Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2245/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı və Cavabdeh1 Mənzil Tikinti Koperativinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabehlər Cavabdeh1 Mənzil Tikinti Koperativi və Cavabdeh1 Mənzil Tikinti X2rşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 800 (səkkiz yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlərlə 25 fevral 2016-cı il tarixində Bakı şəhərində ********* №-li, Kooperativin Nizamnaməsinə əsasən hərəkət edən kooperativin sədr müavini X9 şəxsində, digər tərəfdən “Payçı” adlandırılan o, İddiaçı ilə müqavilə imzalanmışlar. Müqaviləyə əlavə olunmuş 01 №-li protokola əsasən, Mərkəzi istilik sistemi ilə mənzili İtaliya istehsalı olan qızdırıcılarla) təmin olunmalı idi, lakin təmin olunmadı. Baxmayaraq ki, mənzilin ilk sahibidir və istilik sistemi öncədən quraşdırılmışdır. Ondan isti su üçün 50 (əlli manat) sayğac, konbi İstilik avadanlığı almaq üçün isə 750 (yeddi yüz əlli) manat əlavə pul alınmışdır. Sonradan həmin istilik sistemi binadan çıxarılmış və həmin sistemin mənzilə quraşdırılması sakinlərə təklif edilmişdir. O, da mənzildə isti suyun olması üçün həmin sistemi quraşdırmışdır. Halbuki, ********* №-li, protokola əsasən bütün xərclər cavabdehlərin üzərinə düşməli idi. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq tərəflər məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən müqavilə şərtləri cavabdehlər tərəfindən pozulmuşdur. Odur ki əlavə alınmış 800 (səkkiz yüz) manat pulun qaytarılmasına görə cavabdehlərin ünvanına pretenziya qaydasında müraciət etmişdir. Lakin bu günə kimi cavabdehlər tərəfindən yazdığı pretenziyaların heç bir rəsmi münasibət bildirilməmişdir. Odur ki, cavabdehlərdən əlavə alınmış 800 (səkkiz yüz) manat pul tutularaq məhkəmə qaydasında ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdehlərdən 800 (səkkiz yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 Mənzil Tikinti Koperativinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddia ərizəsində göstərilən tələblər və dəlillər tamamilə əsassız və absurddur. Beləki Cavabdeh1 MTK müqavilə öhdəliyini tam icra edərək, binanın həyətində İtalya istehsalı olan mərkəzi istilik sistemi inşa edərək quraşdırmış və işgüzar vəziyyətə gətirərək sakinlərin istifadəsinə vermişdir. Bununla bağlı bildirir ki,Ş Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllə ünvanında 31 sentyabr 2017-ci il tarixində Cavabdeh1 MTK-nın yaşayış kompleksində sakinlərin təşəbbüsü ilə iclas keçirilmiş, iclasda çıxış edən iclasın sədri bildirmişdir ki, Tarif Şurasının 28.11.2016 cı il tarixli qərarından sonra təbii qazın qiymətində əhali üçün verilən güzəşt qazanxanalara şamil olunmadığından istilik pulunda artım olmuş və bu sakinlərin maddi durumunu çətinləşdirmiş, istilik haqqının yığılmasında böyük çətinliklər yaratmışdır. Sakinlər yeni qiymətlərlə istilik pulunun ödənilməsindən imtina etmişlər. İstilik haqqının sakinlər tərəfindən ödənilməməsinə görə Azəriqaz İB-nə borclar yaranmış, hətta bu səbəbdən qazın verilməsi dayandırılmışdır. Bununla bağlı MTK və sakinlər tərəfindən müxtəlif dövlət orqanlarına müraciətlər edilərək xahiş olunmuşdur ki, sakinlərə istilik sistemindən istifadəyə görə əhaliyə nəzərdə tutulan qiymətlər tətbiq olunsun. Lakin bu müraciətlər nəticə verməmişdir. Bu səbəbdən binanın sakinləri çıxılmaz vəziyyətdə qalaraq MTK-nın bir neçə dəfə ümumi yığıncağını çağırmışdır. Yığıncaqda iştirak edən sakinlər çıxış edərək bildirmişdilər ki, qazın qiyməti dəyişdiyinə görə mərkəzi istilik sistemindən istifadə etməklə istilik haqqının ödənilməsi sakinlərin maddi maraqlarına uyğun deyil. Bu səbəbdən də mərkəzi istilik sisteminin ləğv edilməsini və mənzillərə sakinlərin öz vəsaitləri hesabına kombi sisteminin quraşdırılmasma icazə verilməsini xahiş etmişdilər. Buna görə MTK-nın ümumi yığıncağının qərarı ilə sakinlərə öz vəsaitləri hesabına mənzillərə kombi quraşdırılmasına icazə verilmişdir. Sakinlər tərəfindən eyni iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir və iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Qeyd olunanlardan da aydın olur ki, İddiaçı hazırki iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. İş üzrə Cavabdeh1 Mənzil Tikinti X1 müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə icasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1” Mənzil Tikinti Koperativinin Biləcəri Filialının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 Mənzil Tikinti Koperativinin nümayəndəsi X8 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızıdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 25.02.2016-cı il tarixli № ********* saylı “Payçı müqaviləsi”nin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-c məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 14-cü mərtəbə, 111 №-li, 3 otaqlı mənzili tikib və İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 95,7 kv.m təşkil edir. Mənzilin 1 kv.m-1455,01 manat olmaqla, ümumi dəyəri 139244 manatdır. Müqavilənin ilkin ödənişi 00.00 faiz, yəni 00.00 manatdır. İddiaçı müqavilə qiymətinin 139244 manata bərabər tutulan məbləğini “Payçı” “MTK” və “xxxx” ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh1 MTK-nın Biləcəri Filialının 08.09.2017-ci il tarixli X6 görünür ki, İddiaçı tərəfindən bina 2, 111 saylı mənzilə kombi materiallarına görə 600 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(102)-2782/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(010)- 573/2018 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh “xxxx” MTK-nə qarşı “alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, vurulmuş maddi, mənəvi zərərin ödənilməsi” barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ci il tarixli, 2(103)-9574/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X5 və vəkili Məmmədli Ənnağı Əbdül oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli, 2(103)-9574/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia ərizəsindən görünür ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin mənasına görə, tərəflərdən birinin tələbi iiə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və yaı bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o, zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı qeyd edilən maddənin əsas şərti kimi cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli pozuntusunun baş verməsini və bunun nəticəsində ona zərər dəyməsini, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını sübuta yetirməlidir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 139244 manat müəyyən edilmişdir. Həmin məbləğə iddiaçının imza etdiyi müqaviləyə əlavə edilmiş "1 saylı protokolda" göstərilən işlər, yəni liftin quraşdırılması, giriş qapısı (metal, seyf), pəncərələr (plastik, Türkiyə istehsalı, hər otaqda cift açılan), su dayaqları (plastmas borular, firat, Türkiyə istehsalı), qaz dayaqları (dəmir borular, qalınlığı 4 mm, Rusiya istehsalı), kanalizasiya dayaqları mərkəzi istilik sistemi (İtaliya istehsalı olan qızdırıcılar), binanın həyətinin abadlaşdırılması, mənzilin daxilində elektrik, telefon, televiziya xətlərinin çəkilməsi, mənzilin daxilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların oboylanması, mənzilin tavanın təmiri və rənglənməsi, daxili qapıların quraşdırılması (Rusiya istehsalı), hamamın təmiri (kafel/metlax, Türkiyə istehsalı) və avadanlıqların quraşdırılmasının dəyəri daxildir. Tərəflərin razılaşdırdığı kimi müqavilə ilə birlikdə təqdim olunmuş sxemə uyğun mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bu hal iddiaçının izahatında da öz əksini tapmışdır. Bununla da görsənir ki, cavabdeh müqavilə öhdəliyini tam icra etmişdir. Cavabdeh təşkilatın müqavilə şərtlərini əhəmiyyətli pozması və nəticədə iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1 -ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddiaçının iddia tələbinin daha bir dəlili mərkəzi istilik sisteminin dayandırılması və mənzilə istiliyin verilməməsi ilə bağlıdır. Belə ki, iddia ərizəsində qeyd edilir ki, 25 fevral 2016-cı il tarixli Payçı müqaviləsinə və “1 saylı protokola” əsasən cavabdeh təşkilat mənzili fasiləsiz olaraq mərkəzi istilik sistemi ilə təmin etməli idi. Buna baxmayaraq cavabbeh təşkilat iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, bununla da ona ziyan dəymişdir ki, iddiaçı həmin ziyanı tələb edir. İddiaçı, bu iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilat isə, iddiaçıdan fərqli olaraq iddiaya qarşı etirazının əsasını təşkil edən sübutları məhkəmələrə təqdim etmişdir. Belə ki, cavabdeh təşkilatın 31 sentyabr 2017-ci il tarixli, 162 saytı protokol-qərarına əsasən, mərkəzi istilik sistemi (qazanxana) işindəki problemlər gündəliyə çıxarılmışdır. Cavabdeh təşkilat bina tikintisi zamanı üzərinə götürdüyü öhdəliklərdən biri olan mərkəzi istilik sistemini (qazanxananı) quraşdırmış və qazanxana fəaliyyət göstərmişdir. X13 28 noyabr 2016-cı il tarixli qərarından sonra təbii qazın qiymətində əhali üçün verilən güzəşt qazanxanalara şamil olunmadığından istilik pulunda artım olmuş, istilik haqqının yığılmasında böyük problemlər yaranmışdır. Sonda sakinlərin təklifləri nəzərə alınaraq fərdi kombinlərin quraşdırılmasına icazə verilmiş, kombilərin sakinlərin şəxsi vəsaiti hesabına alınması, kömək üçün kombilərin quraşdırılmasının cavabdeh təşkilatın hesabına həyata keçirilməsi qərara alınmışdır. Bununla da müəyyən edilir ki, iddiaçının öz vəsaiti hesabına istilik sisteminin (kombinin) mənzildə quraşdırılmasının cavabdeh təşkilatın öz üzərinə götürdüyü öhdəliklərini pozması kimi qeyd etməsi əsassızdır. Cavabdeh tərəf iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi və müqavilədə nəzərdə tutulmuş qaydada icra etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabehlər Cavabdeh1 Mənzil Tikinti Koperativi və Cavabdeh1 Mənzil Tikinti X2rşı “cavabdehlərdən 800 (səkkiz yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2245/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2245/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver