Məhkəmə qərarları › İş №2(060)-2261/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2261/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2261/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 60,13 manat faiz borcu cəmi 792,48 və 30 manat ödənilən dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması və həmin borcun istilik sistemi Baymak 24 kv kombi və aksessuarlara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 09 iyul 2019-cu il tarixli 05280 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətə 1610 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı 09 iyul 2019-cu il tarixli girov müqaviləsinə əsasən istifadəsində olan Baymak 24 kv kombi və aksessuarları girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 18.06.2021-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin, 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz olmaqla 60,13 manat faiz borcu cəmi 792,48 manat borcu vardır. Mülki iş materialları məhkəmə tərəfindən öyrənilərkən iş üzrə əlavə araşdırmanın aparılmasına zərurət olduğu müəyyən edildiyindən Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli 05280 saylı kredit müqaviləsi və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC borcalana 12 ay müddətinə illik 36% dərəcəsi ilə 1610 manat məbləğdə kredit verməyi, borclu isə ayrılmış kredit məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 09 iyul 2019-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh istifadəsində olan Baymak 24 kv kombi və aksessuarlarına girov qoyulmuşdur. Borc barədə maliyyə arayışından görünür ki, 24 fevral 2022-ci il tarixə borclunun kredit müqaviləsi üzrə 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, illik 5 faiz olmaqla 60,13 manat faiz borcu, cəmi 792,48 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcludan gecikdirilmiş vaxt üçün illik 5% faiz hesablanmaqla 60,13 manat tutulmasını əsaslı hesab edir. Mülki Məcəllənin 269, 295, 297, 298-ci maddəsinin göstərişlərinə əsasən məhkəmə tələbin girov ilə yüklü edilmiş əşyalara yönəldilməsi barədə tələbi qanunun tələblərinə uyğun hesab edir. MPP-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, illik 5 faiz hesablanmaqla gecikdirilmiş müddət üçün 60,13 manat faiz borcu, cəmi 792,48 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Tələb girov predmeti olan əşyalara (Baymak 24 kv kombi və aksessuarlar) yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, iddiaçının tələbi satılmış əşyalar hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 601,28 manat əsas, 70,95 manat faiz, 60,12 manat cərimə, illik 5 faiz hesablanmaqla gecikdirilmiş müddət üçün 60,13 manat faiz borcu, cəmi 792,48 (yeddi yüz doxsan iki manat, qırx səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Tələb girov predmeti olan əşyalara (Baymak 24 kv kombi və aksessuarlar) yönəldilsin, həmin əşyalar açıq hərracdan satılsın, iddiaçının tələbi satılmış əşyalar hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar