdır. Sonra onların evlərində Əhəd və onun yoldaşı X4 və onun Tənzilənin qardaşı Kamal ilə söhbətləri olmuşdur. Belə razılaşmışlar ki, o, ona 30.000 ABŞ dolları pul verəcəkdir. O isə qısa müddətdə Rusiya Federasiyasında işlərini qaydaya salıb borcunu qaytaracaqdır. Həmin vaxtda o qeydiyyatda olduğu Sumqayıt Şəhəri, 10-cu mikrorayon, ev 30, 43 saylı mənzilin açarlarını ona vermiş və bildirmişdir ki, orada yaşaya bilər. O borcunu qaytardıqda isə ev alacaqdır. Lakin cavabdeh borcunu qaytarmamışdır. Qaytarmağa cəhd də göstərməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ona borclu olduğu 30.000 ABŞ dolları (Azərbaycan Respublikası Milli Bankının hazırki məzənnəsi ilə) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2236/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10313/2015 saylı, xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat və SMS xəbərdarlıq göndərilmişdir. Məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, SMS xəbərdarlıq isə iddiaçıya çatdırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, qardaşının dediyinə görə atası vəfat etdiyi zaman cavabdeh sadəcə bir həftə Sumqayıt Şəhərində olmuşdur. İddia tələbi ilə əlaqə saxlanılmış, lakin cavabdeh bildirmişdir ki, Vasif adlı şəxsi tanımır. Pul məbləği almamışdır. Hazırda xəstəliyi vardır. Vasif adlı şəxsin yoldaşının dayısı bu işdə maraqlı şəxs olmuşdur. Əhəd Əliyev mənzilin ona məxsus olmasını iddia edərək dəfələrlə məhkəmədə iddia qaldırmış və bu iddialara baxılmışdır. Aralarında pulun verilməsi ilə bağlı heç bir müqavilə və yaxud yazılı formada sənəd olmamışdır. Öz qardaşı qızı olduğu üçün evə qeydiyyata salmışdır. Daha sonra isə onu məhkəmə qaydasında qeydiyyatdan çıxarmışlar. Yeganə xanım hal-hazırda mənzilin sahibidir. Lakin mənzili satmışdır. Kamalın qardaşı qızıdır. Nənəsinin vəsiyyətnaməsi əsasında mənzili almışdır. X13 Kamalın bacısıdır. Hüseynova Yeganənin isə bibisidir. İddiaçıyev Əhədin şahidi, bacısı qızının həyat yoldaşıdır. Əliyev Əhəd bu evi almaq istəmişdir. Ona görə də İddiaçı gətirmiş, iddia tələbi vermiş, şahid olmuşlar ki, 30000 ABŞ dolları borcu vardır. Onlar hətta kirayə yaşayanların çıxarılması ilə bağlı iddia tələbi ilə müraciət etmiş və çətinliklə olsa da buna nail olmuşlar. Məhkəmə iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1949/23 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2009-cu ildən ölkədən çıxışı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-2034/23 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh xx.xx.2008-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2009-ci il tarixdə girişi, xx.xx.2008-ci il, xx.xx.2009-cu il tarixlərdə ölkədən çıxışı müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-10313/2015 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. 05 noyabr 2015-ci il tarixdə açıq məhkəmə iclasında şahid qismində iştirak edən X15 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısı qızının əridir. Cavabdeh isə onun qaynıdır. 2009-cu ilin mart ayında Kamal Sumqayıta gələrək, Rusiyada maddi vəziyyətinin pis olduğunu və təcili ona pul lazım olmasını bildirmişdir. O (yəni Əhəd) özünün pulu olmadığını, lakin bacısı qızının əri olan Vasifin ev almaq üçün pulunun olmasını və onun həmin pula ev almaq istədiyini bildirmişdir. Kamalın xahişi əsasında Vasifi özünə məxsus ünvan 1 ünvanına çağıraraq ondan Kamala 30.000 ABŞ dollar borca verməsini xahiş etmişdir. Vasif həmin məbləği ona görə etibar edib Kamala vermişdir, əvəzinə Kamal qeydiyyatda olduğu evin açarlarını Vasifə vermişdir ki, pulu qaytarılana qədər həmin evdə ailəsi ilə birlikdə yaşasınlar. Pulu qısa müddət ərzində qaytarmağına dair öhdəlik götürsədə bu günə qədər həmin məbləği Vasifə qaytarmamışdır. Həmin vaxtdan Kamalın harada olması barədə məlumatı yoxdur. 05 noyabr 2015-ci il tarixdə açıq məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının qohumu, Cavabdeh bacısıdır. Qardaşı Kamal 2009-cu il mart ayında onlara gələrək ona təcili olaraq pul lazım olduğunu bildirmişdir. Onlar isə qohumları Vasifin ev almaq üçün pulunun olmasını bildirmiş, lakin həmin pulu qısa müddətə qaytarmaq adı ilə Vasifdən istəyəcəklərini bildirmişlər. X18 xahişi əsasında Vasifi özünə məxsus evə dəvət etmişlər. Kamalı onunla tanış edərək, təcili olaraq pul lazım olmasını bildirmişlər. Vasif onların xatirinə 30.000 ABŞ dolları pulu onların iştirakı ilə Kamala vermişdir. Əvəzinə Kamal qeydiyyatda olduğu evin açarlarını vermişdir ki, pul qaytarılana qədər həmin evdə Vasif ailəsi ilə birlikdə yaşasın. Pulu qısa müddət ərzində qaytarmağına dair öhdəlik götürsədə bu günə qədər həmin məbləği Vasifə qaytarmamışdır. Həmin vaxtdan Kamalın harada olması barədə məlumatı yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli, 2(060)-7340/2015 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddianın cavabdehlər X1 və X6 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 30 saylı evin 43 saylı mənzilindən çıxarılmaları tələbinə dair hissəsi üzrə iş üzrə icraata xitam verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli, 2(060)-16385/2016 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X3 və X7 qarşı “mülkiyyətdə olan məhdudiyyətin aradan qaldırılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan pul məbləğini şifahi razılaşmaya əsasən cavabdehin Rusiya Federasiyasında qısa zamanda işləri qaydaya salıb borcu qaytaracağı bildirməsinə görə cavabdehə vermiş, iddiaçı, isə öz növbəsində pulu qaytaracağı barədə öhdəlik götürüldüyünü iddiaçı iddia etmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, 30000 ABŞ dolları ödəniş edilməsi iş materiallarında olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə iş materiallarında əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Xidmətinin Sərhəd Nəzarətinin məktublarına əsaslanaraq hesab edir ki, cavabdeh 2008-ci il noyabr ayının 23-ü tarixdən ölkədən çıxmış, 2009-cu ilin yanvar ayının 18-i ölkəyə daxil olmuş və 2009-cu ilin yanvar ayının 25i ölkədən çıxmışdır. Lakin iddiaçı 2009-cu ilin mart ayından sonrakı vaxtlarda borcun verilməsini iddia etmişdir. 05 noyabr 2015-ci il tarixdə açıq məhkəmə iclasında şahidlər də eyni qaydada borcun verilməsi barədə izahatlar versələr də, şəxsin həmin zaman Azərbaycan Respublikasında olması müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 30000 ABŞ məbləğində pulun Cavabdeh verilməsi tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X14 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2236/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2236/2023
02.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver