Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2245/2024 23.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh - xx xxxx 2001-ci il təvəllüdlü Cavabdeh ondan almış olduğu 5000 manat pulun və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, bu şəxsi 4 ildən artıq bir vaxtdır tanıyır. Tanışlıqlarının əsas səbəblərindən birisi ortaq dostlarının olmasıdır. Belə ki, təxminən 18 avqust 2022-ci il tarixində 5000 manat pulu 6 ay müddətinə olmaq şərti ilə Cavabdeh borc olaraq vermişdir. Bildirmişdir ki, ailəsində olan xəstəsini əməliyyat elətdirəcəkdir. O, bu pulları alarkən onunla arasında borc müqaviləsi belə bağlamış və pensiya kartını ona girov olaraq təhvil vermişdir. Lakin ona vermiş olduğu heç bir vədinə əməl etməmiş, kimsənin əməliyyatına sərf etməmiş əksinə həmin pulları ondan alaraq aldatmışdır. Həm də verdiyi pensiya kartını belə etibarsız etdirmişdir. O, bu pulları verərkən yetəri qədər şahidləri belə olmuşdur. Dəfələrlə zənglər etməyinə baxmayaraq heç bir zaman cavab verməmiş, vermiş olsa da özünə intihar edəcəyini bildirmişdir. Sonucu dəfə cavabdeh ona bildirmişdir ki, 05 yanvar 2024-cü il tarixində bütün pulları bağlayacaqdır, üstündə də əlavə pul verəcəkdir, lakin bu dəfə də vədinə əməl etməyərək pulu ödəmək üçün vaxt istəmişdir. O da hüquqlarının bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehi cəmi bir dəfə görmüşdür. Ortaq tanışı Rauf vasitəsilə tanış olmuşdur. Rauf bir nəfərə təcili olaraq pul lazım olduğunu demiş, o isə faizə pul verməyəcəyini bildirmişdir. O, cavabdehə pul vermiş, cavabdeh isə özünə məxsus kartı ona vermişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıdan 600 manat məbləğində pul alınıb, lakin qəbzdə 5000 manat kimi qeyd olunmuşdur. İddiaçı özü də bilir ki, həmin pul ona çatmamışdır. O, heç yerdə işləmir, iddiaçı niyə ona 5000 manat versin? 5000 manatla bağlı qəbzə imza atsa da, 600 manat məbləğində pul götürmüşdür. O, iddiaçıya 5000 manat yazma səbəbini soruşanda isə məhkəməyə müraciət edəndə gedib-gələcək və beləliklə 5000 manat məbləğində xərcinin çıxacağını bildirmişdir. Pul ona dostunun ailəsi üçün lazım olmuşdur. Karta köçürülmüş, həmin vəsait heç ona çatmamışdır. Təqaüd kartı iddiaçıdadır. İddiaçı ona faizə pul vermişdir.
Tədqiq olunan sübutlar:
5. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 5000 manat pulu borca təhvil almış, 6 ay müddətinə hissə-hissə borcunu (yəni 5000 manatı) bağlayacağını və kartını girov olaraq İddiaçı verdiyini bildirmişdir.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. -882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
9. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh tərəfindən tərtib edilmiş 18 avqust 2020-ci il tarixli iltizama əsasən, o 18 avqust 2022-ci il tarixdə İddiaçı borca 5000 manat pul aldığını və həmin borcu 6 ay müddətinə hissə-hissə ödəyəcəyini təsdiq etmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan xx.xx.2022-ci il tarixli əlyazmanın ona məxsus olması barədə etiraz etməmişdir.
10. İddiaçı hazırda həmin borc məbləğinin ödənilməsini cavabdehdən tələb edir.
11. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının qarşısında 5000 manat məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münaibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir.
12. Həmin normaya əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
13. Məhkəmə hesab edir ki, cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli yazılı iltizam “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədir. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır.
14. Cavabdehin 5000 manat deyil, iddiaçıdan cəmi 600 manat pul vəsaitinin götürülməsi ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, borcun etirafına dair müqavilə ilə bağlı hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində sözügedən iltizamı imzalamışdır.
15. Məhkəmənin qənaətinə görə cavabdehin izahatı özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.
16. Hazırki halda isə cavabdeh iddiaya etiraz olaraq qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva