Məhkəmə qərarları › İş №2(060)-2239/2020

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2239/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2239/2020 28.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Fətullayev Mircəlal Mirələm oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 uşaqları birgə təhsil aldığı dövrdən tanıyır. Onun uşağı ağır xəstə olduğundan və müalicəsinə pul tələb edildiyindən yaxın adamları bütün zinət əşyalarını satmaq qərarına gəlmişlər ki, həmin qızıl əşyalarını satıb uşağını müalicə etsinlər. Bu barədə bilər cavabdeh X5 bildirmişdir ki, həmin qızılları qısa müddət ərzində işlədiyi məktəbdə müəllimələrə satıb pulunu qaytaracaqdır. xx xxx 2019-cu il tarixdə kolye, qolbaq və sair qızıl əşyalarını cavabdeh X1 min beş yüz manat məbləğinə satmışdır. Cavabdeh 2019-cu ilin may-iyun aylarında həmin məbləğdən iki min manatı ona ödəmişdir. Uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qalan pulu qaytarmır və qaytarmaq da istəmir. Müxtəlif bəhanələrlə bundan imtuna edir. İki dəfə guya ona təzyiq etdiyinə görə onun barəsində polis bölmələrinə şikayət etmişdir. Qeyd olunalara əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, ilk əvvəl özən məxsus 2500 manat dəyərində qızıl əşyalarını satması üçün Səbinəyə vermiş, sonuncu həmin qızıl əşyalarını sataraq pulun bir hissəsini, yəni 1000 manat ödəmiş, qalan pulu da tezliklə ödəyəcəyini demişdir. O, Səbinənin pulun bir hissəsini ödədiyinə inanıb, qohumlarının uşağının müalicəsi üçün ona verdiyi qızıl əşyalarını da satmaq üçün Səbinəyə vermişdir. Bundan sonra əvvəlki qalıq borc da daxil olmaqla Səbinə ona 6500 manat verməli idi. Lakin hazırki vaxtadək Səbinə ona həmin pulu ödəməmiş, nə də qızıl əşyalarını qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçını uşaqlarınının təhvil aldığı məktəbdə valideynlərdən biri kimi tanıyır, uşaqlar eyni məktəbdə oxuyurlar. Cavabdeh olan Səbinə də onun kimi valideyndi. Vəfanın uşağı xəstə idi, pula ehtiyacı olduğunu bildirmişdir və 2019-cu ilin yaz ayları idi, qızıl əşyalarını gətirərək satmaq istədiyini bildirdi, lakin o və digər valideynlər həmin əşyaları almaq istəməmişlər. Sonra eşitmişdir ki, Vəfa qızıl əşyalarını satmaq üçün Səbinəyə verib. 2019-cu ilin payız aylarında Vəfanın ona dediklərindən bilir ki, Səbinə nə qızılların pulunu vermiş, nə də qızılları qaytarmır. Hətta bir dəfə Vəfa ilə o da 2019-cu ilin sentyabr ayında Səbinənin iş yerinə getmişlər, direktor ilə danışmışlar, Səbinə söz versə də pulu Vəfaya ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Vəfanın bibisidir. Vəfanın uşağı xəstə idi. Ürəkdən əməliyyat olunmalı idi. Buna görə ona 40 qr qızıl vermişdir ki, satıb uşağı əməliyyat etdirsin. Sonra eşitmişdir ki, Vəfa qızıl əşyalarını satması üçün Səbinə adlı qadına vermiş, lakin Səbinə nə qızıl əşyalarını qaytarmır, nə də pulunu ödəmir. Hətta bir dəfə o da Vəfa ilə birgə Səbinə ilə görüşmüş, Səbinə pulu qaytaracığını demişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıy Regional Vəkil Bürosunun xx.xx.2020ci il tarixli 362/2020/MF nömrəli sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən əldə edilmiş Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materiallardan görünür ki, Cavabdeh ərizə ilə polis bölməsinə müraciət edərək bildirmişdir ki, Vəfa adlı xanım şikayətçinin azyaşlı uşağının oxuduğu Sumqayıt şəhər 11 saylı məktəbə gəlmiş, onun binadan çıxmasına maneçilik törədərək insanların və azyaşlı uşağının gözüönündə kobud şəkildə şikayətçinin ona olan borcunu qaytarmasını tələb etmişdir. İş materiallarından aydın olur ki, cavabdeh M.Səbinə polis orqanına müraciətində və orada verdiyi izahatında iddiaçıya olan borcuna görə təyziqlərə məruz qaldığını bildirərək iddiaçıya borclu olduğunu təkzib etməmişdir. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600, 601, 385, 442, 448-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinəəsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnaməçıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altımin beş yüz) manat İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar