Məhkəmə qərarları › İş №2(060)-2237/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2237/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2237/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2392 manatın və ödənilmiş 43,92 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(060)- 5303/2017 saylı qətnaməsi ilə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 19 noyabr 2012-ci il tarixli 0770saylı kredit müqaviləsi üzrə ödənilməmiş 23686 ABŞ dollar əsas borc, 10484 ABŞ dollar məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 1260 ABŞ dollar, 6834 ABŞ dollar dəbbə pulu olmaqla cəmi 42264 ABŞ dollar məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditinin təminatı kimi cavabdehə məxsus olan “HYUNDAY SANTAFE" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus "HYUNDAY SANTAFE" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri icra şöbəsinin sifarişi əsasənda "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və tələbkar "xxxx" QSC-yə təklif olunmuşdur. Daha sonra AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sözügedən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi üçün müraciət edilmiş, lakin bildirilmişdir ki, Cavabdeh sözü gedən nəqliyyat vasitəsini idarə edərkən, İnzibati xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Bu səsəbdən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi yalnız üzərindəki cərimələr ödənildikdən sonra mümkündür. Qeyd edilən cəmi 2392 manat məbləğində cərimə 26 yanvar 2023 -cü il tarixində “Aqrarkredit" QSC tərəfindən ödənilmişdir. Cərimələr ödənilmədiyi təqdirdə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərar qəbul edilir. Bununla da iddiaçının hüquqları pozulur. Pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən və ona məxsus avtomobilin hərraca çıxarılmasından xəbərsiz olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(004)-1529/2023 saylı qətnaməsi ilə 725/21 saylı, xx.xx.2021-ci il tarixli protokol etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayəti təmin edilməmişdir. Hazırda avtomobilin mülkiyyətçisi İddiaçı QSC BOKT deyildir. İddiaçı Avtomobilin mülkiyyətçisi olmadığı halda iddia tələbi ilə çıxış edir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5303/2017 saylı, 27 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, mülki iş üzrə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 19 noyabr 2012-ci il tarixli 0770saylı kredit müqaviləsi üzrə ödənilməmiş 23686 ABŞ dollar əsas borc, 10484 ABŞ dollar məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 1260 ABŞ dollar, 6834 ABŞ dollar dəbbə pulu olmaqla cəmi 42264 ABŞ dollar məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditinin təminatı kimi cavabdehə məxsus olan “HYUNDAY SANTAFE" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının surətindən görünür ki, həmin Fərman və Sərəncamların icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhviltəslim sənədləri əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. - "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 752/21saylı protokolun surətindən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC BOKT əmlakı 10837,50 manata almışdır. Hərracın nəticələri haqqında protokol üzrə satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasının hüquqi əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.5-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. - xx.xx.2012-ci il tarixində verilmiş AB seriyalı 927081 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santa FE” minik markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı (tip-universal, buraxılış ili 2012, Ban- KMHSGB18CU900964, mühərrik-2400, rəngi-ağ) avtomobil Cavabdeh məxsusdur və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış BB seriyalı 369168 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santa FE” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı (tip-universal, buraxılış ili 2012, Ban- KMHSGB18CU900964, mühərrik-2400, rəngi-ağ) avtomobil İddiaçı QSC BOKT-nın mülkiyyətindədir. - Bakı Şəhər DYPİ-nin elektron sistemindən əldə edilmiş çıxarışların surətindən görünür ki, Hyundai Santa FE” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkət edərkən yol-hərəkət qaydalarını pozduğuna görə barəsində MMX ******* nömrəli, xx.xx.2025-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ 974187 nömrəli, xx.xx.2019-cu il tarixli; EQ 928301 nömrəli, xx.xx.2019-cu il tarixli; EQ 928259 nömrəli, xx.xx.2019-cu il tarixli; EQ 927383 nömrəli, xx.xx.2019-cu il tarixli; EQ 924704 nömrəli, xx.xx.2019-cu il tarixli; BNA 703913 nömrəli, xx.xx.2019-cu il tarixli, EQ 679072 nömrəli, xx.xx.2019-cu il tarixli; İXP 360643 nömrəli, xx.xx.2016-cı il tarixli, EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; MMX ******* nömrəli, xx.xx.2015-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli,xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2021-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli; EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10105524 nömrəli, xx.xx.2022-ci il tarixli; EQ 10889022 nömrəli, xx.xx.2022-ci il tarixli; EQ 11232513 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokollar tərtib edilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli hesab edilmişdir. - xx.xx.2023-cü il tarixli kassa mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı QSC BOKT Cavabdeh məxsus cəmi 2392 manat cəriməni ödəmişdir. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(060)-5303/2017 saylı qətnaməsi ilə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 19 noyabr 2012-ci il tarixli 0770saylı kredit müqaviləsi üzrə ödənilməmiş 23686 ABŞ dollar əsas borc, 10484 ABŞ dollar məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün 1260 ABŞ dollar, 6834 ABŞ dollar dəbbə pulu olmaqla cəmi 42264 ABŞ dollar məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditinin təminatı kimi cavabdehə məxsus olan “HYUNDAY SANTAFE" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus "HYUNDAY SANTAFE" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri icra şöbəsinin sifarişi əsasənda "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və tələbkar "xxxx" QSC-yə təklif olunmuşdur. Daha sonra AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sözügedən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi üçün müraciət edilmiş, lakin bildirilmişdir ki, Cavabdeh sözü gedən nəqliyyat vasitəsini idarə edərkən, İnzibati xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Bu səbəbdən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsinin yalnız üzərindəki cərimələrin ödənildikdən sonra mümkünlüyünü nəzərə alaraq, iddiaçı həmin cərimələri ödəmiş, hazırda da iddiaçı Cavabdeh 2392 manat pulun onun xeyrinə ödənilməsini tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərar vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa elmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakındanı məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxşus olan əmlakın başqa şəxs tərəfinden lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd, vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan aradan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt - varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən hərracda əldə edilmiş avtomobilə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi məqsədilə cavabdehin yol verdiyi inzibati hüquqpozmalara görə cavabdehə hesablanmış 2392 manat cəriməni ödəmiş, lakin Cavabdeh həmin pul vəsaitini ödəməmiş, beləliklə də əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən iddiaçı "xxxx" QSC Bank olmayan Kredil Təşkilatına 2392 manat pul vəsaiti qaytarılmalıdır. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza münasibətdə bildirir ki, cavabdehin etirazda iddia tələbini təkzib etməyə yönəlmiş ifadələri məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, cavabdeh iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirməmiş, etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.3-cü maddəsinə əsasən iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Həmin Məcəllənin 154.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2392 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 43,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2392 manat borc və ödənilmiş 43,92 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2392 manat borc və ödənilmiş 43,92 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar