Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2246/2020 07.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz əməlləri nəticəsində ona borclu olduğu 33.000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 2012-ci ildən “Binə” ticarət mərkəzində xalça satışı ilə məşğul olmuşdur. Elə həmin ildə orada kiçik ticarətlə məşğul olan Cavabdeh Əliqolu oğlu ilə tanış olmuşdur. Cavabdeh isti münasibətdən, etibarından sui-istifadə ederək, 2013-ci ildən sentyabr, oktyabr, noyabr aylarında “Binə” ticarət mərkəzində kvadrat metrəsi 7,10,15,30,35 dollara olan müxtəlif çeşidli xalçaları ondan alaraq müxtəlif yerlərdə satmışdır. Cavabdeh hər həftə ondan nisyə aldığı xalçaların minimum 30 faizini ona nağd şəkildə ödəməli idi. Bu barədə aralarında müqavilə və ya yazılı sövdələşmə olmamışdır. Cavabdeh ilk aylarda aldıqları xalçaların pullarını müəyyən qədər ödəsə də, sonradan ödəməni həyata keçirmədiklərindən ona olan borcu 21.000 ABŞ dolları məbləğinə yüksəldiyindən cavabdehə xalça verməyi dayandırmışdır. O, borcunun ödəməsini cavabdehdən tələb etmişdir. Mehman onun evinə gələrək çox yalvar-yaxardan, xahiş-minətdən sonra borcunu qısa müddətdə qaytaracağını bildirmiş və ona xalça verməyinə onu razı salmışdır. O, da cavabdehə yenidən satış üçün xalça vermişdir. Cavabdeh ümumi borcu 33.545 ABŞ dollarına çatmışdır. O, borcu tələb etdikdə müəyyən bahanələr gətirərək borcu ödəməkdən yayınmağa başlamışdır. Dəfələrlə yaşadığı ünvana getsə də, ondan gizlənməyə və bu vasitələrlə borcu ödəməkdən yayınmışdır. Nəhayət xx xxx 2015-ci il tarixdə o və hal hazırda Masallı rayon Musaküçə kəndində yaşayan qardaşı Eynullayev Məmmədağa, ona xalça məmulatlarını verən Lənkəran şəhər sakini A.Bağırov küçəsi, ev 6-da yaşayan X1 ilə Bakı şəhəri Fəhlə prospektində yerləşən “Nargilə” kafesində Cavabdehla görüşmüşlər. Borcunu niyə ödəməməsini nə üçün yayındığı səbəblərini müzakirə etmişlər. Sonda Cavabdeh borcunu ödəmək üçün vaxt verilməsini və hər ay 2.800 ABŞ dolları ödəmək şərti ilə razılığa gəlmişlər .Bu barədə Cavabdeh öz xətti ilə öhdəlik yazıb imzası ilə təsdiq etmişdir. Lakin Cavabdeh yenidən yazdığı öhdəliyi pozmuş və yenədə borcunu ödəməkdən yayınmağa başlamışdır. Bu ərəfədə cavabdeh ümumi 33.545 ABŞ dollar borcdan 600 ABŞ dolları qaytarmışdır. Nəhayət Cavabdeh bu bahanələrdən bezərək Qaradağ Polis şöbəsinə şikayətlər etməyə başlamışdır. Ancaq təssüflər olsun ki, onlarda Cavabdeh heç bir təsir göstərə bilmədilər. Hələ 2016-ci il yanvar ayının yeddisində o, bir də ona xalça məmulatları verən X2 Novruzovu tapıb yenidən notarius təsdiqi ilə 33.000 ABŞ dolları borclu olması barədə müqavilə də almışlar. Ancaq bütün bunlara baxmayaraq Cavabdeh pulu qaytarmamışdır. Hidayət Cəbrayılovda ona görə onunla birgə hərəkət etmişdir ki, o, da xalça məmulatlarının pulunu ona borclu idi. Bütün səylərinə baxmayaraq Cavabdeh borclu olduğu 33.000 ABŞ dolları məbləğində borcu qaytarmadığına görə məhkəməyə mürəciət etmək qərarına gəlmişdir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və məhkəmə, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müracət edərək, cavabdehə qarşı iddia tələbinə dair işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və cavabdeh məhkəməyə gəlmədiyi üçün işə qiyabi icraat qaydasında baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 33.000 ABŞ dolları məbləğində pulu Cavabdeh borc vermişdir. İş materiallarında olan sadə yazılı əlyazma qəbzin surətindən görünür ki, Cavabdeh 33.000 ABŞ dolları məbləğində pulu İddiaçı hər ay 2800 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 33.000 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 33.000 (otuz üç min) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edə və həmin müddət bitdikdən sonra tərəflər qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2246/2020
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2246/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver