Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2261/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 qızından ona məxsus 25 qram dəyərində qızıl ziynət əşyasının və onun dəyəri olan 3500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 25 qram dəyərində qızıl zinyət əşyası götürmüşdür. Həmin zinyət əşyasını 30 sentyabr 2020-ci il tarixdə geri qaytarılması barədə üzərinə yazılı öhdəlik götürmüşdür. Həmin zinyət əşyasının hazırki bazar dəyəri 3500 manat təşkil edir. Lakin bu günə kimi cavabdeh ona məxsus zinyət əşyasını ona qaytarmamışdır. Ona görə də həmin zinyət əşyasının geri qaytarılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, cavabdeh nəvələrinə dərs demişdir, onu tanıdığına görə qızılları ona vermiş, cavabdeh qızılları ondan alıb dəyərini ödəyəcəyini bildirmiş, lakin cavabdeh nə qızılı qaytarmamış, nə də dəyərini ödəməmişdir. Tələb olunan qızıl əşyası 585 əyarlı, bir boyunbağı və bir qolbaqdan ibarət, ümumi çəkisi 25 qram olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 25 qram qızıl borcu vardır. Onu sentyabr ayının 30.09.2020-ci ilin sonuna kimi qaytarması üçün İddiaçı vaxt istəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/718 saylı 29 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim olunmuş Cavabdeh adından olan borc qəbzinin əlyazma mətni və imza Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasa da nisyə alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək iddiaya etirazını bildirsə də, etirazın əsasları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600, 385.1, 442.1 və 448.1-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflərdən iddiaçının cavabdehə qızıl əşyaları verməsi, sonuncunun aldığı əşyaların dəyərini ödəməsi ilə bağlı öhdəlik götürməsi, lakin öhdəliyi icra etməməsi işin mübahisəsiz hallarıdır. İddiaçı tərəfindən tələb olunan əşyaların dəyəri ilə bağlı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə tərəfindən qızıl zinət əşyalarının dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6003 saylı 04 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ümumi çəkisi 25 qram olan 585 əyarlı bir ədəd qolbaq və bir ədəd boyunbağının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2000 manat məbləğindədir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə ekspert rəylərini sübut növü olaraq qəbul edərək, işin müəyyən edilmiş faktiki hallarına mülki qanunvericiliyin qeyd olunan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya məxsus ümumi çəkisi 25 qram olan qızıl zinət əşyası (bir ədəd qolbaq və bir ədəd boyunbağı, 585 əyar), həmin əşyaların naturada qaytarılması mümkün olmadıqdan onların dəyəri olaraq 2000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 12,60 (42%) manatı iddiaçıya aid edilməli, 17,40 (58%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 21 manat iddiaçıdan, 29 manat cavabdehdən tutularaq X1 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ümumi çəkisi 25 qram olan qızıl zinət əşyası (bir ədəd qolbaq və bir ədəd boyunbağı, 585 əyar), həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olaraq cəmi 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,40 (on yeddi manat qırx qəpik) manat alınaraq İddiaçı verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 29 (iyirmi doqquz) manat və İddiaçı 21 (iyirmi bir) manat tutularaq X1 hesabına köçürülsün (Kod:210005, Vöen:**********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22). İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2261/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2261/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver